Ermənistanda Avropa-Rusiya atışması və Aİ üçün "saman çöpü"

Analitika 10:31 28.03.2025

Martın 25-də Ermənistan parlamenti Avropa İttifaqına üzvlük prosesinin başlanmasına dair qanun layihəsini ikinci oxunuşda qəbul etdi. Bu, Ermənistanın Rusiyanın hərbi-siyasi və iqtisadi himayəsindən çıxıb Qərbə doğru yön almasını faktiki olaraq qanuniləşdirməsi deməkdir. Avropa İttifaqına (Aİ) dair sazişin 49-cu bəndinə əsasən, "qoca qitə"nin istənilən təmsilçisi quruma üzvlük niyyətini bildirə və bu istiqamətdə müvafiq prosesə başlaya bilər. Yetər ki, həmin dövlət Kopenhagen kriteriyalarına - demokratik prinsiplərə, insan hüquqlarına və azlıqlara hörmətə, habelə qanunun aliliyinə cavab versin.

Layihənin qanun halını almasının ertəsi günü parlamentdə çıxış edən Nikol Paşinyanın rəqiblərinə xitabən "sizi divara elə vuraram ki, oradan siyasi meyitlərinizi çıxararlar" kimi bəyanatı fonunda Ermənistanın Kopenhagen kriteriyalarına hansı səviyyədə cavab verməsinə dair sual bir qədər ritorik səslənə bilər. Ancaq əsas fakt ondan ibarətdir ki, hələ indiyədək Aİ-yə üzvlük praktikasında hansısa dövlətin namizədlik istəyini qanuniləşdirməsi halı olmayıb. Bu addım Paşinyanın nədənsə ehtiyat etməsi və özünü qanunla sığortalaması anlamına gəlmirmi?

Qanun layihəsinin ikinci oxunuşa çıxarılması müəyyən qədər gözlənilməzlik effekti yaratdı. Çünki bir müddət öncə ictimai rəyə Paşinyanın komanda üzvlərinə Rusiya ilə münasibətləri sahmana salmaq üçün tapşırıq verməsinə dair xəbər sızdırılmışdı. Bunun ardınca Ermənistan lideri rusiyalı həmkarına zəng edərək həm Azərbaycanla sülh danışıqlarının başa çatması barədə məlumat vermişdi, həm də mayın 9-da Moskvada keçiriləcək hərbi paradda iştirakını təsdiqləmişdi. Paşinyanın növbəti "U" dönüşünün olduqca vacib xəbər fonunda baş verməsi kifayət qədər şübhəli görünürdü: bir neçə gün öncə Rusiya mediasının ABŞ-nin Almaniyadakı hərbi bazalarından texnika və sursatı bu ilin iyun-avqust aylarında Ermənistana daşıyacağına dair məlumatın Pentaqon tərəfindən təkzib edilməməsi, əksinə, "İrəvanla münasibətlərimizə sadiqik" məzmunlu reaksiya verməsi təzadlı mənzərəyə səbəb olur.

Azərbaycanla şərti sərhəddə sabitliyin pozulması hallarının intensivləşməsinin sözügedən hadisələrdən dərhal sonraya təsadüf etməsi baş verənlərin bir-biri ilə sıx bağlılığına əsas yaradır. Azərbaycan tərəfi mövqelərimizin Ermənistan silahlı birləşmələri tərəfindən atəşə tutulmasına dair mütəmadi məlumatlar yayır, İrəvanda isə bunu israrla təkzib edirlər. Aİ-nin müşahidə missiyası susur, parlamentdəki dinləmələr zamanı müdafiə naziri Suren Papikyan isə "atəş açılır, ancaq bizə tərəf yox" kimi absurd açıqlama verir. Bütün bunların fonunda da sosial şəbəkələrin erməni seqmentində silah səsinin eşidildiyi çoxsaylı videogörüntülər yayılır. Ermənistan parlamentində Aİ-yə üzvlüyə dair təşəbbüsün qanuniləşdirilməsi ilə sərhəddə silahların yenidən işə düşməsi arasında bir bağlılıq varmı?
Rəsmi İrəvanın anti-Moskva ritorikasının əsas ruporu parlament sədri Alen Simonyandır. Siyasi yetkinlik səviyyəsi bəyanatlarının təzadlılığından hiss olunan Simonyana sanki xüsusi bir missiya həvalə edilib: Lazım olanda, Rusiyanı "keçmiş günahlar"ına və gələcək perspektivsizliyinə görə tənqid etmək. Qanun layihəsinin parlamentdə ikinci oxunuşundan öncə Simonyanın Paşinyanın Moskva ilə münasibətlərin tənzimlənməsinə dair gizli tapşırıq verməsinə barədə məlumatları təkzib etməsi və ölkəsinin gələcəyinin Avropa ilə bağlılığını bir daha təkrarlaması ona dəlalət edir ki, Aİ-yə üzvlük məsələsində müəyyən fasilənin verilməsi Rusiyadan hansısa gözləntilərlə bağlı olub. Ancaq təşəbbüsün qanuniləşdirilməsi heç də yalnız Paşinyanın Rusiyadan umduğunu ala bilməməsi ilə də izah edilməməlidir. Atəşkəsin pozulmasının avropalı müşahidəçilərin "görməməsi və eşitməməsi" şəraitində baş verməsi, Brüsselin, yaxud Parisin cavab gedişi də ola bilər: ya üzvlük prosesini parlamentdə qanuniləşdirin, ya da...

Bu baxımdan, Papikyanın "atəş açılır, ancaq bizə tərəf yox" kimi mücərrəd cavabını çözmək üçün ortaya müəyyən ipucu da çıxır: atəş açılır, ancaq Ermənistana yox, Rusiyaya tərəf. Kim açır? Təbii ki, Qərb!

Ermənistan ordusu yekcins anlayış deyil. 2018-ci ilədək erməni silahlı qüvvələri Birinci Qarabağ savaşından qalma birləşmələr, hərbi avtoritetlər, səhra komandirləri və qanlı generallar arasında nüfuz dairələrinə bölünmüş "dövlət institutu", Koçaryanla Sarqsyanın hakimiyyəti isə onların maraqlarını təmin edən balans mexanizminin üzərində bərqərar olmuş siyasi rejimlər idilər. Həm qurdların, həm də qoyunların dolandığı bu tarazlaşdırma sistemi indinin özündə də aktualdır, ancaq Paşinyan iqtidarı üçün yox: əvvəlki hakimiyyətlərdən fərqli olaraq hazırkı hökumət hərbi nüfuz sahibləri tərəfindən sevilmir. Bu baxımdan, Papikyanın atəşkəsin pozulmasından xəbəri olmaya bilər, ancaq silahlı qüvvələrin sıralarında müxtəlif dairələrə xidmət edən, tutaq ki, müşahidə missiyasının üzvləri ilə "dostluq əlaqələri qurmağa" macal tapmış nüfuz sahibləri olar bilər.

Azərbaycan hökumətinin 2024-cü ilə dair fəaliyyət hesabatında deyilir ki, rəsmi Bakı Aİ tərəfindən Ermənistana edilən hərbi yardımın qarşısını böyük ölçüdə almağa müvəffəq olub. Belə ki, ötən il Aİ-Azərbaycan münasibətləri Fransanın Ermənistana silah tədarükü səbəbindən o qədər də hamar keçməyib. Ancaq Azərbaycan bu təşəbbüslərin və Aİ-nin beynəlxalq ictimai rəydə ölkəmizi ləkələmək cəhdlərinin qarşısını almağı bacarıb. İki gün öncə Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan Braziliya mediasına müsahibəsində Azərbaycanın yekun sülh müqaviləsinin imzalanması üçün tələblərindən birinin məhz İrəvanın silahlanmasının dayandırılması olduğunu bildirib. Bu, Azərbaycanın Aİ-nin qol-qanadını sındırmasının İrəvan tərəfindən faktiki olaraq etiraf edilməsidir. Ermənistanın Aİ-yə üzvlük prosesini qanuniləşdirməsinin səbəblərindən biri də bu deyilmi? Yaxud, üzvlük haqqında qanun Parislə Brüsselin bölgədə qalmaları üçün "saman çöpü" rolunu oynaya biləcəkmi?

Fatimə Şükürova // EDnews

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Azərbaycanın “yaşıl hidrogen” hədəfləri üçün tələb olunan əlavə enerji gücü müəyyən edilib
17:29 03.06.2025
Prezident İlham Əliyev yeni hakimlər təyin etdi - SİYAHI
17:25 03.06.2025
Dünyanın ən böyük dəmir filizi yatağı kəşf olundu
17:06 03.06.2025
Kölndə Bomba Təhlükəsi Aşkarlandı
16:09 03.06.2025
"Microsoft" daha 300 əməkdaşını ixtisar etdi
16:02 03.06.2025
"Cartier"-in müştərilərinin məlumatları oğurlandı
15:44 03.06.2025
Iki boksçumuz dopinq istifadə etdiyinə görə diskvalifikasiya olunub
15:29 03.06.2025
Ukraynanın "dron inqilabı": Asimmetrik müharibənin gələcəyi necə dəyişir?
15:26 03.06.2025
"Azərbaycan Dəmir Yolları" süni intellektin tətbiqinə hazırlaşır
15:18 03.06.2025
Qohum evlilikləri ilə bağlı qadağa: "Qanunu pozanlar cinayət məsuliyyətinə cəlb olunacaqlar"
15:08 03.06.2025
"Tarixi ədalətin bərpası üçün beynəlxalq həmrəylik vacibdir"
14:52 03.06.2025
Timsah hamilə qadını sürüyüb apardı
14:46 03.06.2025
Ukrayna NATO-nun məlumat mübadiləsi sisteminə qoşuldu
14:25 03.06.2025
Yunanıstan basketbol çempionatı birdəfəlik dayandırıla bilər
14:13 03.06.2025
META İranda yaradılan və Azərbaycan əleyhinə fəaliyyət göstərən 60 səhifəni silib
13:55 03.06.2025
Bakıda Fransa kolonializminə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib
13:50 03.06.2025
"Minatəmizləmə prosesində pilotsuz uçuş aparatlarından istifadə olunur " – MÜSAHİBƏ
13:44 03.06.2025
Həmyerlimiz Varşava Universitetində doktorluq dərəcəsi alıb - FOTO
13:39 03.06.2025
Görkəmli dövlət xadimi İlyas Vəkilov-120 - Sadiq Qurbanov yazır...
13:32 03.06.2025
ABŞ ordusu Suriyadan çıxır
13:07 03.06.2025
Qarabağ Universitetinin 50 tələbəsi "Qarabağ Dirçəliş Fondundan təqaüd alacaq
13:03 03.06.2025
"İpoteka kreditləşməsi ilə bağlı siyasəti dəyişmək lazımdır"
12:43 03.06.2025
Almaniyada "Rus Evi"nin Bağlanması və Rusiyalı Diplomatların Ölkədən Çıxarılması Təklif Olunub
12:24 03.06.2025
ABŞ Suriyadakı Üç Hərbi Bazanı Tərk Edib: Yeni Geosiyasi Reallıqlar
11:49 03.06.2025
Xurşudbanu Natəvanın şərəfinə mükafat təsis edilib
11:05 03.06.2025
“Sea Breeze”də Süni “Half Moon” Adası: Yerli Şirkətlərin İddialı Layihəyə Töhfəsi
10:30 03.06.2025
Bakı Enerji Həftəsi: Tramp əməkdaşlıq etmək istəyir
10:08 03.06.2025
PKK-nın son aktı: Taktiki gediş, yoxsa strateji son
10:04 03.06.2025
Zelenski: Ərdoğanın İstanbulda sülh masası təklifi real nəticə verməyə bilər
09:56 03.06.2025
Bakıda Müsəlman Ağsaqqallar Şurasının Toplantısı Keçiriləcək
07:50 03.06.2025
ABŞ-İran Nüvə Danışıqları Növbəti Raundda Dayana bilər
07:36 03.06.2025
30-cu Bakı Enerji Forumu işə başladı
07:30 03.06.2025
Husilərdən Təl-Əvivə hipersəs raket zərbəsi: Ben Qurion hava limanı bağlandı
07:24 03.06.2025
Türkiyədə zəlzələ baş verib
07:02 03.06.2025
Kanadada Meşə Yanğınları baş verir
06:41 03.06.2025
Zelenskidən Rusiya nümayəndə heyətinə sərt cavab
06:17 03.06.2025
Sarri "Latsio"-ya qayıtdı
04:59 03.06.2025
Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib
16:49 02.06.2025
"Match TV"-nin Azərbaycandakı yayımı dayandırıldı
16:15 02.06.2025
Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyində ədəbi-bədii təqdimat keçirilib
14:39 02.06.2025
Hamısı