Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı YAP-ın Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov saxlanılıb.
EDnews xəbər verir ki, Məhəmməd Balaqdaşov bir sıra cinayətlərdə ittiham olunur.
Saxlanılmasından bir gün sonra isə YAP Balaqadaşovu Xaçmaz Rayon Təşkilatının sədri vəzifəsindən uzaqlaşdırıb.
Məhəmməd Balaqadaşovun saxlanma səbəbi isə onun bir sıra korrupsiya cinayətlərində təqsirli bilinməsidir.
Sabiq YAP sədrinin PA-nın keçmiş rəhbəri Ramiz Mehdiyevlə sıx əlaqələrinin olması üzə çıxıb.







