"KTMT Cənubi Qafqazda insanların dincliyini əlindən alan ölkəyə kömək göstərmək istəmədi" Riçardas Lapaitis

Analitika 18:01 19.10.2020

Dağlıq Qarabağ ətrafında vəziyyətin kəskinləşməsi ilə əlaqədar olaraq Eurasia Diary redaksiyası hərbi jurnalist, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Litvadakı nümayəndəsi Riçardas Lapaitislə Ermənistan hakimiyyətinin həyata keçirdiyi terror siyasətini müzakirə edib.

BAMF-in Litvadakı təmsilçisi Ricardas Lapaitis ilk növbədə Gəncənin atəşə tutulması haqda təəssüratlarını bölüşüb:

Erməni silahlı qüvvələrinin Azərbaycanın ikinci böyük şəhərində mülki əhaliyə qarşı bu cür terror aktı törətməsinin səbəbi üzərində çox düşünmüşəm. Niyə ballistik raketlərlə gözəl Gəncə şəhərinin yaşayış sahələrini hədəf aldılar? Eynilə də Mingəçeviri!?

Bunun cavabını birinci Qarabağ müharibəsində, münaqişənin sülh yolu ilə həllinə kiçik də olsa ümidin qaldığı zamanda tapmaq olar. Azərbaycan hər zaman münaqişənin ərazi bütövlüyünü qorumaq və buna hörmət etmək şərti ilə, sülh yoluyla həllinin tərəfdarı olub! Həmin vaxt erməni millətçiləri və "Böyük Ermənistan"ın ideoloqları Xocalı soyqırımını təşkil etmək qərarına gəldilər. Bunu hərbi əməliyyat belə adlandırmaq olmaz, bu əsl kabus idi, uşaqlar, qadınlar və yaşlı insanlar qətlə yetirilirdi. Xankəndi və Əsgərandakı əsir düşərgələrində edilən təhqirlər və alçaltmalar. Qadınlara qarşı zorakılıq və girovların qaytarılması qarşılığında pul tələbləri, bunların hamısı münaqişənin sülh yolu ilə həllinə imkan vermədi. Beləliklə, daha sonra Rusiyanın tam dəstəyini qazandılar.

Ermənistan hakimiyyəti gecə ikən Gəncənin dinc sakinlərini ballistik raketlərlə öldürərək, Azərbaycanın təxribata uyub Ermənistan ərazisinə zərbə endirməsini gözləyirdi. Azərbaycan rəhbərliyinin bunu etməmək üçün nə qədər səy göstərdiyini təsəvvür etmək çətin deyil. Ermənistan bu cür barbar hücumlarla məğlubiyyətin şokunu yaşayan ölkə olduğunu sübut etdi. Ancaq bu planları işləmədi. Rusiya və KTMT kənarda qaldılar və onlar Cənubi Qafqazda çox sayda insanın dincliyini əlindən alan bir ölkəni xilas etməyə cəhd göstərmədilər.

Bizim Baltikyanı ölkələrin mətbuatında da bir çox dezinformasiyaya rast gəlmək olur. Məsələn, bir müddət əvvəl xəbərlərdə Gəncədəki yaşayış məntəqələrinin dağıdılmasının dəhşətli görüntüləri göstərildi. Və bunun ardından dərhal Xankəndindəki dağıntıları və həyatlarından şikayət edən erməniləri göstərirlər. Beləliklə, təcavüzkar düşmən və müharibənin qurbanı barədə ictimai rəy formalaşır. Ya da ki, bir erməni qadını Qarabağın azərbaycanlılar üçün heç bir məna kəsb etmədiyini söyləyir. Və deyir ki, bu onlar üçün yalnız ərazidir. Və onlar - azərbaycanlılar Türkiyə ilə birləşmək üçün daha da irəliləyəcəklər. Ümumiyyətlə isə birinci Qarabağ müharibəsindən bəri Azərbaycanda bir milyon qaçqın var və bura azərbaycanlılar üçün yalnızca ərazi deyil, böyük irsə, mədəniyyət və folklor tarixinə sahib doğma ocağıdır. Ermənilər orada gəlmə xalqdır. Ermənistan hakimiyyəti Qərbdə həmişə çirkli dezinformasiyalardan istifadə edib. Ancaq indi texnologiya dövrüdür, yalan məlumatı yoxlamaq və həqiqəti üzə çıxarmaq asandır.

Hərbi jurnalist, silahdan istifadə edən jurnalistlərdən danışarkən onların jurnalist deyil, muzdlu olduqlarını qeyd etdi:

“Bu dəhşətli müharibədə mən bir barbarlıq görürəm - bu, Ermənistanın Azərbaycana və orada yaşayan bir çox xalqa, o cümlədən Azərbaycanda yaşayan litvalılara təcavüzüdür!

Qərbdən və Yaxın Şərqdən, Beyrutdan və İrandan gələn erməni ideoloqlarının birinci Qarabağ müharibəsi zamanı kitabxanaları, muzeyləri, tarixi abidələri, arxeoloji tapıntıları, məktəbləri və şəhərləri dağıtdıqları zaman törətdikləri vəhşilik. Qafqaz Albaniyasının irsini mənimsəmələri. Bir çox Azərbaycan şəhərləri tamamilə məhv edildi! Ağdam hələ də xarabazardır! Hələ insan tələfatını demirəm. Ermənilər tərəfindən əsir düşmüş minlərlə insan ömürləri boyu dəhşətli mənəvi iztirablarla yaşayacaq. Erməni hərbçiləri və ideoloqlarının dırnaqarası sülh və sivilizasiyasının bütövlükdə mənzərəsi bundan ibarətdir.

Mən əminəm ki, Azərbaycan ordusu zəfər günəşini görəcək! Bütün şəhərlərini və qəsəbələrini yalnız öz gücləri ilə azad edəcəklər! Bu yalnız zaman məsələsidir! Ermənistan öz ordusunu işğal olunmuş ərazilərdən çıxaracağı təqdirdə Azərbaycan Prezidentinin Qarabağdakı yerli ermənilərə geniş muxtariyyət verməsi kimi böyük bir şansı itirdi.

Düşmən indi şok vəziyyətindədir və həm hərbi, həm də informasiya cəbhəsində ondan bir sıra təxribatlar gözləniləndir.

İstənilən halda, bütün insanların və millətlərin qorunmasını və onlar üçün sülh diləyirəm. Yaxınlarını və doğma evini itirən hər kəsi bağrıma basıram. Uşaqlara və kədərlənən yaxınlarına baxmaq dəhşətdir. Azərbaycana dəstəyimi ifadə edə biləcəyim sözləri tapmaq belə çətindir. Axı 30 ildir ki, münaqişənin dinc yolla həll edilməsinə tərəfdar məhz Azərbaycan olub!"

Gülnar Səlimova

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri saxlanıldı
23:25 02.07.2025
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb, Sumqayıt Daşkəndlə, Qəbələ Navoi ilə qardaşlaşır
23:10 02.07.2025
Abşeronda güclü yanğın başladı
23:04 02.07.2025
Hindistanda musson mövsümü: 50-dən çox ölən var
22:50 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
22:35 02.07.2025
Roma Papası noyabrda Türkiyəyə səfər etməyi planlaşdırır
22:10 02.07.2025
Luis Suares karyerasını bitirmək istəyir
22:00 02.07.2025
"Beşiktaş" klubu hücumçusu ilə yollarını ayırıb
21:50 02.07.2025
"Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi müəyyənləşib
21:35 02.07.2025
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
21:25 02.07.2025
“Sputnik-Azərbaycan”ın ofisində aparılan tədbirlərlə bağlı Rusiyanın iradları əsassızdır - XİN
21:15 02.07.2025
XİN: Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir
21:00 02.07.2025
Hamısı