Mali Silahlı Qüvvələri ölkənin bir sıra şəhərlərində terrorçuların səhər saatlarında həyata keçirdiyi silsilə hücumlardan sonra vəziyyəti nəzarətə götürüb.
EDnews "Reuters"ə istinadən xəbər verir ki, bu barədə hərbi idarədən bildirilib.
Qeyd olunur ki, Mali hərbçiləri quru qoşunları və aviasiyadan istifadə etməklə, bir sıra şəhərlərdə təmizləmə əməliyyatlarını davam etdirirlər.






