SSRİ Bakıda milli azadlıq hərəkatını boğmaq istəyirdi Politoloq

Analitika 12:50 18.01.2022

“Kremlin Bakıda qanlı qırğın törətməkdə məqsədi milli azadlıq hərəkatını boğmaq idi”.

Bu sözləri EDNews-a tanınmış politoloq Qabil Hüseynli 20 Yanvar faciəsinə gətirib çıxaran siyasi proseslərdən söz açarkən bildirib. Söhbət zamanı o qeyd edib ki, 1980-ci illərin sonlarında SSRİ-də baş verən arzuolunmaz və dağıdıcı proseslər Azərbaycanda xalq hərəkatının yaranmasına gətirib çıxardı.

Heydər Əliyev mənə vəzifə verdi, mən isə azdım” – Qabil Hüseynli -  Azinforum.az İnformasiya Portalı

“Bildiyimiz kimi, 1988-ci ildə Azərbaycan SSR-nin qanuni ərazisi Qarabağda erməni separatçıların ayaqlanması, etnik azərbaycanlıların Ermənistan SSRİ-dən deportasiya edilməsi, o cümlədən Moskvanın erməni separatizminə və azərbaycanlıların haqlarının tapdalanmasına göz yumması Azərbaycanda xalqın meydanlara axışmasına və milli azadlıq hərəkatının formalaşmasına səbəb oldu. Həmin illərdə Moskva heç bir halda erməni millətçilərinin və separatçılarının hərəkətlərinə adekvat cavab vermirdi. Eyni zamanda, o vaxtki Azərbaycanın siyasi rəhbərliyi bu hadisələr qarşısında aciz idi və heç bir tədbir görə bilmirdilər. Bu da Azərbaycan xalqında hakimiyyətə qarşı həm etimadsızlığı gücləndirirdi, həm də qiyam əhval-ruhiyyəsi yaradırdı”.  

Azərbaycanda milli şüurun oyanması, bunun fonunda milli azadlıq hərəkatının formalaşmasının Moskva tərəfindən qəzəblə qarşılandığını deyən Qabil Hüseynli Kremli Ermənistan və Qarabağda erməni millətçiliyinə bilərəkdən göz yummaqda təqsirləndirib.

“Azərbaycanda xalq hərəkatı geniş vüsət almışdı. Bu hərəkat demokratik şüarlar və təşəbbüslər altında aparılırdı. Azərbaycan xalqının milli azadlıq hərəkatı o səviyyə çatmışdır ki, BMT Azərbaycan xalqını ilin xalqı elan etmişdi. Bu isə rəsmi Moskva tərəfindən qəzəblə qarşılanırdı. Halbuki, həm Ermənistanda, həm də Qarabağda erməni millətçilərinin nümayişlərinə sakit mövqe nümayiş etdirilirdi”.

Sonda Politoloq 20 Yanvar qırğınının səbəblərini belə şərh etdi:

“Kreml Azərbaycanda və digər müttəfiq respublikalarda xalq hərəkatlarını yatırmaq üçün bir sıra təxribatlara, ən əsası qanlı represiyalara əl atdı. Sovet KGB-si Azərbaycan xalqını gözdən salmaq üçün bir sıra provokasiya xarakterli oyunlar tətbiq etdi”.

Xatırlayaq ki, 1990-cı ilin yanvarın 13-də Bakıda erməni sakinlərə qarşı məqsədyönlü şəkildə təxribatlar törədildi. Moskva da bu təxribatları bəhanə gətirib Bakıya ordu yeritdi. Həmin gün Bakıda fövqəladə vəziyyət elan edildi. Yanvarın 19-u gecə saatlarında Azərbaycan televiziyasında partlayış törədildi. Bundan sonra isə Sovet əsgərləri və tankları dinc xalqı qırmağa başladılar. Dinc nümayişçilər və sakinlər günahsız yerə gülləbaran edildi.

Yunis Abdullayev

 

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri saxlanıldı
23:25 02.07.2025
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb, Sumqayıt Daşkəndlə, Qəbələ Navoi ilə qardaşlaşır
23:10 02.07.2025
Abşeronda güclü yanğın başladı
23:04 02.07.2025
Hindistanda musson mövsümü: 50-dən çox ölən var
22:50 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
22:35 02.07.2025
Roma Papası noyabrda Türkiyəyə səfər etməyi planlaşdırır
22:10 02.07.2025
Luis Suares karyerasını bitirmək istəyir
22:00 02.07.2025
"Beşiktaş" klubu hücumçusu ilə yollarını ayırıb
21:50 02.07.2025
"Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi müəyyənləşib
21:35 02.07.2025
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
21:25 02.07.2025
“Sputnik-Azərbaycan”ın ofisində aparılan tədbirlərlə bağlı Rusiyanın iradları əsassızdır - XİN
21:15 02.07.2025
XİN: Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir
21:00 02.07.2025
Tokayev Azərbaycana təşəkkür edib
20:40 02.07.2025
Hamısı