İsrailin keçmiş baş naziri, Nobel mükafatçısı Şimon Pereslə vida mərasimi keçirilir. Tədbirdə 70-ə qədər ölkə təmsilçisinin, o cümlədən ABŞ prezident Barak Obamanın, Britaniyadan şahzadə Çarlesin iştirakı gözlənir. Yerusəlimdə yolların çoxu bağlanıb, təhlükəsizlik qüvvələri xüsusi rejimdə işləyir.
Şimon Peres sentyabrın 28-də, 93 yaşında vəfat edib. Sentyabrın 29-da onunla vida mərasimində 30 minə qədər adam iştirak edib.
Sülh tərəfdarı kimi tanınan Peres həm ölkəsində, həm də beynəlxalq aləmdə İsrailin ən nüfuzlu lideri idi. Nobel mükafatını 90-cı illərdə fələstinlilərlə sülh danışıqlarında oynadığı mühüm roluna görə almışdı.