Çar II Nikolayın öldürülməsi Romanovlar və Rusiya

Analitika 13:08 10.04.2018

Tarix səhnələrinə gec gəlmələrinə baxmayaraq ruslar tarixdə silinməz və maraqlı izlər qoymağı bacarıblar. Xüsusilə XVII əsr və ondan sonrakı dövr, istər siyasi, istər iqtisadi, istərsə də mühüm ərazilərin işğalı baxımından Rus tarixçiləri tərəfindən əhəmiyyətli dövr kimi qəbul olunmuşdur. XVII əsrin digər səciyyəvi xüsusiyyəti Romanovlar sülaləsinin hakimiyyətə gəlişidir. Rurik xanədanının son rəhbəri I Fyodorun ölümünden sonra Rusiya 1613-cü ilə qədər Qarışıqlıq Dövrü olaraq bilinən siyasi böhran dövrünə girdi. Bu dövr, ölkə məclisinin Nikitanın nəvəsi Mixayl Romanovu çar seçməsiylə sona çatdı. Beləliklə Romanovlar sülaləsinin əsası qoyuldu. Bu dövrdə ölkə 1598-1613-cü illər Qarışıqlıq Dövrü ilə əlaqədar olaraq bir sıra ərazilər itirmiş və iqtisadi cəhətdən geriləmişdi. Mixayl Romanov hakimiyyətə gəldikdən sonra ruslar ənənəvi işğalçılıq siyasətini yenidən həyata keçirməyə başladılar. Ölkənin siyasi həyatında əsaslı dəyişikliklər özünü göstərdi. İtirilmiş ərazilər geri qaytarıldı və şərqə doğru böyük yürüş başladı. Mixayl Romanovun hakimiyyətinin son illərinə yaxın yəni 1645-ci ildə ölkənin sərhədləri şimalda Şimal Buzlu okeanından cənubda Çin sərhədlərinə qədər uzanırdı. Lakin Mixaylın dövründə iqtisadi geriliyin qarşısın almaq mümkün olmadı. Qərbi Avropa ölkələrində kapitalist münasibətləri inkişaf etdiyi halda Rusiyada XVII əsrin ortalarında feodal-təhkimçilik qaydaları daha da möhkəmlənirdi. 1645-ci ildə Aleksey Mixayloviç hakimiyyətə gəldi. O, Rusiyada təhkimçilik hüququnu rəsmiləştirdi. Belə ki, 1649-cu ildə toplanmış Zemstvo yığıncağı "Ümumi Qanunnamə" qəbul etdi. Zadəgan malikanələrinin irsi keçməsinə, onların mülkə dəyiştirilməsinə icazə verildi. Kəndlilər qəti olaraq feodallara təhkim olundular. Artıq qaçqın kəndlilərin axtarılıb geri qaytarılması heç bir müddətlə məhdudlaşdırılmırdı.

Zadəgan və tacirlərin güclənməsi ilə dövlətdə boyar aristokratiyasının rlolu azalırdı. Qeyri-məhdud hökmdar hakimiyyəti təşəkkül tapmağa başladı. Çar hakimiyyətinin möhkəmlənməsi özünü həm də bunda göstərirdi ki, çar Aleksey Mixayloviç kilsə başçısı patriarx Nikonun kilsəni dünyəvi hakimiyyətdən asılı olmayan,müstəqil quruma gətirmək cəhdinin qarşısını ala bilmişdi. Nikon vəzifəsindən azad edildi və monastra gönderildi.

Rusiya XVII əsrin ortalarından Ukrayna və Belorusiyanı ilhaq etmək uğrunda mübarizə aparırdı. Bu zamanlar həmin torpaqlar Reç Pospolita dövlətinin tərkibində idi. Çar hökumətinin təzyiqi ilə 1654-cü ildə Pereyeslav Radası Ukraynanın Rusiyaya birləşməsi haqqında qərar qəbul etdi. Rusiya Ukraynanı ələ keçirmək üçün Polşa ilə müharibəyə başladı. Müharibə 1667-ci ildə Andrusovo barışığı ilə nəticələndi. Solsahil Ukraynası, habelə Belorusiyanın bir hissəsi Rusiyanın əlinə keçdi. Polyak mülkədarlarının zülmünü çarizmin zülmü əvəz etdi.

Polşa ilə müharibədən az sonra Rusiya Ukrayna üstündə Osmanlı ilə toqquşdu. 60-70-ci illər Polşa-Osmanlı müharibəsi nəticəsində türklər sağ sahil Ukraynası üzərində nəzarət əldə etdilər. Rusiya isə bununla barışa bilmirdi. Buna görə də 1676-cı ildə ilk rus-türk müharibəsi başladı. Ancaq həmin il Aleksey Mixayloviçin ölümü və 1678-ci ilin yayında sultanın göndərdiyi 200 minlik qoşun türklerin qələbəsi ilə nəticələndi. 1681-ci ildə bağlanmış Bağçasaray müqaviləsinə görə Osmanlı Rusiyanın solsahil, Rusiya isə Osmanlının sağsahil Ukraynası üzərindəki hakimiyyətini tanıdı.

Romanovlar 1797-ci ilə qədər nizamlı bir varislik sistemi yarada bilmədilər. Rəhbərliklərinin ilk əsrində taxta, Rurik ailəsində olduğu kimi adətən çarın ən böyük oğlu, əgər oğlu yoxdursa ən yaxın və yaşca ən böyük olan kişi qohumu keçirdi. Beləce Mixaylın yerinə oğlu Aleksey, onun yerinə də III Fyodor keçerek çar oldu. 1682-ci ildə III Fyodorun ölümünden sonra həm qardaşı İvan, həm də ögey qardaşı Pyotr taxt üzərinə iddia etdi. Ölkə məclisi Pyotru çar seçsə de, İvanın ailəsinin gözətçi birlikləri üsyana təşviq etməsi nəticəsində İvan və Pyotr ikisi də çar elan edildi. Onlar həddi-büluğa çatana qədər böyük bacıları Sofya hakim elan olundu.

Faktiki hakimiyyət Sofyaya məxsus idi.

Hərbi işə meyli olan Pyotr Semyonov və Preobrajensk alaylarını yaratdı. Bununla rus qvardiyasının əsası qoyuldu. Artıq həddi-büluğa çatmış Pyotr təkbaşına hökmdar olmaq qərarına geldi. Qəsdən şayiə yayıldı ki, guya streleslər Sofiyanın xeyrinə çevriliş edib Pyotru öldürmək isteyirlər. Pyotr guya qəsddən özünü qorumaq üçün yaxşı möhkəmləndirilmiş Sergiyev-Lavr Troitsasımonastrına getdi. Pyotrun artıq ölkəni təkbaşına idarə etməyə qadir olduğunu görən boyarlar Sofyanı tərk edərək onun yanına gəlməyə başladılar. 1689-cu ildə Pyotr Moskvavaya daxil oldu, Sofyanın hörükləri kəsilərək monastra rahibə göndərildi. İvan formal olaraq çar titulunu saxlasa da çox nadir hallarda saray mərasimlərində iştirak edirdi. O, 1696-cı ildə vəfat etdi. Pyotr rəsmən tekbaşına hökmdar oldu.

I Pyotr ilk növbədə Qara dəniz sahillərini ələ keçirmək, gələcəkdə də İstanbul və boğazları tutaraq Aralıq dənizinə çıxmağa can atırdı. O, 1695 və 1696-cı illərdə cənuba yürüş etdi. Birinci uğursuz yürüşdən sonra, ikinci yürüş nəticəsində Azov qalasını osmanlılardan ala bildi.

Pyotr Osmanlılarla müharibəni davam etdirmək üçün müttəfiqlər axtarırdı. Bu məqsədlə 1697-1698-ci illərdə Qərbi Avropaya "Böyük Səfirlik" göndərdi. Pyotr özü Uryadnik Pyotr Mixaylov adı ilə səfirliyin tərkibində gedərək gəmiqayırma və artilleriya işini, Avropa qaydalarını və adətlərini öyrəndi. I Pyotr Osmanlıya qarşı ittifaq teşkil etmeye nail olmadı. Ancaq Reç Pospolita və Danimarka ilə İsveçə qarşı Şimal ittifaqı adlı koalisiya yarada bildi.

1700-cü ilde başlayan Şimal müharibəsi 1721-ci ilə kimi davam etdi. Müharibənin başlanğıcı Rusiya üçün uğursuz oldu. 1700-cü ilin noyabrında Pyotrun 32 minlik nəfərlik rus ordusu XII Karlın 18 min nəfərlik ordusu tərəfindən darmadağın edildi. İsveçlilər cəmi 3 min ruslar isə 8 min itki verdilər. Ruslar həmçinin 145 top və bütün hərbi sursat və ərzaq ehtiyatlarını itirdilər. Artilleriyasız qalan Pyotr onu bərpa etmək üçün kilsə zənglərini əridib top düzəltməyi əmr etdi. Eyni zamanda məğlubiyyətə uğrayan Danimarka təkbaşına İsveç ilə sülh bağlayıb müharibədən çıxdı. I Pyotr 1709-cu ilin iyun ayında Poltava yaxınlığındakı döyüşdə nəhayət İsveç ordusu üzerində qələbə çaldı. XII Karl Osmanlıya qaçmalı oldu. I Pyotr onu təqib etmək bəhanəsi ilə Qara dəniz ətrafındakı Osmanlı torpağlarına daxil oldu. Lakin 1711-ci ildə Prut çayı sahilində ağır məğlubiyyətə uğrayıb Osmanlılarla sülh bağlamalı oldu. Rusiya Azov qalasını geri qaytardı. Pyotr qısa müddət ərzində güclü rus donanması yaradaraq 1714-cü ildə Qanqut burnu yanında, 1720-ci ildə isə Qrenqam adası yanında İsveç donanması üzərində qələbə çaldı. 1721-ci ildə Pyotr özünü imperator Rusiyanı isə imperiya ela etdi. İmperator Pyotr 8 fevral 1725-ci ildə 22 illik hökmranlıqdan sonra aldığı soyuqlamadan Sank-Peterburqda vefat etdi. Bu günə kimi o tarixdə ən görkəmli rus siyasətçisi və XVII əsrdə Rusiyanın inkişafında əvəzedilməz işlər görmüş dövlət xadimi sayılır.

Pyotrdan sonra hakimiyyətə gələn Romanovların digər nümayəndələri də öz dədə-babalarının yürütdüyü işğalçılıq siyasətini davat etdirdilər. Xüsusilə Cənubi Qafqazda II Yekaterina, I Aleksandr, və I Nikolayın hakimiyyəti illərində hərbi əməliyyatlar üst səviyyəyə qalxdı. Nəticədə Şimalı Azərbaycan 1828-ci ildə rəsmi şəkildə Rusiya torpaqları kimi təstiq edildi.

Romanovların sonuncu nümayəndəsi II Nikolay olmuşdur. Hakimiyyət illəri 1894-1917-ci illəri əhatə edir. Onun hakimiyyətinin son illərində ölkə dərin böhran içində idi. Bir tərəfdən qərb cəbhəsində 1-ci dünya müharibəsinin başlaması, digər tərəfdən ölkədə başlayan xalq hərəkatı çarı çaş baş vəziyyətə salmışdı.

1914-cü ildə Almanlar müharibəyə başladı. Müharibə gedişində Rusiya tərəfi bir milyon dörd yüz min itki verdi. Ard-arda gələn məğlubiyyətlər ölkə iqtisadiyyatına ağır zərbə vururdu. Xalq bütün bunların səbəbini Çar II Nikolayın yürütdüyü uğursuz siyasətdə görürdü. Bu siyasi gərginlikdən istifadə edən komunistlər xüsusilə Vladimir İliç Lenin xalq tərəfindən böyük maraqla izlənirdi.

Ölkədə vəziyyətin pisləştiyini görən II Nikolay qardaşı Mixaylın lehinə taxtdan çəkildi. Lakin Maxyl Çar olmaqdan imtina etdi və bununla da Romanovların min ildən çox monarxiyası sona çatdı. II Nikolay ailəsi ilə birlikdə Sank-Peterburqdan min yeddi yüz kilometr məsafədə olan Yekaterinburqa gətirildi. Ailənin həps olduğu ev üst səviyyədə qorunurdu. Bura nəzarət öz qəddarlığı ilə seçilən Yakov Yurovskiyə tapşırılmışdı. O, ailənin öldürülməsi üçün hazırlıqlara başlamışdı. Nəhayət 17 iyul 1918-ci ildə gecə saat 2 radələrində mühafizəçilər ailənin binanın zirzəmisinə aparılması barədə Yurovskidən göstəriş aldı. Qəddar Yurovski ailənin ölümündən əvvəl onların xatirə şəklini çəkdi və yüksək səslə II Nikolayın ölüdürülməsi hakkında qərar qəbul edilmiş sənədi oxudu. Bundan sonra mühafizəçilərə atəş əmri verildi. II Nikolay həyat yoldaşı və beş uşağı ilə birlikdə öldürüldü. Ümumilikdə mühafizəçilərin silahlarından çıxan güllələrin sayı 103 ədəd idi. Eyni zamanda Uşaqlara yaxın məsafədən də atəş açılmışdı. Yakov Yurovski gecə ikən cəsədlərin yaxınlıqdakı meşədə yandırılmasını əmr etdi. Bu hadisənin üstü 73 ildən sonra yəni 1991-ci ildə ailənin yanmış hissələrinin tapılmasına qədər gizli qaldı. 1991-ci ildə Yekaterinburqda aşkar edilən qəbrdə ailənin 5 üzvü tapıldı onlar 1998-ci ildə Sank-Peterburqdakı Pove-Peter qalasında dəfn olundu. I Pyotr və ondan sonrakı çarlar burada dəfn olunurdu. Ailənin digər 2 üzvü yəni varis Aleksey və Anastasiyanın cəsədləri də aşkar edildi. Yakov Yurovski onları digərlərindən 60 metr uzaqlıqda yandırıb dəfn etmişdi. Bununla da 80 illik hadisənin üstü açıldı.

Romanovlar Rusiya tarixində əhəmiyyətli və silinməz iz qoydular. ərazisinə görə dünyada birinci yərdə gedən müasir Rusiya bu statistikanı Romanovlar sülaləsinə borcludurlar. Çünki məhz onların hakimiyyəti illərində Asiya qitəsinin 2/4 hissəsi tutuldu.

Müəllif: Qərbi Kaspi Universtetinin Tətbiqi Politologiya Mərkəzinin Tarixçilər Qrupunun araşdırmacısı İbrahim Məmmədli

Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO

Xəbər xətti

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
12:14 25.04.2024
Naxçıvana Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? – DOSYE
12:09 25.04.2024
Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - YENİ TƏYİNAT
12:00 25.04.2024
Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq
11:52 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin Baş planı ilə tanış oldular
11:35 25.04.2024
Şuşada beynəlxalq müsabiqə keçiriləcək - TARİX AÇIQLANDI
11:25 25.04.2024
Qırğızıstan Prezidenti Füzuliyə GETDİ
11:18 25.04.2024
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
11:15 25.04.2024
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
11:05 25.04.2024
Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO
11:00 25.04.2024
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək – BU TARİXDƏ
10:55 25.04.2024
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
10:50 25.04.2024
Vətəndaşlar öz avtomobilləri ilə Laçın şəhərinə səfər edə biləcəklər
10:39 25.04.2024
ABŞ və Avropa ölkələrindən Çinə TƏSİR - ANALİTİKA
10:30 25.04.2024
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
10:24 25.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
10:20 25.04.2024
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
10:15 25.04.2024
Azərbaycanda balıq ovu qadağan edilir
10:07 25.04.2024
BMT Təhlükəsizlik Şurasında kritik anlar: Rusiya veto qoydu
10:00 25.04.2024
Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI - VİDEO
09:55 25.04.2024
Mübariz Qurbanlının ailəsinə AĞIR İTKİ
09:48 25.04.2024
ABŞ-da Tik-Tok qadağan edilib
ABŞ-da Tik-Tok qadağan edilib
09:45 25.04.2024
Xankəndidə ötən gün xeyli sayda silah-sursat aşkarlanıb
09:40 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri... - ŞƏRH
09:32 25.04.2024
Bu gün Amerika qoşunlarının Nigerdən çıxarılması müzakirə olunacaq
09:24 25.04.2024
Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib
09:15 25.04.2024
Rusiyada Harri Kasparovun həbsinə qərar verildi
09:09 25.04.2024
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
09:00 25.04.2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu
07:09 25.04.2024
Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Hamısı