Rusiyanın paytaxtı Moskvada baş verən güclü qasırğa və leysan yağışları şəhər infrastrukturuna ciddi ziyan vurub.
EDnews Moskva Şəhər Xəbər Agentliyinə istinadən xəbər verir ki, şəhərin Təbiətin İdarə Edilməsi Departamentinin məlumatına görə, qasırğa nəticəsində 50 ağac aşıb. Onlardan 11-i avtomobillərin üzərinə düşərək nəqliyyat vasitələrinə ziyan vurub.
Şəhər xidmətləri hadisələr nəticəsində xəsarət alanların olmadığını bildirib. Hazırda aidiyyəti qurumlar qasırğanın fəsadlarının aradan qaldırılması istiqamətində işləri davam etdirirlər.
Qeyd edək ki, iyulun 11-də Moskvada dolu ilə müşayiət olunan güclü leysan yağıb. Güclü külək nəticəsində "Winzavod" kompleksinin damı uçub, yağış suları isə "Trubnaya" metro stansiyasının giriş hissəsini su altında qoyub.







