İranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinə yeni komandan təyin olunub.
EDnews xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Məlumata görə, admiral Əli Ozmai SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin yeni komandanı olub.
O, bu vəzifədə ABŞ-İsrail zərbələri nəticəsində həlak olduğu bildirilən admiral Əlirza Təngsirini əvəzləyib.
İran mediası martın 30-da Təngsirinin ölümünü təsdiqləyib.
Əli Ozmai daha əvvəl Fars körfəzində yerləşən Qeşm və Kiş adalarının daxil olduğu hərbi dairəyə rəhbərlik edib.







