Avropada qaçqınlar necə yaşayır? ÖLKƏLƏR-ŞƏRAİT - SİYAHI

Analitika 19:12 29.01.2017

Məlum olduğu kimi, «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il Fərmanı ilə məcburi köçkün ailələrinə verilən güzəştlər ləğv edildi.  Həmin ödənişlər əvəzinə isə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində aylıq müavinət təyin ediləcək.

Bir sıra dövlət rəsmiləri Azərbaycandakı məcburi köçkün və qaçqınların digər ölkələrlə müqayisədə rifah halında yaşadığını bildirir. AŞ PA-nın son sessiyasında Azərbaycanı təmsil edən Səməd Seyidov və Rəfael Hüseynov Avropada miqrant problemlərindən danışıb. Hər iki deputat Avropa ölkələrində miqrantlara qarşı ayrı-seçkilik edildiyini deyib.

 Bəs Avropada qaçqınlar hansı şərait və imtiyazlar var? Avropa ölkələrində mühacir olan azərbaycanlı jurnalistlər Avropada qaçqınlar üçün yaradılan şərait barədə məlumat verirlər.  

 Hollandiyada yaşayan azərbaycanlı jurnalist Fikrət Hüseynli deyir ki,  burada Almaniyayla müqayisədə qaçqınlara sosial yardım az verilir: “Bir nəfər sığınacaq üçün baş vurubsa və təkdirsə, ona aylıq yemək pulu olaraq 224 avro pul verilir ki, bu da təxminən 500 Azərbaycan manatı edir. Eyni zamanda həmin şəxs tibbi sığortadan istifadə edə bilir, işiylə bağlı görüşlərə gedərkən yol bileti ilə təmin edilir, heç bir kommunal və kirayə haqqı ödəmir”.

Hollandiyada 3 nəfərlik ailəyə yemək xərcini ödəmək üçün aylıq 580 avro ödənilir.

Fikrət Hüseynli bildirir ki, sığınacaq istəyi qəbul ediləndən sonra Hollandiyanın işsiz vətəndaşı dövlət hesabına nə qədər sosial yardım alırsa, oturum izni alan şəxs də bir o qədər yardım alır: “Bu yardım bir nəfər üçün 1260 avro, 3 nəfərlik ailə üçün isə 1500 evrodur. Bu pulun 65-70 faizi ev puluna, sığorta, kommunal xərclərə ödənilir. İşləməyən tək şəxsə aylıq, təxminən 400 avro, 3 nəfərlik ailəyə isə aylıq 600-650 avro yemək pulu qalır. Ailəyə eyni zamanda hər 3 aydan bir 200 avro da uşaq pulu verildiyini nəzərə alsaq, bu məbləğ, ümumilikdə, 700 avro edir”.

 Fransada yaşayan azərbaycanlı jurnalist Natiq Ədilov isə deyir ki,  qaçqınlarla məşğul olan Qaçqınlar və İnteqrasiya İdarəsi adlı bir dövlət qurumu var: “Fransa Avropa Birliyinə üzv olduğuna görə, bu istiqamətdə eyni qanunla işləyirlər.

Fransada 4 səbəbdən qaçqın qəbul edirlər. Birinci, siyası səbəblərlə, daha dəqiq desək, hər cür azadlıqlar uğrunda mübarizə apararkən  təqib, təzyiqə məruz qalanları.  İkinci, öz ölkəsində müalicəsi olmayan xəstəliklə əlaqədar müraciət edənləri, üçüncüsü, ölüm hökmü ilə üzləşən və nəhayət dini baxışlarına görə hər hansı bir problemlə üzləşmiş şəxsləri.

Birinci qrupda olanlara, adətən, 5-10 illik oturum verirlər. Xəstəlik olanlara isə 1 il verirlər, lazım gəlirsə, növbəti ildə də uzadırlar”.

N.Ədilova görə, Fransada oturum almaq üçün təşkilata müraciət edənlərin şəxsi məlumatları, əl izi götürülür: “Əgər ailəsi və uşağı varsa, dərhal müəyyən yerlərə, hotellərə yerləşdirilir. Fransada sığınacaq kampları yoxdur. İndi qaçqınların sayı çoxaldığına görə yerləşdirmə ilə bağlı problemlər var. Adamlar var ki, aylarla yaşamaq üçün yer tapa bilmir, hər gün 115 deyilən nömrəyə zəng edib sutkalıq qalmaq üçün yer axtarır. Amma gələn qaçqının tibbi müayinəsi aparılır, yaşadığı ərazidə icitimai nəqliyyatdan istifadə etməsi üçün kart verilir. Kart üçün çox simvolik bir ödəniş aparıb, ondan 1 ay boyunca şəhərdaxili bütün ictimai nəqliyyatlardan sərbəst istifadə edə bilir. Məsələn, mənim yaşadığım şəhərdə bu kartlar 1.60 avrodur.

Oturumu olmadığı halda belə 100 faizlik tibbi sığortası ilə əhatə olunur. Hətta 30-40 min avroluq əməliyyatı olarsa, onun sığortasını Fransa dövləti qarşılayır. Bu müddət ərzində adambaşına günlük 11 avro yemək pulu verilir. Eyni zamanda, bəzi humanitar təşkilatlar həftədə 1 və ya 2 dəfə yemək və paltar paylayırlar. Bütün bunlar hələ oturum izni almayan, bəlkə də Fransanın düşməni olan şəxslərə edilən yardımlardır. Bununla paralel mədəni tədbirlərə, dil kurslarına pulsuz qatılmaq mümkündür”.

Müsahibimizin sözlərinə görə, oturum izni alandan sonra, müavinətlər artaraq böyüklər üçün adambaşına 430 avro, uşaqlar üçün 190 avro civarında olur: “Dövlət evlə təmin edilir. Bundan sonra kommunal xidmətlərin ödənişləri qaçqınların öz üzərində olur. Buradakı qanuna görə, bir insan üçün 11 kv-m-dən az olmayan yaşayış evi verilir. Əgər ailə üzvləri 4-5 nəfərdirsə, onlar 44-55 kv.m-dən böyük mənzillə təmin edilir. Bundan sonra Fransa dövləti oturumu olan şəxsin inteqrasiyası üçün tədbirlər həyata keçirir, şəxsini  təhsil, peşə və dil bilgilərini artırması üçün şərait yaradır”.

“Burada əsas məsələ insana münasibətdir. Yeməyə az pulun qala bilər, acından kim ölür ki? Əsas odur ki, burada heç kim qaçqının üstünə qışqırmır, insanı münasibət var. Azərbaycanda nəinki qaçqınlar, digər vətəndaşlar da məmurlar tərəfindən alçaldılır. Amma Fransada belə halların olması mümkün deyil. Qaçqınların halına ürək ağrısı, qayğıkeşliklə yanaşırlar. Ən önəmlisi qanunun aliliyi qorunur”,- deyə N.Ədilov vurğulayır.

 Norveçdə yaşayan azərbaycanlı jurnalist İdrak Abbasov isə bu ölkənin qaçqınlar üçün yaratdığı şəraitdən danışdı: “Norveçdə oturum izni olan qaçqınların minimal tələbatları ödənilir, dil öyrənmələrinə yardım edilir. Qaçqının uşağı varsa, təhsil almaları üçün şərait yaradılır. Norveçdə hər bir uşağın pulsuz təhsil almaq hüququ var”.

İ.Abbasov  əlavə etdi ki, bundan əlavə qaçqınlar “İnteqrasiya Proqramı” adlı bir proqrama cəlb olunurlar: “Bir il ərzində dil, peşə öyrədirlər və bu, hər bir qaçqın üçün əsas tələblərdən biridir.  Həmin qaçqınlara Azərbaycan milli valyutası ilə təqribən 3 min manat pul verilir. Amma bu pul elə də böyük məbləğ deyil. Oturum izni alandan sonra kommunal xidmət haqlarını, kirayə haqlarını qaçqınların özləri ödəyir. O zaman güzəşt ola bilər ki, qaçqın gənc və ya azyaşlı olsun. Bu zaman bütün Norveç gənclərinə tətbiq edilən güzəştlər onlara da şamil edilir. Qaçqınların oturum izni varsa, onları Norveç  vətəndaşlarından yalnız seçkidə iştirak etmə hüququ ayırır. 3 ildən sonra isə qaçqınlar bələdiyyə seçkilərində iştirak etmək hüququ əldə edir. Norveç qanunlarına görə, heç kim bekar qalmamalı, hamı işləməli və vergi ödəməlidir.

Əgər qaçqın sosial yardımla kifayətlənirsə, o zaman onun komfortlu həyatı olduğunu deyə bilmərik. Çünki hər bir qəpiyinin hesabatını verməlidir. Həmin pul minimal xərcləri ödəmək üçündür. Məsələn, siqaret baha olduğuna görə həmin pulla siqaret ala, avtomobil sahibi ola, istirahətə gedə bilməz. Əks halda, sosial yardımdam məhrum ola bilərlər. Ona görə də, qaçqınlar çalışır ki, İnteqrasiya Prorqamını tez mənimsəyib dil öyrənsinlər, iş tapsınlar”.

Mənbə: Gününsesi.info

Xocalıya köç başlayır: Evlərin təhvilvermə prosesinin vaxtı AÇIQLANDI – VİDEO

Xəbər xətti

Azərbaycanın kapital bazarının artım potensialı açıqlanıb
Azərbaycanın kapital bazarının artım potensialı açıqlanıb
16:10 13.05.2024
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
15:48 13.05.2024
Paşinyanın noyabra qədərki sülh vədi: Həqiqət yoxsa illüziya? – Beynəlxalq ekspertlər ŞƏRH EDİR
15:40 13.05.2024
Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
15:30 13.05.2024
Almatı görüşü iki ölkə arasında sülh müqaviləsini tezləşdirəcəkmi? – Politoloqdan AÇIQLAMA
15:30 13.05.2024
Bu qadınların maaşları ARTIRILA BİLƏR
15:25 13.05.2024
Ukrayna niyə müdafiə oluna bilmir?
Ukrayna niyə müdafiə oluna bilmir?
15:20 13.05.2024
YAP Umud Mirzəyevi Fəxri Fərmanla təltif etdi – FOTO
15:00 13.05.2024
Şəkər qiymətləri kəskin bahalaşa bilər - SƏBƏB
Şəkər qiymətləri kəskin bahalaşa bilər - SƏBƏB
14:59 13.05.2024
İranda yeni nüvə reaktoru tikiləcək
İranda yeni nüvə reaktoru tikiləcək
14:50 13.05.2024
"Qarabağ"a qızıl medal və kubok bu stadionda veriləcək
14:46 13.05.2024
Ukrayna rəsmisi Xarkov vilayətində “çətin vəziyyətin” olduğunu etiraf edib
Ukrayna rəsmisi Xarkov vilayətində “çətin vəziyyətin” olduğunu etiraf edib
14:32 13.05.2024
Babək prospektində piyadanı maşın vurdu - Sıxlıq yaranıb
14:15 13.05.2024
“Azərbaycanda minimum əməkhaqqı kifayət qədər azdır” – İqtisadi ekspert açıqlayır
14:00 13.05.2024
Bu məhkəmələrə yeni hakimlər təyin edildi - SİYAHI
13:46 13.05.2024
Qarabağda ötən həftə aşkarlanan minaların SAYI
13:27 13.05.2024
Ötən ay Azərbaycanda ən çox ucuzlaşan məhsullar – SİYAHI
13:05 13.05.2024
Temperaturun 3 dərəcə qalxması nələrə səbəb ola bilər? – ARAŞDIRMA
Temperaturun 3 dərəcə qalxması nələrə səbəb ola bilər? – ARAŞDIRMA
13:00 13.05.2024
"Paşinyanın tək yolu Azərbaycanla sülh müqaviləsi bağlamaqdır" - Moldovali ekspert şərh edir
13:00 13.05.2024
ATƏT sədri sabah Bakıya gələcək - YENİLƏNİB
12:50 13.05.2024
Geomaqnit qasırğası gözlənilir
Geomaqnit qasırğası gözlənilir
12:45 13.05.2024
MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan etdi
12:41 13.05.2024
MEDİA çap mediası subyektləri üçün müsabiqə ELAN EDİR
12:35 13.05.2024
Ərdoğan Yunanıstanı sülhü təmin etmək üçün qəti addımlar atmağa çağırdı
12:30 13.05.2024
Azərbaycanda illik inflyasiya ENDİ
12:25 13.05.2024
Əməkdar artist vəfat etdi
12:21 13.05.2024
"Rusiyada daxili vəziyyət qarışıqdır" - Ukraynalı deputat açıqlayır
12:15 13.05.2024
Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinə rəis təyin olunan Müşfiq Məmmədov KİMDİR? – DOSYE
11:55 13.05.2024
Bu ölkələrin rəsmiləri İlham Əliyevin QƏBULUNDA
11:53 13.05.2024
Əhmədlə bağlı yekun ekspertiza rəyi AÇIQLANDI
11:50 13.05.2024
Azərbaycanda güclü zəlzələ GÖZLƏNİLİR? – AÇIQLAMA
11:40 13.05.2024
Qarabağ Universitetində 1200 tələbə təhsil alacaq - RƏSMİ
11:20 13.05.2024
Dövlətlər kriptovalyutalara nə qədər maraq göstərir - ARAŞDIRMA
Dövlətlər kriptovalyutalara nə qədər maraq göstərir - ARAŞDIRMA
11:15 13.05.2024
Erməni keşiş “Dağlıq Qarabağ”a qayıtmaq istədiyini bildirib - VİDEO
Erməni keşiş “Dağlıq Qarabağ”a qayıtmaq istədiyini bildirib - VİDEO
11:00 13.05.2024
Kanada qəzetində Baqrat Qalstanyan haqqında utanc verici faktlar yayımlanıb - FOTO
Kanada qəzetində Baqrat Qalstanyan haqqında utanc verici faktlar yayımlanıb - FOTO
10:52 13.05.2024
Azərbaycanda külli miqdarda aksiz markasız siqaretlər aşkar edilib
10:50 13.05.2024
Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib
10:47 13.05.2024
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır
10:40 13.05.2024
Tayland marixuananı yenidən qadağan edir
Tayland marixuananı yenidən qadağan edir
10:30 13.05.2024
Akademik: İşğal dövründə 20-dən çox seysmoloji stansiya dağıdılıb
10:20 13.05.2024
Hamısı