Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirildi - YENİLƏNDİ

Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirildi <span class="text-danger">- YENİLƏNDİ</span>

II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.

Dövlət İmtahan Mərkəzindən EDnews-a verilən xəbərə görə, imtahan Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Ucar, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunub.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 172 imtahan binası, 3074 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 172 ümumi imtahan rəhbəri, 491 imtahan rəhbəri, 3808 nəzarətçi, 554 buraxılış rejimi əməkdaşı, 172 bina nümayəndəsi cəlb olunub.

İlkin məlumatlara əsasən, 11 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub. Qayda pozuntularına yol verdiyi üçün imtahandan xaric olunanların müsabiqə nəticələri ləğv olunur və onlar ixtisas seçiminə buraxılmırlar.

İmtahanda 41622 abituriyentin iştirakı nəzərdə tutulurdu.

İmtahanda 67 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyentlər də iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb.

Bu gün saat 15:00-da DİM-in “Youtube” kanalı vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək, həmçinin qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları təqdim olunacaq.

Abituriyentlər suallarını “Youtube”da olacaq müvafiq yayımın şərh bölməsinə yaza bilərlər.

İyulun 6-dan etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin iki həftədən sonra elan olunması nəzərdə tutulur.

DİM növbəti qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin bir daha nəzərinə çatdırır ki, sənədlərlə (şəxsiyyət vəsiqəsinin əsli və buraxılış vərəqəsi) bağlı diqqətli olsunlar. Bundan əlavə, imtahan saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

***

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirəcək.

EDnews xəbər verir ki, DİM-dən verilən məlumata görə, imtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Ucar, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq.

İmtahan saat 10:00-da başlanacaq. Saat 09:45-də buraxılış rejimi başa çatacaq və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaqlar.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün gəlmə vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə edilir.

Abituriyentlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 172 imtahan binası, 3074 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 172 ümumi imtahan rəhbəri, 491 imtahan rəhbəri, 3808 nəzarətçi, 554 buraxılış rejimi əməkdaşı, 172 bina nümayəndəsi cəlb olunub.

II ixtisas qrupu üzrə imtahanda 18 min 908, III ixtisas qrupu üzrə imtahanda isə 22 min 714 nəfər olmaqla, ümumilikdə 41 min 622 abituriyentin iştirakı nəzərdə tutulur.

İmtahanda 67 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

 
 

Xəbər xətti

Van Dammın heykəlini Vəndamda - FOTO
15:41
Slovakiyada planlaşdırılan referendum baş tutmayıb
15:21
İsmayıllıdakı qəzanın səbəbi MƏLUM OLUB
15:11
Klopp Almaniya yığmasının baş məşqçisi olacaq
14:38
Naməlum şəxslər Yəmən sularında gəmiyə hücum etdilər
14:17
Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 2954 nəfərə çatdı
14:02
Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirildi - YENİLƏNDİ
13:46
Tünzalə Əliyevanın qardaşı VƏFAT ETDİ
13:22
Bazar ertəsinin HAVASI AÇIQLANDI
13:13
Qrossi BMT-nin baş katiblərini dirijorlarla müqayisə etdi
13:05
ABŞ-də istidən ÖLƏNLƏRİN SAYI ARTIR
12:46
Rusiyanın Xarkova endirdiyi zərbələr can aldı: 3 ÖLÜ, 8 YARALI
12:25
FHN Həkəri çayında batan şəxslə bağlı MƏLUMAT YAYDI
12:05
Zərdab sakininin meyiti su arxından tapılıb
11:48
Nyu-Yorkda Müstəqillik Günü baş verən atışmada ÖLƏNLƏRİN SAYI ARTDI - YENİLƏNDİ
11:35
Azərbaycan XİN Venesuelanı Milli Günü münasibətilə təbrik etdi
11:19
Konqoda Eboladan ölənlərin sayı 490-ı keçib
11:06
Türkiyə sahillərində PUA tapıldı
10:40
Bəzi yerlərində yağış yağıb - FAKTİKİ HAVA
10:23
Paşinyan yeni Konstitusiyadan danışdı: BU HALDA...
10:10
Naxçıvana reyslərin təxirə salınması nəzərdə tutulur
09:49
Azərbaycanın basketbol millisi İrlandiya ilə qarşılaşacaq
09:27
Azərbaycanda ZƏLZƏLƏ OLDU
09:11
Burundakı sızanaqları sıxmaq ÖLÜMƏ SƏBƏB OLA BİLƏR
04:35
"Ronaldo əvvəlki kimi deyil" - MƏŞQÇİ
04:10
"Avropa miqrantlar səbəbindən üçüncü dünya ölkəsinə çevrilir" - Tramp
03:50
Səhər tez oyanmağın sağlamlığa 7 faydası
03:20
Urmiya gölünün SON VƏZİYYƏTİ AÇIQLANDI - FOTO
03:00
Yayda bu kosmetik prosedurlardan uzaq durun: HƏKİMLƏRDƏN XƏBƏRDARLIQ
02:00
Alimlərdən həyəcanverici kəşf: Yaşamaq üçün əlverişli yeni planet tapıldı
01:33
Venesuelada möcüzə - 8 gün dağıntılar altında qalsa da...
01:13
Avtomobildə sıxılı vəziyyətdə qalan şəxs xilas edildi
00:35
Komada gördüyü yuxu gerçəyə çevrildi: Britaniyalı gəncin inanılmaz hekayəsi
00:23
05.07.2026
ABŞ və İran arasında növbəti danışıqlar Pakistanda keçiriləcək
23:55
TƏBİB: Zaqatalalı həkim yol qəzasında həyatını itirib
23:40
Venesuelada güclü zəlzələlər: son vəziyyət açıqlanıb
23:23
Mərakeş Kanadaya şans vermədi
23:13
Çində daşqınlar nəticəsində 2 nəfər həyatını itirib
22:58
Tramp Xamaneinin dəfninə TƏƏCCÜBLƏNDİ: "Bu, saxta göz yaşlarıdır"
22:43
Saşa Plyuşenko: "Azərbaycanı təmsil etmək böyük sevincdir"
22:37
Xanım DEPUTATA AĞIR İTKİ
22:30
"Netanyahu BOSUN KİM OLDUĞUNU YAXŞI BİLİR"- TRAMPDAN ŞİLLƏ KİMİ CAVAB
22:25
Mərakeş hesabı açdı - Yenilənir
22:19
ABŞ İranla 11 iyulda nələri müzakirə edəcək? - AÇIQLANDI
22:15
Bu təsdiqlənməsə, Pezeşkian istefa verəcək
22:13
Çin eyni raketlə orbitə 13 peyk göndərdi
22:10
Türkiyə və Qətər arasında kritik telefon danışığı
22:08
Türkiyədə mikroavtobus dərəyə aşıb, 22 nəfər xəsarət alıb
22:06
Avropada ölüm saçan istilər: Qurbanların sayı artır
22:03
Rusiyada baş vermiş qasırğa beş yaşlı qızın ölümünə səbəb olub
21:59
Trampdan ŞOK AÇIQLAMA: "DƏFNDƏ HAMINI MƏHV EDƏ BİLƏRİK, AMMA..."
21:55
Şahbaz Şərif: "Münaqişənin bir HƏLL YOLU VAR O DA..."
21:45
Ələt-Astara avtomobil yolunun kənarında açıq ərazidə yanğın baş verib
21:39
ŞAHZADƏDƏN FUTBOLLA bağlı ETİRAF
21:31
"Mizahın zəkası, yoxsa təhqirin asanlığı?" - Mevlüt Yeni yazır...
21:30
75 kq narkotikin üzərinə Zelenskinin fotosu vurub gömrükdən keçirmək istədilər
21:28
Həbsdə olan "Arzum" ilk dəfə danışdı - Vəkilinə nə deyib?
21:21
Zəngilanda bir nəfərin çayda boğulduğu bildirilir
21:14
Qəza vaxtı Amalın qanında narkotik olub? - AÇIQLANDI
20:58
Uitkoff və Kuşner Rusiyaya nə vaxt səfər edəcək?
20:46
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR