“Qarabağda yalnız Türkiyənin hərbi qüvvələri yerləşə bilər” Zərdüşt Əlizadə GİZLİ MƏQAMLARDAN DANIŞDI

Analitika 19:00 14.03.2022

Ukraynada müharibə başlayan gündən Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində qanunsuz erməni hərbi birləşmələri fəallaşıblar. Silahlı birləşmələr Xocavənd, Xocalı, Əsgəran və Ağdam istiqamətlərində Azərbaycan ordusunun mövqelərini atəşə tuturlar. Sülhməramlı qüvvələr isə erməni terrorçularının bu təxribatçı əməllərinə göz yumur və heç bir lazimi tədbirlər görmürlər.

Bununla bərabər, mətbuatda yayılan məlumatlara görə, rəsmi Moskva sülhməramlı qüvvələrin bir hissəni Qarabağdan çıxardaraq Ukraynaya göndərib. Artıq Ukrayna ordusunun Baş Qərərgah rəisi də Qarabağda fəaliyyət göstərən sülhməramlıların Rusiya ordusunun bu ölkədə hərbi əməliyyatlarında yer aldığını təsdiqləyib.

Eyni zamanda Qarabağla bağlı diqqətçəkən digər məqam isə, Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfovun mətbuata verdiyi açıqlmasıdır. O, açıqlamasında qeyd edib ki, Azərbaycan hökumətinin bölgədə qanunsuz erməni silahlı birləşmələrinin tərkisilah olunmasında mövqeyi ciddir və yaxın zamanda bununla bağlı proseslər gedəcək.

Məsələ ilə bağlı politoloq Zərdüşt Əlizadə Ednews-a açıqlamasında bildirib ki, Qarabağda bütün hadisələr Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında baş verir. O, hesab edir ki, Azərbaycan və Ermənistan hər hansı addımı atmağa çalışarkən, öncə Rusiya amilini nəzərdən keçirməyə məcbur olurlar.

“Rusiya Ukraynaya müdaxilə etməzdən əvvəl də Qarabağda erməni separatçıları sülhməramlıların gözü qarşısında istədiyi hoqqadan çıxırdılar. Azərbaycanın buna etiraz etməsinə baxmayaraq, sülhməramlılar bu günə qədər heç bir zəruri tədbir görmürlər. Ukraynada müharibə başlayandan sonra bölgədə vəziyyət anidən daha da gərginləşməyə başladı. Müharibəni fürsət bilən qanunsuz erməni silahlı birləşmələri son günlər atəşkəsi fasiləsiz pozmağa başlayıblar, Azərbaycan ordusu isə onları susdurmaq üçün cavab tədbirlər görür. Əlbəttə, bütün bu olanlara Rusiya imkan verir. Rusiyanın razılığı olmadan erməni tərəfi atəşkəsi pozmağa cürəti çatmaz”.

Söhbət əsnasında politoloq qeyd edib ki, Azərbaycan ordusu sülhməramlıların məsuliyyət zonasına yalnız rəsmi Moskvanın razılığı ilə daxil ola bilər.

“Ukraynaya hücum etdiyinə görə, Rusiya dünya tərəfindən təcrid olunub. Bu ölkəyə qarşı ağır sanksiyalar var. Bütün müttəfiqləri ondan üz döndərib. Rusiya rəhbərliyi Qarabağda nə etmək istəyir? Onlar bu bölgədə erməni silahlı birləşmələri və Azərbaycan hərbçiləri arasında hərbi toqquşma üçün şərait yaratmağa çalışırlar. Nəticədə onlar bundan fayda götürəcəklər. Rusiya, hətta Ermənistan və Azərbaycan arasında hərbi qarşıdurmaya da imkan yarada bilər. Çünki Moskva bu iki dövlətin də Qərbin qınağına və sanksiyalarına məruz qalmasını istəyə bilər. Ən əsası onlar da Rusiyanın yanında olsunlar”.

Zərdüşt Əlizadənin fikirlərinə görə, Qarabağda qanunsuz erməni silahlı birləşmələrinin yaxın zamanda tərkisilah olunması mümkün ola bilər.

“Erməni silahlı birləşmələri, o cümlədən Rusiya sülhməramlı qüvvələri Qarabağı tərk etdikdən sonra Azərbaycan hökuməti bölgədə sabitlik yaratmaq üçün rasional tədbirlərə əl atmalıdır. İlk növbədə Azərbaycan qərb müşahidəçilərinin vasitəçiliyi ilə Qarabağ erməniləri ilə danışıqlar aparıb dünyanın gözü qarşısında onların təhlükəsizliyinə, toxunmazlığına və sosial təminat verilməsinə zəmanət verməlidir. Bununla Azərbaycan Qarabağ ermənilərini yenidən öz vətəndaşlığına qəbul etməyə hazır olduğunu göstərə bilər. Ermənilər bütün bunları qəbul etsələr, torpaqlarımızda qalıb yaşaya bilərlər. Bizimlə yaşamağa razı olmayan ermənilərə gəlincə isə, onlara mülklərini istədiyi qiymətə satmağa və bölgəni dinc şəraitdə tərk etmələrinə şərait yaradılmalıdır. Getsinlər Ermənistanda və başqa ölkələrdə yurd-yuva salsınlar.”

Politoloq Qarabağın artıq beynəlxalq sülhməramlı qüvvələrə ehtiyac olmadığını vurğulayıb.

“Azərbaycan hökumətinin razılığı olmadan ABŞ, Fransanın və digər dövlətlərin sülhməramlı qüvvələri Azərbaycan ərazisinə daxil ola bilməz. Bakının razılığı ilə Qarabağda yalnız Türkiyənin hərbi qüvvələri yerləşə bilər. Amma buna ermənilər razı olmayacaqlar. Ümumiyyətlə, qeyd edim ki, Qarabağın sülhməramlı qüvvələrə ehtiyacı yoxdur. Sülhməramlı mərhələsi artıq keçib”.

Sonda Zərdüşt Əlizadə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını mümkün hesab edib.

“Qarabağ erməniləri Azərbaycanın tərkibində yaşamağa razı olandan sonra Ermənistan üçün sülh müqaviləsi bağlamaq asan olacaq. Buna imkan verəcək digər güclü amil isə Ermənistan və Türkiyə arasında sərhədlərin açılması və münasibətlərin normallaşmasıdır. Belə olan təqdirdə Azərbaycan və Ermənistan yeni siyasi dövrə qədəm qoyacaqlar”.

Yunis Abdullayev

Məşhur fotoqraf: "Heydər Əliyev mənim həyatımı dəyişdi" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Azərbaycan və Ermənistan XİN başçılarının GÖRÜŞÜ BAŞLADI
14:17 10.05.2024
Elmar Məmmədyarov: "Həyatım boyu kasıb insan olmamışam" - VİDEO
Elmar Məmmədyarov: "Həyatım boyu kasıb insan olmamışam" - VİDEO
14:16 10.05.2024
“Narkotiklə bağlı ölümlərin sayı statistik göstəricilərdən daha çoxdur” – Narkomaniya üzrə ekspertlə ÖZƏL MÜSAHİBƏ
14:00 10.05.2024
Prezident Köndələnçay su anbarları kompleksinin açılışında
13:39 10.05.2024
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşdü
13:10 10.05.2024
İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda birinci tunelin açılışında
13:04 10.05.2024
Ukrayna 20 min məhbusu cəhbəyə göndərir
Ukrayna 20 min məhbusu cəhbəyə göndərir
13:00 10.05.2024
Xankəndidə Türkiyə konsulluğu açılacaq? – Səfirdən AÇIQLAMA
12:51 10.05.2024
Microsoft ABŞ kəşfiyyatı üçün süni intellekt hazırlayıb
Microsoft ABŞ kəşfiyyatı üçün süni intellekt hazırlayıb
12:42 10.05.2024
"Paşinyanın sülh təşəbbüsü erməni revanşistlərini dərindən narahat edir" - Türkiyəli Politoloq - VİDEO
12:30 10.05.2024
Ukraynada sülhə gedən yol danışıqlardan deyil, döyüş meydanından keçir - Finlandiya Prezidenti
Ukraynada sülhə gedən yol danışıqlardan deyil, döyüş meydanından keçir - Finlandiya Prezidenti
12:28 10.05.2024
BMT: “COP29-la bağlı Azərbaycana dəstək vermək öhdəliyimizdir”
12:26 10.05.2024
Azərbaycandan Yaşıl Enerji sahəsində MEQA LAYİHƏ
Azərbaycandan Yaşıl Enerji sahəsində MEQA LAYİHƏ
12:25 10.05.2024
Umud Mirzəyev: “Heydər Əliyev əbədiyaşar liderdir”
12:22 10.05.2024
Netanyahu: "Sona qədər dırnaqlarımızla döyüşəcəyik" - VIDEO
Netanyahu: "Sona qədər dırnaqlarımızla döyüşəcəyik" - VIDEO
12:20 10.05.2024
Kral Çarlzdan yeni həmlə: Şəhzadənin səlahiyyətlərini əlindən aldı
Kral Çarlzdan yeni həmlə: Şəhzadənin səlahiyyətlərini əlindən aldı
12:15 10.05.2024
İran hökuməti Nizami Gəncəvini farslaşdırmağa çalışır - FOTO
12:12 10.05.2024
İŞİD-in Azərbaycandakı üzvlərinə HÖKM OXUNDU
12:05 10.05.2024
"Məni professional fotoqraf edən Heydər Əliyev oldu" - Rafiq Bağırov - VİDEO
12:00 10.05.2024
Bu il Azərbaycana hava nəqliyyatı ilə sərnişindaşıma ARTIB
11:52 10.05.2024
Rusiyada sanksiyalara görə inflyasiya sürətlənib
Rusiyada sanksiyalara görə inflyasiya sürətlənib
11:48 10.05.2024
"Azalan Rusiya təsiri Ermənistanda bu dəyişikliklərə səbəb olacaq" - Fransız Ekpert Şərh Edir
11:40 10.05.2024
SON DƏQİQƏ: Erməni revanşistləri İrəvan Dövlət Universitetinə DAXİL OLUBLAR - VIDEO
11:29 10.05.2024
Çinin Macarıstan səfəri nə vəd edir?
Çinin Macarıstan səfəri nə vəd edir?
11:20 10.05.2024
İran yeni neft-qaz yataqları kəşf edib
İran yeni neft-qaz yataqları kəşf edib
11:05 10.05.2024
Mayın 11-12-də güclü maqnit qasırğası gözlənilir
10:45 10.05.2024
Putin Mişustinin Baş nazir təyin edilməsini TƏKLİF ETDİ
10:38 10.05.2024
Ermənistanın fiaskoya məhkum "revanşist"ləri - İşxan Verdiyanın ŞƏRHİNDƏ
10:30 10.05.2024
Mayın 12-də dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
10:25 10.05.2024
Azərbaycan nefti BAHALAŞDI
10:17 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Ulu Öndərin məzarını ziyarət etdilər –VİDEO
10:08 10.05.2024
Almaniyada şirkətlərin iflası artır
Almaniyada şirkətlərin iflası artır
10:05 10.05.2024
Məşhur fotoqraf: "Heydər Əliyev mənim həyatımı dəyişdi" - MÜSAHİBƏ - VİDEO
10:00 10.05.2024
Zelenski sui-qəsdə görə iki vəzifəlini həbs etdi
Zelenski sui-qəsdə görə iki vəzifəlini həbs etdi
09:55 10.05.2024
Rezidenturaya qəbulun ikinci cəhdinə qeydiyyat başlayıb
09:45 10.05.2024
Baş nazir: “Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət bu günədək özünü doğruldur”
09:38 10.05.2024
Azərbaycan XİN-dən Heydər Əliyevin 101-ci ildönümü ilə bağlı PAYLAŞIM
09:30 10.05.2024
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
09:26 10.05.2024
İlham Əliyevdən Ulu Öndərin anadan olmasının ildönümü ilə bağlı paylaşım – FOTO
09:14 10.05.2024
Ceyhun Bayramov Qazaxıstana yola düşdü
09:11 10.05.2024
Hamısı