Fazil Mustafadan SƏRT CAVAB: "Bu ağılla Sərdar Cəlaloğlu gərək..."

Fazil Mustafadan <span class="text-danger">SƏRT CAVAB:  "Bu ağılla Sərdar Cəlaloğlu gərək..."</span>

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa ADP sədri Sərdar Cəlaloğlunun Milli Məclisin sədri Sahib Qafarovanın Rusiyanın adamı olmasına dair ittihamlarına cavab verib.

EDnews xəbər verir ki, deputat bu barədə öz "Facebook" hesabında yazıb. 

Yazını təqdim edirik: 

"Siyasi mühitimizdə böhtançı kimliyi ilə tanınan ADP sədri Sərdar Cəlaloğlu ilə dəfələrlə sərt qarşıdurmalarımız olub. Uzun illər öncəyə dayanan normal insani münasibətləri nəzərə alaraq bir çox hallarda atdığı böhtanlara əhəmiyyət verməsəm də, İrançı şəbəkənin ruporlarından birinə çevrildiyi məqamlarda onun görüşlərinə qarşı dəfələrlə sərt açıqlamalarla çıxış etmişəm. Maraqlıdır ki, şəxsimə qarşı məzhəb faşistlərinin törətdiyi terror hadisəsi ilə bağlı keçirilən məhkəmə prosesində terrorçular müdafiə üçün əsas arqumentlərdən biri kimi Sərdar Cəlaloğlunun şəxsimə atdığı böhtanlara baş vururdular. Bu barədə “Cəhalət gülləsi, aydınlıq çiləsi” adlı kitabımda da ətraflı bəhs etmişəm. Bu gün isə Milli Məclisinin sədri Sahibə xanım Qafarova haqqında Sərdar Cəlaloğlunun bir ay öncə verdiyi video-müsahibədə və bu çıxışın “TikTok” sosial şəbəkəsindəki kəsintisində səsləndirdiyi fikirlər qarşıma çıxanda qətiyyən təəccüblənmədim. Peşəkar böhtançının budəfəki hədəfi yalnız ali dövlət vəzifəsində çalışan bir siyasətçi deyil, həm də elm xadimi olan ziyalı bir Azərbaycan xanımı idi. Sərdar Cəlaloğlu bildirirdi ki, Sahibə xanım Qafarovanın sədr seçilməzdən öncə Bakı Slavyan Universitetində prorektor olaraq çalışdığına görə Rusiyanın maraqlarına xidmət etdiyi qənaətindədir.

O, həmçinin Slavyan Universitetini Rusiyanın maraqlarını açıq şəkildə müdafiə edən bir mərkəz kimi xarakterizə edib və həmin ali təhsil ocağından olan bir şəxsin Milli Məclisə sədr seçilməsini narahatlıq doğuran məsələ olduğunu vurğulayıb. Burada söhbət sadəcə böhtandan getmir, uzun illər siyasi həyatda olan və az-çox kitab mütailəsi ilə seçilən bir siyasətçinin axtarıb tapdığı bu qədər bəsit, səfeh bir arqumentdən gedir. Maraqlıdır ki, bu təhsil müəssisəsində çalışmazdan öncə Sahibə xanım Qafarova paytaxtımızda yerləşən Qərb Universitetində prorektor vəzifəsində olub. Bu ağılla Sərdar Cəlaloğlu gərək söyləyəydi ki, öncə Qərbə bağlı olub, sonra Rusiyaya yönəlib. Demək ki, bu böhtançının düşüncəsinə görə Bakı Slavyan Universiteti Rusiyanın “arxa bağçası” imiş və orada kim çalışmışsa, oxumuşsa dolayı yolla Rusiyaya xidmət etmişdir. O halda Azərbaycan Dillər Universiteti hansı statusda olur? ABŞ imperializminə, yaxud alman ideologiyasına, Fransa mədəniyyətinə xidmət edənlərin məkanımı? Yaxud mənim kimi on minlərlə insanın məzun olduğu Bakı Dövlət Universiteti vaxtilə Kirov adına Azərbaycan Dövlət Universiteti adlanırdı, bu məntiqsizliyə görə bəlkə bizlər də oraya Kirova, dolayı yolla Sovet Rusiyasına olan gizli rəğbətimizə görə daxil olmuşuq? Bəs Sərdar Cəlaloğlunun illər öncə məzunu olduğu Tibb Universiteti necə? Dünya orqan köçürmə mafiyasına mütəxəssis yetişdirən bir məkan olmasın ha…

Sahibə xanımın özkeçmişi ilə tanış olan hər bir vicdanlı insan təsdiq edər ki, o, dürüst və obyektiv bir ziyalı xanım olmaqla yanaşı, öz ixtisası üzrə ən savadlı alimlərdən biridir. Parlamentə sədr seçiləndən sonra bütün beynəlxalq platformalarda Azərbaycanı yüksək intellektual qabiliyyəti ilə layiqincə təmsil edir. İndi hansısa axmaq çıxıb söyləsə ki, rus dilində bu cür mükəmməl səviyyədə danışırsa, demək Rusiyaya yaxındır, ingilis dilində öz ana dili səviyyəsində çıxış edirsə, görüşlər keçirirsə, beynəlxalq təşkilatların tədbirlərinə sədrlik edirsə o halda ABŞ-yə və ya Avropa Birliyinə yaxındır, bu iddiaları ciddi qəbul edənlərin ağlından şübhə etməzsinizmi?

Dəfələrlə bu cür şəxslərin böhtanlarına məruz qalmış və anında alın açıqlığıyla cavablarını vermiş bir siyasətçi kimi burada təəssüfləndiyim bir məqam da var. Tez-tez söyləyirik ki, Azərbaycanda qadınların siyasi həyatda, dövlət vəzifələrində sayı azdır, yaxud da rolları aşağıdır. Ardınca da biriləri utanmadan, çəkinmədən açıq-aşkar böhtan olduğunu bildiyi halda ölkəni layiqincə təmsil edən bir siyasətçi xanıma qarşı bu cür qarayaxmaya baş vurursa, bu hallar bəri başdan xanımlarımızın siyasi aktivliyini, cəsarətini əngəlləyən amilə çevrilir. Kiminsə siyasi platformasını, baxışlarını qəbul etməmək normal bir təzahürdür, ancaq yüzlərlə müəllimin çalışdığı, tələbənin təhsil altığı hansısa bir təhsil ocağını töhmət altında buraxmaq qətiyyən əxlaqlı davranış sayıla bilməz".

Xəbər xətti

Rütte Trampa GÖRƏ İMTİNA ETDİ
19:12
İsrail ordusu: "HƏMAS-ın "Nuhba" xüsusi təyinatlı dəstəsinin komandiri məhv edildi"
18:43
Uşağı məktəbəqədər hazırlığa gedəcək valideynlərin nəzərinə!
18:22
Liderlərin ailə fotosu çəkilərkən Trampı görməzdən gəldi
18:17
ABŞ Ukrayna üzərində hava məkanını BAĞLAYACAQ
18:05
Balidə BU ŞƏXSLƏRƏ QADAĞA
17:36
Vaşinqtondan Kiyevə yeni hərbi dəstək: “Patriot” lisenziyası veriləcək
17:25
Trampdan PROQNOZ: "Müharibənin sonu yaxınlaşdıra bilər" XƏBƏR YENİLƏNİR
17:18
Trampdan ETİRAF: "BU GECƏ İRANA AĞIR ZƏRBƏLƏR ENDİRƏCƏYİK"
17:16
Nazirliyin qoyunlarını oğurladı: 2 İLDƏN ÇOX HƏBS VERİLDİ
17:00
Sabunçuda ər-arvadın evdə meyitləri tapıldı
16:16
Metroda “Qarabağ”a görə iş rejimi dəyişir
16:12
Türkiyə hava müdafiəsinə 24 milyard dollar ayırır - Ərdoğan
15:56
Prezident bu vəzifəni energetika nazirinə həvalə etdi
15:42
Şuşada bunu etmək qadağan edildi - PREZİDENTDƏN FƏRMAN
15:34
Pirşağıda maşınlar niyə quyuya düşür? - RƏSMİ AÇIQLAMA
15:33
Prezident diplomatlara yeni rütbələr verdi - SİYAHI
15:29
Fazil Mustafadan SƏRT CAVAB: "Bu ağılla Sərdar Cəlaloğlu gərək..."
15:24
DİN Xaçmazda əməliyyat keçirdi: "MAKAROV" TAPANÇA, HEROİN....
15:15
Ankara NATO-nun yeni güc mərkəzinə çevrilir!
15:08
Tramp: "Amma mənim xahişimə görə bunu etmədi"
14:59
Rusiyaya İŞLƏMƏYƏ GEDƏNLƏRİN NƏZƏRİNƏ: Qaydalar dəyişir
14:52
Heqsetin İsrailə səfəri ləğv olundu - SƏBƏBi AÇIQLANDI
14:42
AMEA-nın həqiqi üzvü Əjdər Məcidov VƏFAT ETDİ
14:39
Beynəlxalq dərəcəli hakim U-18 Avropa çempionatının oyunlarına təyinat alıb
14:29
VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI birinci müavin təyin edildi
14:26
“Seltik”in baş məşqçisi Kamilo Duranın transferini təsdiqlədi
14:25
903 Ukrayna dronu vuruldu
14:23
Azərbaycanlı alim Misirdə təltif edilib - FOTO
14:09
Çimərliklərdə hava necə olacaq?
13:48
NATO liderləri Ankarada ailə fotosu çəkdirdilər - FOTO
13:38
Köç karvanı Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə çatdı - YENİLƏNDİ
13:31
35 dərəcə isti olacaq - SABAHIN HAVASI
13:14
10 kiloqrama yaxın heroin, həşiş və marixuana GÖTÜRÜLDÜ
13:05
Tramp: İranla memorandum qüvvəsini itirib
12:42
Quru Qoşunlarında əməliyyat təlimi keçirilir
12:40
Tramp: "İranla atəşkəs bitdi"
12:38
Bakıda Yaşıl Enerji Dəhlizinin nazirlər görüşü BAŞLADI
12:29
Azərbaycan və İordaniya viza rejimini LƏĞV EDİR
12:28
Beynəlxalq qadağadan sonra Nepal yığmasında İSTEFA
12:25
Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri AÇIQLANDI
12:20
Azərbaycan və İordaniya XİN başçıları DANIŞIQLAR APARIR
12:17
NATO sammitində Polşa-Ukrayna gərginliyi: Navrotski Zelenski ilə danışdı
12:13
Tort da hazırdır: Tramp "qızı" ilə görüşəcək?
12:06
Rəşad Ağayevə yüksək vəzifə verildi
12:03
Ali Məhkəmənin Plenumunun iclası keçirilib - FOTOLAR
11:58
SON DƏQİQƏ! Bu ölkələr üzərindən UÇUŞLAR QADAĞAN EDİLDİ
11:50
Emmanuel Makrondan Ankarada səhər idmanı
11:47
Həmin quyuya DAHA BİR MAŞIN DÜŞDÜ
11:43
Bakıda şahmat turniri keçiriləcək - MÜKAFAT FONDU 30 MİN MANAT
11:33
Konstitusiya Məhkəməsindən YENİ QƏRAR
11:28
Əksər yerlərə yağış yağır, külək əsir - FAKTİKİ HAVA
11:27
Dənizdə batan 16 yaşlı oğlanın meyiti TAPILIB
11:24
"Trampın Ukraynaya münasibəti dəyişir" - Aleksandr Merejko
11:22
Ramiz Yunus: "Bu, Kremlin Azərbaycana açıq siyasi mesajıdır"
11:05
Azərbaycan Prezidenti İordaniya Kralını ölkəyə səfərə dəvət edib
11:04
Livan Prezidenti ABŞ-yə səfər edəcək
11:02
İlham Əliyev İordaniya Baş nazirinin müavinini qəbul edib
10:58
Bakı-Boliviya diplomatik əlaqələrinin 30 ili tamam olur
10:52
Dərnəgül yolunda ağır qəza: SÜRÜCÜ ÖLDÜ
10:48
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR