Türkiyə olaraq, müdafiə xərclərimizi 2030-cu ilə qədər 3,5%-ə çatdırmaq üçün tədbirlər görmüşük. Təhlükəsizlik və dayanıqlıqla bağlı xərclər üçün büdcəmizin 1,5 faizinə artıq çatmışıq.
EDnews xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Beləliklə, Haaqa Məhkəməsində müəyyən edilmiş 5% hədəfinə 2035-ci ildən 5 il əvvəl çatmağı hədəfləyirik. Alyansımızda ən çox hiss olunan çatışmazlıq olan hava və raketdən müdafiə imkanları üçün “Polad Günbəz” layihəmizə əlavə 24 milyard dollar büdcə ayırdıq.
Avropada ən böyük quru ordusuna sahib ölkə olaraq, ehtiyac duyulduqda imkanlarımızı alyansın xidmətinə verməyə çalışırıq. Real döyüş meydanlarında PUA-lardan və silahlı dronlardan uğurla istifadə edən müttəfiq olaraq, pilotsuz sistemlərə qarşı mübarizə üzrə mükəmməllik mərkəzimizi NATO tərəfindən akkreditasiyadan keçirmək istəyirik.
Bu mərkəz, xüsusən də hava və dəniz dronlarının təhdidlərinə qarşı çıxmaq qabiliyyətinə malikdir”, - o bildirib.







