NATO ölkələrinin əksəriyyəti illik müdafiə xərclərini ÜDM-in 5 %-dək artırmağa razılaşıb.
EDnews xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ankarada keçirilən NATO sammitində bildirib.
Onun sözlərinə görə, işçi sessiya zamanı iştirakçılar NATO ölkələrinin yeni hədəf göstəricisinə nail olmaq istiqamətindəki irəliləyişini müzakirə ediblər.
ABŞ lideri əlavə edib ki, NATO-nun keçənilki sammitində müttəfiqlər illik müdafiə xərclərinin baza səviyyəsinin ÜDM-in 2 %-dən 5 %-dək artırılması barədə "görünməmiş razılaşma" əldə ediblər.
Ağ Ev liderinin sözlərinə görə, çoxları bunu qeyri-mümkün hesab edirdi.
"İndi əksər ölkələr bununla razılaşıb", - Tramp deyib.








