ABŞ Silahlı Qüvvələri bazar ertəsinə keçən gecə İran ərazisindəki hədəflərə yeni zərbələr seriyası endirməyə başlayıb.
EDnews xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (ABŞ ) "X" sosial şəbəkəsində məlumat yayıb.
"Şərq sahilinin vaxtı ilə (bazar günü) saat 17:00-da (Bakı vaxtı ilə bazar ertəsi saat 01:00-da - red.) CENTCOM bölmələri Hörmüz boğazından sərbəst keçən ticarət gəmilərinə və dinc dənizçilərə zərbə endirmək qabiliyyətini daha da zəiflətmək məqsədilə İrana əlavə zərbələr endirməyə başlayıb. Əmr ali baş komandan tərəfindən verilib", - paylaşımda qeyd olunub.







