Fransanı 2025-ci ildə nə gözləyir?

Analitika 14:08 24.12.2024

Fransa mətbuatı ölkəni uçruma sürükləyən hazırkı hakimiyyətin fəaliyyətini sərt tənqid edir. “Euroactiv” saytının dərc etdiyi yazı da bu barədədir. "EDnews" həmin məqaləni təqdim edir. “Fransa 2024-cü ili ciddi siyasi və maliyyə böhranı ilə başa vurur. İki seçki, dörd hökumət dəyişikliyi və büdcə kəsirinin kəskin artması ölkəni son dərəcə çətin vəziyyətə salıb.  2025-ci il üçün perspektivlər də ürəkaçan deyil.

2023-cü ilin sonunda Fransa prezidenti Emmanuel Makron 2024-cü ilin “Fransa qüruru” ili olacağını söyləmişdi. Əvəzində o, Notr-Dam Katedralinin bərpadan sonra açılışını, Olimpiya Oyunlarını və Müttəfiqlərin Normandiyaya enişinin 80 illiyini qeyd etdi.

 Bir il keçdi və fərqli reallıq gördük. Fransa vətəndaşları  siyasi böhranın şahidi oldu. Bu elə bir böhran idi ki,  miqyasına və əhəmiyyətinə görə misili görünməmişdi. Makronun koalisiyası Avropa seçkilərində böyük məğlubiyyətə uğradı. Sonrakı seçkilər nəticəsində prezidentin mərkəzçi koalisiyasında parlamentdəki yerlərin sayı 2017-ci illə müqayisədə 70% azalaraq 314-dən 93-ə çatdırıldı. Makronun  zəifləməsi artan borc və kəsir səviyyələri ilə müşayiət olundu. Keçmiş Baş nazir Mişel Barnierin hökumətin hesablarını düzəltmək səyləri etimadsızlıq səsverməsi ilə üzləşdi və bu, hökumətin 1962-ci ildən bəri ilk istefasına səbəb oldu.
2025-ci il isə Fransa üçün çətin il ola bilər.

 Bu yaxınlarda Fransada bir ildə dördüncü hökumət quruldu. Lakin ekspertlər hesab edirlər ki,yeni hökuməti də Barnierin kabinetinin aiqibəti gözləyir. Ehtimal olunur ki, yeni hökumət  fevrala qədər  təxirə salınan büdcə layihəsi ilə bağlı danışıqlardan sağ çıxa bilməz. 2025-ci ildə kəsiri ÜDM-in 5%-ə endirməyi hədəfləyən Barnier 60 milyard avroluq xərclərin azaldılması və vergi artımlarıyla şirinikləşdirici vəd verdi. Lakin bu, Fransanın 2029-cu ilə qədər 3%-dən aşağı hədəfə çata biləcəyini şübhə altına alacaq. Hələlik 2025-ci il üçün proqnozlaşdırılan rəqəm 6% -dir. Bu göstərici Aİ-də ən yüksək göstərici hesab olunur. Müzakirələrdə ifrat sağçıları sakitləşdirmək üçün 2025-ci ilin əvvəlində mümkün immiqrasiya qanun layihəsi də qeyd olunur. Marin Le Pen növbədənkənar prezident seçkilərinə hazırlaşır və qəti şəkildə bəyənmədiyi hökumətlə oyunlar oynamaq niyyətində deyil. O, seçkilərin martın 31-nə, yəni onun iştirak etdiyi iş üzrə məhkəmə prosesi başa çatana qədər baş tutması üçün əlindən gələni edəcək.   Fransanın baş naziri Fransua Bayru da rəhbərlik etdiyi MoDem partiyasının Aİ pullarını mənimsəməsi ilə bağlı hüquqi çətinliklərlə üzləşə bilər. 2024-cü ilin əvvəlində onun ən yaxın tərəfdaşlarından yeddisi  məhkəmədə təqsirli bilindi və Bayrou bəraət aldı. Parlamentdə davam edən xaosu nəzərə alaraq, Makron yalnız gələn ilin yayında yeni seçkilər təyin edə bilər.
Daxili qeyri-sabitlik

Özünə hörmət edən hər bir diplomat bilir ki, dünya siyasətinə təsir edən  ölkədə nizam-intizamın olması mühüm  şərtdir. Onlarla ekspert və analitik hesab edir ki,  Avropa seçkilərindən sonra Parisin Aİ-də təsir və nüfuzu xeyli zəifləyib. Makronun Aİ ilə Mercosur (Cənubi Amerika ölkələrinin ümumi bazarı) arasında genişmiqyaslı ticarət razılaşmasının qarşısını almaq üçün əlindən gələni edəcəyi gözlənilir.
“Euractiv”ə müsahibə verən  analitik Sebastien Maillard deyib: “Əgər Fransanın səyləri uğursuz olarsa, bu, Emmanuel Makrona siyasi zərbə deməkdir. Bütün Fransa onun siyasi sinfini  tənqid edir. Onlar Makronu bağışlamayacaqlar.”

Bu arada, Makron Ukrayna ilə bağlı danışıqların mərkəzində olmaq istəyir və artıq müharibə bitdikdən sonra Avropa sülhməramlı missiyası ideyasını irəli sürüb. Fransa prezidentlərinin daxili qeyri-sabitlik dövründə beynəlxalq səhnəyə çıxmaq vərdişinə uyğun olaraq, Makronun Brüssel, Berlin, Varşava və Romada tez-tez çıxış etməsini gözləyin.

Nəhayət, çox şey daxili sabitliyin  bərpasında  və 2025-ci il büdcəsinin nə dərəcədə ciddi olacağından asılıdır”.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Azərbaycan neftinin qiyməti bahalaşıb
09:20 10.07.2025
Dünya bazarında qızıl və gümüşün qiyməti qalxıb
09:05 10.07.2025
ABŞ Şri-Lankadan idxala 30% rüsum tətbiq edəcək
08:48 10.07.2025
Aralıq dənizi quruyur -BMT-nin 2030 xəbərdarlığı
08:18 10.07.2025
Abdulla Öcalan niyə PKK-ya ikinci dəfə çağırış etdi? -Ekspert danışdı
07:48 10.07.2025
ABŞ-da qızılcanın sayı rekord həddə çatıb
07:19 10.07.2025
Bitkoinin qiyməti tarixi maksimumu yeniləyib
06:51 10.07.2025
Qlobal istiləşmə vulkanları oyada bilər
06:23 10.07.2025
Fransa və Böyük Britaniya "nüvə məsələsi"ndə birgə hərəkət edəcək
05:50 10.07.2025
NASA-da istefa dalğası: 2000-dən çox rəhbər işdən çıxır
05:17 10.07.2025
"Microsoft" süni intellektin hesabına 500 milyon dollara qənaət edib
04:44 10.07.2025
Aralıq dənizinin dibindən İsgəndəriyyə mayakı çıxarıldı
04:20 10.07.2025
HƏMAS 10 israilli girovu azad etməyə razıdır
03:48 10.07.2025
Rəhman Bədəlov vəfat etdi
03:13 10.07.2025
Cənubi Koreyanın eks-prezidentini həbs olundu
02:48 10.07.2025
"OpenAI"öz brauzerini yaradır
02:15 10.07.2025
Tramp Braziliya mallarına 50% rüsum təyin etdi
01:42 10.07.2025
Yuxu terroru niyə baş verir? -Ekspert danışdı
01:19 10.07.2025
Kral III Çarlzın gözü "qan çanağına döndü"
00:46 10.07.2025
Reynir vulkanı ətrafında nə baş verir? -Bir gecədə yüzlərlə zəlzələ oldu
00:11 10.07.2025
"Sağlam girdiyim xəstəxanadan əlil çıxdım"
23:38 09.07.2025
Əbu-Dabi görüşü Cənubi Qafqaza nə vəd edir?
23:08 09.07.2025
"Nvidia"nın bazar dəyəri 4 trilyon dolları ötüb
22:43 09.07.2025
"X"in baş direktoru istefa verdi
22:13 09.07.2025
Ukrayna müharibəsi: NATO-nun sərhədləri harada bitir? -Analitik Baxış
21:56 09.07.2025
Mərkəzi Asiyanın ən güclü superkompüteri işə salındı
20:30 09.07.2025
ABŞ-yə giriş pullu olacaq
20:00 09.07.2025
“İki sahil” 34 yaşını qeyd edir
19:45 09.07.2025
Zelenski İtaliyaya getdi
19:30 09.07.2025
Borcların geri qaytarılması yoxsa... - Dilemma
19:15 09.07.2025
QDF-in təşəbbüsü ilə növbəti “Qarabağ Gecəsi” xeyriyyə konserti keçirilib
19:06 09.07.2025
Özbəkistandan gələn ekspedisiya heyəti BAMF-ın qonağı oldu
19:00 09.07.2025
"Sərmayə olmadan davamlı enerji təchizatı mümkün deyil”
18:51 09.07.2025
ADY “Çin Dəmir Yolları” ilə Anlaşma Memorandumu imzalayıb
18:36 09.07.2025
"Çelsi" klublararası dünya çempionatından nə qədər qazanacaq?
18:22 09.07.2025
Türkiyədə növbədənkənar prezident seçkisi keçirilməyəcək
18:07 09.07.2025
Tayvan tarixində ən böyük hərbi təlimlərə başlayıb
17:51 09.07.2025
Rubionun səsi ilə siyasətçiləri aldatdılar
17:36 09.07.2025
Fransada polis partiya qərargahına basqın edib
17:21 09.07.2025
Tramp Putin və Si Cinpini Moskva və Pekini bombalamaqla hədələyib?
17:06 09.07.2025
Hamısı