Sərkisyan arzusuna 77 səslə çatdı İrəvanda gərginlik daha da artdı

Analitika 11:40 18.04.2018

Ekspert Ermənistandakı hadisələrin arxasında 3 gücün olduğunu düşünür; Putinin adamı: “Bu proseslər ABŞ-ın...”

Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan ölkənin baş naziri seçilib. APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, səsvermə Ermənistan parlamentində keçirilən xüsusi iclas zamanı baş tutub. Açıq səsvermə zamanı onun lehinə 77, əleyhinə 17 deputat səs verib.

Serj Sərkisyanın baş nazir seçilməsinə etiraz olaraq İrəvanda keçirilən aksiyanın rəhbəri, müxalif deputat Nikol Paşinyan Ermənistanda “məxməri inqilab”ın başladığını elan edib.

Erməni bildirir ki, mitinqin keçirildiyi Fransa meydanına minlərlə aksiyaçı toplaşıb. N.Paşinyan tərəfdarlarını gecə İrəvanın Azadlıq meydanına toplaşmağa çağırıb. O, bildirib ki, tərəfdarları dövlət orqanlarının fəaliyyətini iflic etmək niyyətindədir: “Ölkədə inqilabi vəziyyət yaranıb və mən qeyri-zorakı xalq ”məxməri inqilab"ının başladığını elan edirəm. Dövlət müəssisələrinə girin, oturaq aksiyalar keçirin, küçələri bağlayın. Nazirliklərin girişini qapadın, onların işinə mane olun. Binalara daxil olun, amma heç nəyi dağıtmayın. Nəqliyyatın işinə mane olun. Eyni zamanda səfirliklərin binalarını da mühasirəyə alın". Bütün bunlar Ermənistan parlamentinin sabiq prezident Serj Sərkisyanın baş nazir seçilməsinə həsr olunmuş xüsusi iclasının keçirildiyi saatlarda baş verib.

İrəvanda mitinq 2018 ile ilgili görsel sonucu

Ermənistan paytaxtının küçələrinə zirehli texnikanın çıxarılmasına, polisin dəfələrlə aksiyaçılara qarşı zorakılıq tətbiq etməsinə baxmayaraq, müxalifət geri çəkilmək niyyətində deyil. Paşinyan da deyib ki, tərəfdarları aksiyaları dayandırmağa hazırlaşmır. Hətta o, polisin yazılı xəbərdarlığını tərəfdarları qarşısında nümayişkaranə şəkildə cırıb atıb. Onun tərəfdarları Ermənistan Milli Məclisinin deputatlarının evlərini mühasirəyə alaraq deputatların evdən çıxmasını əngəlləməyə, beləliklə də, səsverməni pozmağa çalışacaqlarını deyiblər. Bütün bunlar isə ondan xəbər verir ki, Ermənistanda başlanan etirazlar xaricdən idarə olunur.

İrəvanda mitinq 2018 ile ilgili görsel sonucu

 “Düşünürəm ki, Rusiya ilə ABŞ arasında çoxdan bəri davam edən  Ermənistan uğrunda mübarizə başlayıb. Amma Rusiya Ermənistandan Rusiyaya yaxınlaşmağa imkan verməz. Çünki Ermənistana cənub qapısıdır və ən strateji nöqtələrindən biridir. Çox təəssüf edirəm ki, bizim bu proseslərə təsir etmək imkanımız yoxdur. Əslində burada yaranan situasiya bir sıra problemləri öz xeyrimizə dəyişdirmək üçün bizə imkan verərdi”.

Bu fikirləri Ermənistan daxilindəki prosesləri ciddi şəkildə izləyən ermənişünas alim Qafar Çaxmaqlı “Yeni Müsavat”a söylədi. 

Elxan Şahinoğlu ile ilgili görsel sonucu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə Ermənistandakı hadisələrin arxasında 3 gücün olduğunu düşünür: “Birinci güc hakimiyyətdən narazı olan qüvvələrin radikal hissəsidir ki, qətl, həbs və işdən çıxarılma təhlükəsi qarşısında belə hakimiyyətlə üz-üzə gəlməkdən qorxmur. İkinci güc isə Ermənistanın indiki hakimiyyətindən narazı olan erməni lobbisinin bir hissəsidir. Həmin erməni lobbisi nə qədər türk düşməni olsa da, Ermənistanın uçuruma doğru sürətlə irəlilədiyini görür və buna qarşı yerli müxalifətin bir hissəsinə dəstəyini artırır. Ermənistandakı hadisələrdə üçüncü qüvvənin olduğu da mümkündür. Bu da xarici ölkələrdə hazırlanan ssenarilərdir”. E.Şahinoğlu hesab edir ki, Ermənistanda Rusiya ilə Qərbin maraqları kəsişir: “Rusiya Ermənistanı quberniyası kimi idarə etmək istəyir və Serj Sərkisyan buna mane olmur, ola da bilməz. Rusiyadan üz çevirməyə onun gücü çatmaz, istəyi də yoxdur. Demək, Qərbdəki müəyyən mərkəzlərin Serj Sərkisyanın zəifləməsində marağı ola bilər. Həmin mərkəzlərin məqsədi Ermənistanı Rusiyanın nəzarətindən qoparmaqdır.

İrəvanda mitinq 2018 ile ilgili görsel sonucu

Bunun üçün isə Serj Sərkisyanın hakimiyyətini zəiflətmək lazımdır. Çünki nə edilsə, indi ediləcək. Serj Sərkisyan baş nazir seçiləndən sonra onu devirmək çətin olacaq. Müxalifət elektoratı hərəkətə gətirən Paşinyan da bunu anlayır, ona görə həm xalqdan, həm də Qərbdən dəstək gözləyir”. Ekspertin sözlərinə görə, N.Paşinyan əlindən gələni edəcək ki, Serj Sərkisyan baş nazir seçilməsin: “Ancaq bu alınmasa Paşinyanı həbs təhlükəsi gözləyir. Paşinyan riskə gedib”. Ermənistan S.Sərkisyanın hakimiyyətinin son illərində Qərbə müəyyən reveranslar etdi, Avropa İttifaqı ilə saziş imzaladı, NATO-nun hərbi təlimlərinə qatıldı, həmçinin Sərkisyan Putini satdı, üstəlik, İrəvanda Rusiyaya qarşı aksiyalar oldu. Ola bilərmi S.Sərkisyan bunların cəzasını çəkir? E.Şahinoğlu: “Məncə, Sərkisyan Putini satmayıb, Moskvanın razılığı olmadan addım ata bilməz”.

İrəvanda mitinq 2018 ile ilgili görsel sonucu

“İrəvanda baş verənlər siyasi böhrandır. Bu, Ermənistan ”Maydanı"na cəhddir və bu proseslərin arxasında ABŞ dayanır".

Publika.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin xüsusi nümayəndəsi, politoloq Sergey Markov Feysbuk səhifəsində yazıb. Onun sözlərinə görə, hadisələr ABŞ tərəfindən maliyyələşdirilən 2 min fəal və sosial şəbəkələrdəki 2,5 min istifadəçi tərəfindən həyata keçirilir: “Proseslərin arxasında ABŞ-la yanaşı, qismən Avropa İttifaqı da var. Bu rəqəmlər kiçik Ermənistan üçün böyük rəqəmdir”. Putinin nümayəndəsi qeyd edib ki, Sərkisyan Yanukoviç qədər məşhur olmasa da, ondan daha sərt addımlar atacaq. “Sərkisyanın cavabı sərt olacaq. Ermənistanda etiraz edənlərin əsas ideologiyası demokratiya ilə yanaşı, Rusiyaya qarşı mübarizədir. Onlar həmçinin hakimiyyəti tutmuş ”Qarabağ klanı"na qarşı mübarizə aparırlar. Lakin proseslər kənardan idarə olunur", - deyə o iddia edib.

BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Xəbər xətti

Əksər rayonlara yağış yağıb, şimal-qərb küləyi əsib - FAKTİKİ HAVA
11:40 12.05.2024
“Azərkosmos” Dubayda keçiriləcək beynəlxalq sərgidə iştirak edəcək
11:20 12.05.2024
Makron Olimpiada ərəfəsində “yoxsulluğu ört-basdır etməkdə” İTTİHAM OLUNUR - FOTO
Makron Olimpiada ərəfəsində “yoxsulluğu ört-basdır etməkdə” İTTİHAM OLUNUR - FOTO
11:00 12.05.2024
Çexiya Prezidenti Ukraynanın NATO-ya daxil olması ilə bağlı planlarını açıqlayıb
10:40 12.05.2024
Aİ prezidenti: “İsrailin Rafah sakinlərinin təhlükəli ərazilərə köçürülməsi tələbi qəbuledilməzdir” - FOTO
10:20 12.05.2024
COP29-un Danışıq Qrupu ada ölkələrindən olan yüksək səviyyəli nümayəndə heyətləri ilə görüşüb
10:00 12.05.2024
Bakıda yol qəzasında 4 nəfər xəsarət alıb
09:40 12.05.2024
İngiltərə Premyer Liqası: "Çelsi" autsayderi məğlub edərək "Nyukasl"la xallarını bərabərləşdirib
09:20 12.05.2024
Ukrayna Silahlı Qüvvələri Xarkovun bir sıra mövqelərindən geri çəkildiyini açıqlayıb
09:00 12.05.2024
Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib
00:03 12.05.2024
İngiltərə Premyer Liqası: “Tottenhem” Premyer Liqanı tərk edən “Börnli” üzərində əzmkar qələbə qazanıb
23:40 11.05.2024
Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq
23:23 11.05.2024
Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib
23:00 11.05.2024
Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib
22:40 11.05.2024
Ukrayna Rusiyanın Su-25 qırıcısını vurub
22:22 11.05.2024
Belqorodda ağır yol qəzasında hərbçilər də daxil olmaqla 8 nəfər yaralanıb
22:00 11.05.2024
Fəxrəddin Manafov "Xarıbülbül" festivalı barədə ürək sözlərini bölüşdü - VİDEO
21:30 11.05.2024
Lənkəranda əsas təkandan sonra xırda afterşoklar qeydə alınıb
21:25 11.05.2024
Donetskin atəşə tutulması nəticəsində 9 nəfər ölüb
21:16 11.05.2024
Zeynəb Xanlarova "Xarıbülbül" festivalından danışdı - VİDEO
21:00 11.05.2024
ABŞ səfiri: ADA Universiteti və Vaşinqton Hüquq Kollecinin tərəfdaşlığı akademik dialoqa töhfə verir
20:51 11.05.2024
"Heç kəsin yuxusuna da gəlməzdi ki..." - Polad Bülbüloğlu - VİDEO
20:30 11.05.2024
FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb
20:25 11.05.2024
"Azərbaycan inkişaf möcüzəsi ilə dünyanı heyrətləndirməkdə davam edəcəkdir"
20:09 11.05.2024
Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində ilk gənclər konfransı keçirilib
19:55 11.05.2024
"Zəfərimizə layiq bir festival oldu" - Anar Rzayev - VİDEO
19:53 11.05.2024
İspaniyalı jurnalist-fotoqraf: Qarabağda gördüyüm mina təhlükəsi və dağıntılar məni dəhşətə gətirdi
19:43 11.05.2024
ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında çıxış edib - VİDEO
19:15 11.05.2024
Azərbaycan qarğıdalı idxalını 34 % artırıb
19:15 11.05.2024
Zəlzələnin hiss edildiyi rayonlar açıqlanıb
19:10 11.05.2024
Azərbaycanda 5,2 maqnitudalı zəlzələ olub
18:56 11.05.2024
İlham Əliyev Şuşada “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışında çıxış edib - VİDEO
18:48 11.05.2024
Luka Modriç mövsümün sonu "Real"dan ayrılacaq
18:29 11.05.2024
Baş nazir: Gürcüstan Aİ ilə bağlı xarici siyasətini dəyişməyəcək
18:00 11.05.2024
Sumqayıtda 18 yaşlı qızı maşın vuraraq öldürüb
17:34 11.05.2024
BAMF – ın tərəfdaşı Heidi Kühn ABŞ dövlət katibi Entoni Blinken ilə görüşüb - FOTOLAR
17:08 11.05.2024
Makrondan növbəti VƏD: “Aİ Ukraynaya hərbi dəstəyi gücləndirəcək”
17:00 11.05.2024
“Xarıbülbül” festivalına ICESCO-ya üzv ölkələr də qatılıb
16:30 11.05.2024
DYP həftəsonu gözlənilən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
16:00 11.05.2024
İspaniyalı fotoqraf Qervasio Sançez BAMF-ın qonağı olub - FOTOLAR
15:40 11.05.2024
Hamısı