New York Times qəzeti ABŞ-da prezidentliyə namizəd Donald Trampın 1995-ci ildə 900 milyon dollar məbləğində zərər etdiyini deyərək federal gəlir vergisi ödəmədiyini iddia edir.
Bu, respublikaçıların namizədinə təxminən 18 il qanuni yolla vergi ödəməkdən yayınmağa yardım edib.
Onun kampaniyası cənab Trampın vergi bəyannamələrini dərc etməkdən imtina edib və onun zərərinin miqyası nə təsdiq, nə də təkzib edib.
Demokratların namizədi Hillari Klinton onun vergi sənədlərinin xeyli hissəsini əldə edib.
Bazar ertəsi ilk prezidentlik debatı zamanı xanım Clinton qeyd edib ki, rəqibi "dəhşətli bir şeyi" gizlədir.
Xanım Klinton onu federal gəlir vergisini ödəməməkdə ittiham edərkən cənab Tramp cavab verib: "Bu, mənim ağıllı olduğumu göstərir".
Hillari Klinton təxminən son 40 il üçün vergi bəyannamələrini ictimaiyyətə təqdim edib.
Xanım Klinton ilk debatda vergi məsələsini qabardıb
"Çox bacarıqlı iş adamı"
New York Times qəzetinin məqaləsində deyilir ki, sənədlər müxbirlərdən birinə ötən ay göndərilib.
Daşınmaz əmlak maqnatının sabiq mühasibi, cənab Trampın vergi bəyannamələrini doldurmuş Jack Mitnick bildirib ki, sənədlər 1995-ci il sənədlərinin bir hissəsinin həqiqi surətidir.
Şənbə günü cənab Tramp New York Times-ı "Klinton kampaniyasının bir hissəsi" adlandırıb.
Onun kampaniyası bildirib ki, cənab Tramp "çox bacarıqlı iş adamı"dır və biznesi, ailəsi və işçiləri qarşısında qanunla nəzərdə tutulandan artıq vergi ödəməməyə məsuliyyətlidir.
1976-cı ildən bəri ABŞ-da prezidentliyə bütün namizədləri vergi bəyannamələrini ictimailəşdirib.