Dünən Suriya hərbi polisi Dəməşq vilayəti ərazisindən Dərəa vilayətinə hərəkət edən və üzərində iri buynuzlu heyvan olan avtomobili saxlayıb.
Avtomobildə olan inəyin bədənində uzun kəsik olduğuna diqqət edən hüquq mühafizə orqanlarının əməkdaşları inəyin qarnında terrorçular üçün nəzərdə tutulan sursat aşkar edib. Yaxalanan sürücü hərbi sursatın Dərəa vilayətindəki terrorçulara aparıldığını etiraf edib.