Türkiyə Montrö ilə Qara dənizdə kimi boğacaq? Rusiyanın sayılan günləri

Analitika 20:17 01.03.2022

Rusiya ilə Ukrayna arasında davam edən silahlı münaqişə Türkiyənin də bərk narahatlığına səbəb olub. Bu narahatlığa əsas səbəb isə Türkiyəni hər iki ölkə ilə əlaqələndirən Qara dənizdən gedir. 

1936-cı il Montrö Konvensiyasına əsasən, Türkiyə Mərmərə boğazından keçən gəmilərin Qara dənizə girib-çıxmasını tənzimləməkdən məsuldur və lazım gəldikdə keçid boğazını hərbi gəmilərə bağlamaq səlahiyyətinə malikdir. Buna baxmayaraq, Türkiyə həm Rusiya, həm də Ukrayna ilə apardığı balanslı siyasət səbəbindən neytrallığını qoruyub saxlamağa çalışır. 

Bundan əlavə, konvensiyaya görə, Qara dəniz ölkələrinə məxsus döyüş gəmiləri, o cümlədən sualtı qayıqları boğazdan keçərkən Türkiyəni 8 gün əvvəl, digər dövlətlərə məxsus döyüş gəmiləri isə 15 gün əvvəl xəbərdar etməlidir. Gəmilərin bloklanması qərarı hazırda Aralıq dənizində, bəziləri Qara dəniz donanmasının bir hissəsi olan təxminən 16 Rusiya hərbi gəmisi və sualtı qayıqlarının aqibətini sual altında qoyub. Digər tərəfdən də qərarın icrasına ürəkdən yanaşmayan, yəni Rusiya ilə əlaqələrini birdəfəlik kəsmək istəməyən Türkiyə çətin bir seçim qarşısında qalıb.  

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün Nazirlər Kabinetinin iclasını toplayaraq Türkiyənin Qara dənizə çıxışı məhdudlaşdırmaq üçün əlində olan səlahiyyətindən istifadə edəcəyini bəyan edib. Türkiyənin bunu hansı formada icra edəcəyi isə hələki məlum deyil. Məsələdən belə görünür ki, Türkiyə Rusiyanı müttəfiqi deyil, sadəcə regionda ən yaxın və böyük qonşusu kimi qəbul edir. 

Rusiya isə Ankaranın neytrallığını xoş görmür. Xüsusən də rəsmi Moskva Ankaranın Ukraynaya hərbi ixracatını, o cümlədən son həftə ərzində Rusiya konvoylarına və qoşun birləşmələrinə hücum edən TB-2 Bayraktar pilotsuz təyyarələrinin tədarükünü də kəskin tənqid edib. 

Buna baxmayaraq, ortadakı münasibətlər Türkiyənin Rusiya ilə danışıqları davam etdirməsinə mane olmayıb. Həftə sonu Çavuşoğlu və Türkiyənin müdafiə naziri Hulusi Akar Rusiyadakı həmkarları ilə gərginliyin azaldılmasını təşviq etmək üçün danışıq aparıblar. Eyni zamanda, Türkiyəyə ən yaxın müttəfiq olan Azərbaycanın Prezidenti İlham Əliyev Moskvaya səfəri zamanı Putini münaqişənin həllində Türkiyə-Azərbaycan vasitəçiliyi məsələsini nəzərdən keçirməyə təşviq edib. Bu səylər həm də Türkiyə, Ukrayna və Qərb arasında koordinasiyaya paraleldir. 

Türkiyəli siyasi ekspert, KAFKASSAM-ın rəhbəri Həsən Oqtay Ednews-a açıqlaması zamanı Türkiyənin Montrö müqaviləsini hansı formada icra edəcəyi barədə fikir bildirib. O, qeyd edib ki, Ukraynada davam edən böhran və gərginliyin adı hələ açıqlanmayıb. 

Hasan Oktay: Turkic world can become third or fourth global

“Müharibə və ya münaqişə, keçmiş SSRİ-nin daxili işləri, yoxsa Rusiyanın iddia etdiyi kimi, neonasist qüvvələrin Rusiya ərazisinə hücumu təhlükəsinin qarşısını almaq üçün Donbass əməliyyatı... Fikrimizcə, adı çəkilməsə belə, bu, Rusiyanın Ukraynaya qarşı panika içində apardığı müharibədir. Hesab edirəm, Türkiyə Qara dəniz üzərində həm Ukrayna, həm də Rusiya Federasiyası ilə qonşu olduğu və hər ikisi ilə strateji və ticari əlaqələri çox yüksək olduğu üçün Türkiyə bu münaqişəni dayandırmaq üçün böyük səy göstərir. Montrö müqaviləsinin bütün maddələri aydındır və həm Rusiya, həm də Ukrayna bunları çox gözəl bilir. Bu səbəbdən də Türkiyə bu maddələri Ukrayna və ya Rusiyanın xeyrinə deyil, qərəzsiz və bərabər şəkildə tətbiq edəcək. Məlumdur ki, Ukrayna prezidenti Volodimir Zelenski Türkiyədən Rusiyaya boğaz keçidini birtərəfli qaydada bağlamağı xahiş edib. Bu tələb normal olsa da, Türkiyə belə bir şey etməyəcək. Çünki bu münaqişə müvəqqəti xarakter daşıyır və Qara dəniz üzərindən qonşuluq davam edəcək. Türkiyə Suriya və Aralıq dənizindəki, lakin rəsmi olaraq Qara dəniz limanı ilə bağlı olduğu bilinən hərbi gəmilərin Qara dənizə qayıtmasına icazə verir. Eynilə, Ukraynanın Qara dənizdən kənarda hərbi gəmiləri varsa, onların geri qayıtmasına da şərait yaradır. Burada yalnız Ukrayna və Rusiyanın Qara dənizə aid olan hərbi gəmilərinin çıxması istisna təşkil edir. Türkiyə buna hər iki tərəf üçün izin verməyəcək”.

Ekspert bundan əlavə, Türkiyə ilə Azərbaycanın dövlət başçılarının Rusiya ilə münaqişənin həllində vasitəçilik məsələsinə də toxunub. Eyni zamanda, Azərbaycanla Türkiyənin münaqişənin həllində birgə vasitəçiliyin nəticələri barədə fikir bildirib. 

“Putin Ukraynada hər gün çətin günlər yaşayır. Eynilə Ukrayna da torpaqlarını işğala qarşı müdafiə edir. Adı hələlik qarşıdurma olan bu silahlı çəkişmə tezliklə dünya tarixində “müharibə” statusunu alacaq. 

Rusiya hazırda bu müharibəni daha aqressiv şəkildə aparmaqla Zelenskinin ölkəni tərk edəcəyini xəyal edir. Lakin Rusiya hər keçən dəqiqənin onun əleyhinə işlədiyini çox gözəl bilir. Ukrayna da öz növbəsində Putini sanksiyalara dəstək verməklə dayandırmağa çalışacaq. Məhz bu məqamda Əliyev və Ərdoğanın vasitəçilik təklifi Rusiya üçün can damarı olacaq. Putin bu müharibəni uduzsa, o, sanki bir rus ruleti oynayan macəraçı kimi intihar edib öz məzarını hazırlamış olacaq. Bu səbəbdən də ən azı uduzmamaq üçün ona Azərbaycan və Türkiyə kimi vasitəçilər lazımdır”.

Həsən Oqtay Türkiyənin Rusiya və Qərb arasındakı nüfuzu barəsində də söz açıb. O, ortaq danışıq yaratmaq cəhətdən Türkiyənin həm Qərblə, həm də Rusiya ilə eyni səviyyədə olduğunu vurğulayıb.

“Türkiyə NATO ölkəsidir və soyuq müharibə zamanı ən çox əziyyət çəkənlərdən biri olub. Türkiyə Soyuq Müharibədən sonra Qərblə münasibətlərini davam etdirdiyi halda, son 20 ildə Rusiya ilə ən yaxşı münasibətlər qura bilib. 

Bu gün Türkiyə həm NATO üzvü, həm də Qərblə müttəfiq olduğu halda, Rusiya ilə münasibət qura və hətta Qərblə müəyyən məslələrdə hesablaşmaya da bilir. Buna görə də həm Qərb tərəfi, həm də Rusiya Türkiyənin obyektiv siyasətinə hörmət etməli və ona müəyyən məsələlərdə güvənməlidir. Çünki hazırki gedişatda Ukrayna böhranında kimin uduzan tərəf olacağını birlikdə görmək mümkündür”. 

Elnur Ənvəroğlu

Xocalıya köç başlayır: Evlərin təhvilvermə prosesinin vaxtı AÇIQLANDI – VİDEO

Xəbər xətti

Ukrayna niyə müdafiə oluna bilmir?
Ukrayna niyə müdafiə oluna bilmir?
15:20 13.05.2024
YAP Umud Mirzəyevi Fəxri Fərmanla təltif etdi – FOTO
15:00 13.05.2024
Şəkər qiymətləri kəskin bahalaşa bilər - SƏBƏB
Şəkər qiymətləri kəskin bahalaşa bilər - SƏBƏB
14:59 13.05.2024
İranda yeni nüvə reaktoru tikiləcək
İranda yeni nüvə reaktoru tikiləcək
14:50 13.05.2024
"Qarabağ"a qızıl medal və kubok bu stadionda veriləcək
14:46 13.05.2024
Ukrayna rəsmisi Xarkov vilayətində “çətin vəziyyətin” olduğunu etiraf edib
Ukrayna rəsmisi Xarkov vilayətində “çətin vəziyyətin” olduğunu etiraf edib
14:32 13.05.2024
Babək prospektində piyadanı maşın vurdu - Sıxlıq yaranıb
14:15 13.05.2024
“Azərbaycanda minimum əməkhaqqı kifayət qədər azdır” – İqtisadi ekspert açıqlayır
14:00 13.05.2024
Bu məhkəmələrə yeni hakimlər təyin edildi - SİYAHI
13:46 13.05.2024
Qarabağda ötən həftə aşkarlanan minaların SAYI
13:27 13.05.2024
Ötən ay Azərbaycanda ən çox ucuzlaşan məhsullar – SİYAHI
13:05 13.05.2024
Temperaturun 3 dərəcə qalxması nələrə səbəb ola bilər? – ARAŞDIRMA
Temperaturun 3 dərəcə qalxması nələrə səbəb ola bilər? – ARAŞDIRMA
13:00 13.05.2024
"Paşinyanın tək yolu Azərbaycanla sülh müqaviləsi bağlamaqdır" - Moldovali ekspert şərh edir
13:00 13.05.2024
ATƏT sədri sabah Bakıya gələcək - YENİLƏNİB
12:50 13.05.2024
Geomaqnit qasırğası gözlənilir
Geomaqnit qasırğası gözlənilir
12:45 13.05.2024
MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan etdi
12:41 13.05.2024
MEDİA çap mediası subyektləri üçün müsabiqə ELAN EDİR
12:35 13.05.2024
Ərdoğan Yunanıstanı sülhü təmin etmək üçün qəti addımlar atmağa çağırdı
12:30 13.05.2024
Azərbaycanda illik inflyasiya ENDİ
12:25 13.05.2024
Əməkdar artist vəfat etdi
12:21 13.05.2024
"Rusiyada daxili vəziyyət qarışıqdır" - Ukraynalı deputat açıqlayır
12:15 13.05.2024
Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinə rəis təyin olunan Müşfiq Məmmədov KİMDİR? – DOSYE
11:55 13.05.2024
Bu ölkələrin rəsmiləri İlham Əliyevin QƏBULUNDA
11:53 13.05.2024
Əhmədlə bağlı yekun ekspertiza rəyi AÇIQLANDI
11:50 13.05.2024
Azərbaycanda güclü zəlzələ GÖZLƏNİLİR? – AÇIQLAMA
11:40 13.05.2024
Qarabağ Universitetində 1200 tələbə təhsil alacaq - RƏSMİ
11:20 13.05.2024
Dövlətlər kriptovalyutalara nə qədər maraq göstərir - ARAŞDIRMA
Dövlətlər kriptovalyutalara nə qədər maraq göstərir - ARAŞDIRMA
11:15 13.05.2024
Erməni keşiş “Dağlıq Qarabağ”a qayıtmaq istədiyini bildirib - VİDEO
Erməni keşiş “Dağlıq Qarabağ”a qayıtmaq istədiyini bildirib - VİDEO
11:00 13.05.2024
Kanada qəzetində Baqrat Qalstanyan haqqında utanc verici faktlar yayımlanıb - FOTO
Kanada qəzetində Baqrat Qalstanyan haqqında utanc verici faktlar yayımlanıb - FOTO
10:52 13.05.2024
Azərbaycanda külli miqdarda aksiz markasız siqaretlər aşkar edilib
10:50 13.05.2024
Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib
10:47 13.05.2024
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır
10:40 13.05.2024
Tayland marixuananı yenidən qadağan edir
Tayland marixuananı yenidən qadağan edir
10:30 13.05.2024
Akademik: İşğal dövründə 20-dən çox seysmoloji stansiya dağıdılıb
10:20 13.05.2024
Sumqayıtda qadının sürdüyü təlim maşını YANDI
10:07 13.05.2024
"Biz müharibəyə hazırıq" - Böyük Britaniya MN
"Biz müharibəyə hazırıq" - Böyük Britaniya MN
10:06 13.05.2024
Neftin qiyməti kəskin azalacaq - PROQNOZ
Neftin qiyməti kəskin azalacaq - PROQNOZ
09:50 13.05.2024
Bakıda ICESCO-nun Konfransı işə başladı - 40-dan çox xarici nümayəndə qatılıb
09:42 13.05.2024
Bəzi yerlərdə leysan yağır - FAKTİKİ HAVA
09:40 13.05.2024
Bolqarıstan kralı I Ferdinand 36 ildən sonra ölkəsinə qayıdır
Bolqarıstan kralı I Ferdinand 36 ildən sonra ölkəsinə qayıdır
09:35 13.05.2024
Hamısı