Birinci Türkoloji Qurultay uğurla başa çatıb

Birinci Türkoloji Qurultay <span class="text-danger">uğurla başa çatıb</span>

Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçirilən Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" uğurla başa çatıb.

EDnews xəbər verir ki, Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Türk Dövlətləri Təşkilatına sədrliyi dövründə Azərbaycanın ev sahibliyi etdiyi bu mötəbər tədbirlər silsiləsi 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın elmi və mənəvi irsinin yenidən dəyərləndirilməsi, ortaq türk mədəni irsinin təbliği və türk dövlətləri arasında humanitar əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı müraciətdə də vurğulandığı kimi, Birinci Türkoloji Qurultayın ideyaları bu gün də Türk dünyasının ortaq humanitar məkanının formalaşmasının əsas mənəvi və intellektual dayaqlarından biri olaraq qalır. Dövlət başçısının qeyd etdiyi kimi, "Türk Dünyası Həftəsi" zəngin tarixi-mənəvi irsin yaşadılmasına, öyrənilməsinə və gələcək nəsillərə ötürülməsinə mühüm töhfə verəcək.

"Türk Dünyası Həftəsi" yüksək beynəlxalq təmsilçilik səviyyəsi ilə yadda qalıb. Tədbir iştirakçılarına Azərbaycan Prezidentinin müraciəti ilə yanaşı, beş türk dövləti başçısının rəsmi müraciətləri təqdim olunub, yubiley tədbirlərinə göstərilən yüksək siyasi dəstək və Birinci Türkoloji Qurultayın irsinə verilən önəm bir daha nümayiş etdirilib. Eyni zamanda, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Beynəlxalq Türk Akademiyası və Türk Mədəniyyəti və İrsi Fondu da daxil olmaqla, Türk dünyasının aparıcı beynəlxalq əməkdaşlıq qurumları tədbirlərdə fəal iştirak edib, "Türk Dünyası Həftəsi" nin yüksək səviyyədə təşkilində və məzmununun zənginləşdirilməsində mühüm rol oynayıblar.

Həftə çərçivəsində beynəlxalq elmi konfranslar, panel müzakirələri, beş sərgi, təqdimatlar, konsert proqramları və digər mədəni tədbirlər təşkil edilib. Bu tədbirlərdə türk dövlətlərindən və dünyanın müxtəlif ölkələrindən alimlər, türkologiya üzrə tədqiqatçılar, dövlət rəsmiləri, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Proqrama uyğun olaraq təşkil edilmiş tematik sərgilərdə Birinci Türkoloji Qurultayın tarixi irsi, türk xalqlarının ortaq mədəni dəyərləri və zəngin mədəni irsi nümayiş etdirilib. Bununla yanaşı, yubiley münasibətilə hazırlanmış xüsusi sənədli filmin, eləcə də süni intellekt texnologiyalarından istifadə olunmaqla ərsəyə gətirilmiş innovativ filmin təqdimatı keçirilib və iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

"Türk Dünyası Həftəsi" çərçivəsində nəşr fəaliyyəti də xüsusi yer tutub. Təxminən on adda elmi nəşr və kitab ictimaiyyətə təqdim edilib, onların əksəriyyətində Birinci Türkoloji Qurultay və türkologiya sahəsində aparılmış yeni elmi araşdırmaların nəticələri öz əksini tapıb. Xüsusilə, Azərbaycan Milli Kitabxanası tərəfindən nəşr edilmiş Birinci Türkoloji Qurultayın yeni stenoqrafik materialları gələcək tədqiqatlar üçün mühüm mənbə kimi əhəmiyyət daşıyır. Nəşrə sovet dövründə müxtəlif səbəblərdən dərc edilməmiş çıxışların da daxil edilməsi Qurultayın elmi irsinin daha dolğun şəkildə bərpasına və gələcək nəsillərə çatdırılmasına mühüm töhfə olub,

Tədbirlər zamanı Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyəti, ortaq dil və mədəni irsin qorunması, elmi əməkdaşlığın genişləndirilməsi, türk xalqlarının ortaq yaddaşının möhkəmləndirilməsi, müasir dövrdə humanitar inteqrasiyanın inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

"Türk Dünyası Həftəsi" nin ən mühüm nəticələrindən biri tədbir iştirakçıları tərəfindən "Xankəndi Bəyannaməsi"nin qəbul edilməsi olub. Bəyannamədə elm, təhsil, dil, mədəniyyət və ortaq tarixi irsin qorunması sahələrində türk dövlətləri arasında əməkdaşlığın gələcək inkişaf istiqamətləri müəyyən edilib, Birinci Türkoloji Qurultayın ideyalarına sadiqlik bir daha təsdiqlənib.

Bəyannamədə Prezident İlham Əliyevin Birinci Türkoloji Qurultayın 100 illiyinin dövlət səviyyəsində qeyd olunması təşəbbüsü, yubiley tədbirlərinin keçirilməsi ilə bağlı Sərəncamı və Türk dünyasının inteqrasiyasına verdiyi töhfələr yüksək qiymətləndirilib. Eyni zamanda, yubiley münasibətilə təbriklərini çatdıran dövlət başçılarına, beynəlxalq təşkilatlara və tərəfdaş qurumlara təşəkkür ifadə edilib.

Həftə çərçivəsində iştirakçılar Bakıda Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi məkanlarla tanış olub, daha sonra Qarabağa səfər edərək Xankəndidə təşkil olunan yekun tədbirlərdə iştirak edib, bununla da Türk dünyasının ortaq tarixi yaddaşı ilə Azərbaycanın müasir inkişaf reallıqları arasında mənəvi və tarixi bağlılıq bir daha nümayiş etdirilib.

"Türk Dünyası Həftəsi" bir daha nümayiş etdirdi ki, yüz il əvvəl Bakıda əsası qoyulan ideyalar bu gün Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən humanitar əməkdaşlığın ideoloji təməlini təşkil edir. Azərbaycan isə bu prosesin təşəbbüskarı və fəal iştirakçısı kimi ortaq dəyərlərin qorunmasına, mədəni inteqrasiyanın dərinləşdirilməsinə və Türk dünyasının gələcək inkişafına bundan sonra da ardıcıl töhfə vermək əzmindədir.

Keçirilmiş tədbirlər, qəbul edilmiş qərarlar və formalaşmış yeni əməkdaşlıq istiqamətləri "Türk Dünyası Həftəsi"nin təkcə Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər toplusu deyil, həm də Türk dünyasının ortaq elmi, mədəni və humanitar əməkdaşlığının gələcək inkişafı üçün mühüm beynəlxalq platforma olduğunu bir daha təsdiqləyib.

Xəbər xətti

Tramp Türkiyədə Zelenski ilə görüşəcək
23:07
Cüdoçularımız Avrokubokda 9 medal qazandılar
23:02
NASA rəhbəri: Çin yeni Ay missiyasında ABŞ-ni qabaqlaya bilər
23:00
Misir “Oktaqon” adlı yeni Strateji Komandanlıq Qərargahının rəsmi açılışını edib
22:57
Azərbaycan İsraildəki səfirini geri çağırdı? - TƏCİLİ
22:44
Xameneinin dəfn mərasimi ilə bağlı inanılmaz iddia...
22:38
Netanyahu: İran məsələsində İsraillə ABŞ arasında fikir ayrılığı yoxdur
22:26
Sürücülük vəsiqəsi almaq istəyənlər üçün VACİB DƏYİŞİKLİK
22:23
Dneprdə güclü partlayış baş verdi
22:16
FIFA ABŞ-nin hücumçusuna güzəştə getdi - Sabah oyuna çıxacaq
22:14
Rusiya Polşaya hücum edəcək? - Kremldən cavab
22:01
Məşhur azərbaycanlı sənətşünas İrada Berq vəfat etdi
21:58
Çin və Rusiya "Birgə Dəniz-2026" hərbi təlimlərinə başlayır
21:54
Messi haqqında yayılan eşq iddialarına ilk dəfə cavab verdi - Fotolar
21:35
Birinci Türkoloji Qurultay uğurla başa çatıb
21:31
Netanyahu: İsrailin ABŞ-dən başqa da dostları var
21:28
Meksika futbolçuları bahalı hədiyyələrdən imtina etdilər
21:25
Qazaxda taxıl sahəsində yanğın olub -VİDEO
21:22
Göyçayda QƏZA: Traktorla minik avtomobili toqquşdu
21:20
MAKRON 17 İLDƏ İLK DƏFƏ BU ÖLKƏYƏ SƏFƏR EDƏCƏK
21:17
Britaniya ordusunda qalmaqal - Məxfi sənədlər zibil qutusundan tapıldı - Fotolar
21:15
Amerikanın ən varlı sülaləsi- 147 milyard dollar...
20:59
"Apple maps"də Xankəndi "Stepanakert" göstərilir
20:56
Zaur hamını belə aldatdı -Foto
20:52
Xanəndə Pərviz Qasımov dünya çempionu oldu
20:49
Stoltenberq: NATO ƏBƏDİ DEYİL...
20:46
Azərbaycan Dəmiryol Muzeyində "Açıq qapı” günü - FOTO
20:40
Messi yenidən tarix yaza bilər: "Qızıl top" üçün əsas favorit göstərildi
20:37
Şəmkirdə ağır qəza: Ölən və yaralı var
20:35
Çağatay sevgilisi ilə toyda - Foto
20:31
Lekler "Formula-1" üzrə Böyük Britaniya Qran-prisinin qalibi olub
20:23
“ABŞ ilə sülh yoxdur, İsraili tanımayacağıq” -QALİBAF
20:14
Azərbaycanlı gənc Polşada faciəvi şəkildə öldü
20:04
"Qarabağ" onu transfer edib - FOTO
19:42
Bayram şənliyi yasa çevrildi
19:32
Xameneinin oğulları vida mərasimində belə görüntüləndi
19:22
Fransada meşə yanğını başlayıb
18:50
Messi “Qızıl top”a namizəd ola bilər
18:40
Zimbabveli nümayəndə Azərbaycana rəsmi səfərə gəlib - FOTOLAR
18:20
Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb
17:31
Makron Suriyaya səfər edəcək
17:11
Türkiyədə meşə yanğını başlayıb
16:41
Netanyahu: Qəzzada demilitarizasiya olmadan bərpa işlərinin başlanmasına yol verilməyəcək
16:21
Braziliya Norveçlə, İngiltərə Meksika ilə QARŞILAŞACAQ
16:01
Van Dammın heykəli Vəndamda - FOTO
15:41
Slovakiyada planlaşdırılan referendum baş tutmayıb
15:21
İsmayıllıdakı qəzanın səbəbi MƏLUM OLUB
15:11
Klopp Almaniya yığmasının baş məşqçisi olacaq
14:38
Naməlum şəxslər Yəmən sularında gəmiyə hücum etdilər
14:17
Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 2954 nəfərə çatdı
14:02
Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirildi - YENİLƏNDİ
13:46
Tünzalə Əliyevanın qardaşı VƏFAT ETDİ
13:22
Bazar ertəsinin HAVASI AÇIQLANDI
13:13
Qrossi BMT-nin baş katiblərini dirijorlarla müqayisə etdi
13:05
ABŞ-də istidən ÖLƏNLƏRİN SAYI ARTIR
12:46
Rusiyanın Xarkova endirdiyi zərbələr can aldı: 3 ÖLÜ, 8 YARALI
12:25
FHN Həkəri çayında batan şəxslə bağlı MƏLUMAT YAYDI
12:05
Zərdab sakininin meyiti su arxından tapılıb
11:48
Nyu-Yorkda Müstəqillik Günü baş verən atışmada ÖLƏNLƏRİN SAYI ARTDI - YENİLƏNDİ
11:35
Azərbaycan XİN Venesuelanı Milli Günü münasibətilə təbrik etdi
11:19
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR