İsrail hərbçiləri Qəzza zolağına zərbə endiriblər.
EDnews xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Ordunun bəyanatında bildirilib ki, hücumun hədəfi HƏMAS-a məxsus hərbi obyekt olub. Məlumata görə, həmin obyekt Qəzza şəhərində yerləşib və silah hissələrinin istehsalı üçün istifadə olunub.







