ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların milli komandasının hücumçusu Folarin Baloqanın diskvalifikasiyasını dayandırdığına və dünya çempionatının Belçika ilə 1/8 final matçında oynamasına icazə verdiyinə görə Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasına (FIFA) təşəkkür edib.
EDnews-un məlumatına görə, ABŞ lideri bu barədə "Truth Social" sosial şəbəkəsindəki hesabında yazıb.
"Düzgün hərəkət etdiyinizə və böyük ədalətsizliyi aradan qaldırdığınıza görə FIFA-ya təşəkkür edirəm", - paylaşımda deyilir.
FIFA-nın İntizam Komitəsi ABŞ yığmasının hücumçusu Folarin Baloqanın diskvalifikasiyasını dayandırıb və ona dünya çempionatının 1/8 matçında Belçika seçməsi ilə qarşılaşmada oynamağa icazə verib







