Varlı qadının gizlətməyə çalışdığı kədər nə idi? – Oğuz Ayvaz yazır...

Yazarlar 14:00 05.02.2024

Əlimdə bir neçə şəkil tutmuşam. Burda təsvir edilənlər çoxdan, qədimdən insanın keçirdiyi hisslərlə bütövləşib. Uzaqlıq, yalqızlıq, kasıblıq, insanlıq... kədər, sevinc, həsrət, ümid – bütün bunlar gerçək və hər kəsin anlayacağı bir şəkildir. Bu şəkildə insanlar var. Hansı ki, onlar bəzən sevincin timsalında, bəzən də kədərin qurbanı olaraq şəkillərdə gülümsəyirlər. Ancaq onların gülümsəməsi, təbəssümü yalnız şəkildədir, yəni, gerçəkdə o sevinc yoxdur. Həyatın ani bir uzaqlığı şəkillərin əsas özəlliyidir. Mən bunu anladığım üçün həmişə boz, köhnədən qalmış, ucları saralmış şəkillərə baxanda burda hansısa bir hissin yarımçıq qaldığını, haradasa uzaqda ilişdiyini, çata bilmədiyini düşünür və başa düşürəm ki, insanlar şəkillərdə daha çox insan yox, xatirə olaraq qalırlar.

Həyatda çəkilməyən şəkillər çoxdur. Məsələn, elə o gün mən bir şəkillə üz-üzə qaldım. Bu şəkildə kasıblıqla kədərin, zənginliklə sevincin qarışıqlığı vardı. Təsvir olunan yer də sanki bu iki şeyi bərabərləşdirmək, həyatın iki xəttini bir nöqtəyə gətirmək üçün xüsusi olaraq seçilmişdi. Lüks maşının sükanında qadın oturmuşdu və onun gözlərində mənə çoxdandan bəri yad olmuş, uzaqda qalmış bir sevincin tablosu asılmışdı. İşıqforda dayanmış maşın hansısa onu gözləyən bir insana tərəf getməyə hazırlaşırdı. Yəqin ki, bu qadın onu sevən və həyatını gözəlləşdirən bir kişi üçün bu qədər xoşbəxt görünməyə borclu idi. Ancaq onun süni sevinci qarşılaşdığım bir fəhlənin üzündəki kədərdən bəlli olundu. 

Bu qadın zənginliklə əhatə olunsa da elə bil könlündəki kasıblığı daim üzünə yansıdır və bu gizlətməyə çalışdığı şeydən utanır, hətta ondan usanırdı. Qarşısında dayanmış fəhlə isə bir çörək umuduna belinə yüklənmiş yükü daşımağa çalışır, həm də qadına ötəri olaraq baxırdı. 

Qadının üzündəki kədəri bu lüks maşın və geyindiyi bər-bəzəkli geyim də silib yox edə bilmirdi. Sanki qadın da bunu duyur və öz qüssəsini gizlətmək üçün əhatəsində olduğu zənginliyə qapılmaq istəyir, xoşbəxt olduğunu açıq-aşkar büruzə verməyə çalışırdı. Ancaq qadının hal-hazırki zənginliyi heç də onun xoşbəxtliyinə dəlalət etmirdi. O, bəlkə də hər şeyə sahib olacaq gücdə idi, ancaq isti, doğma xoşbəxtliyə heç vaxt çata bilməyəcəyini bəlkə özü də güzgüdəki kədərli əksindən anlayırdı. 

Bu, mənə elə gəlir ki, həyatın çəkilməyən bir fotosu, şəklidir. Bəzən biz şəkillərdən qaçmaq, onları yandırmaq haqqında düşünürük. Əlimizə aldığımız hər hansı bir şəklin doğuracağı xatirə yaşadığımız xoş günü tamamilə korlaya, zədələyə və özündən küsdürməyə vadar edə bilər.

Bu baxımdan şəkillər həmişə xatırlamağı qıt olan adamlar üçün nəzərdə tutulub. Unutmaq, yaddan çıxartmaq şəkillərdə heç vaxt reallaşa bilməyən hisslərdir. Əksinə xatırlamaq və heç vaxt unutdurmamaq şəkillərin əsas özəlliyidir. Hansı ki, bu özəllik çoxlarımız üçün arzuolunmaz, xoşagəlməz nəticələr yarada bilər.

Çəkilməyən şəkillə qarşılaşdığımda burda da hansısa bir hissin yarımçıq qaldığının bir daha şahid oldum. Burda həsrət, intizar hissi yarımçıq qalmışdı və onun boşluğunu dolduracaq heç bir hiss yox idi. Mən çəkilməyən şəkli yaddaşıma köçürüb ordan aralanıram. İndi isə o şəklə hər gün baxıb bir daha düşünürəm. Düşünürəm ki, şəkillər həm də nəyisə tapmağa, kiminsə kədərini bölüşməyə də yarayır. 

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

İranda "Mossad"ın dron anbarı aşkar edildi
17:13 23.06.2025
Zelenski Böyük Britaniyaya getdi
17:09 23.06.2025
“Rusiyanın mübarizəsi öz gələcəyi uğrundadır”
17:00 23.06.2025
Fars körfəzində nəhəng tıxac yaranıb
16:56 23.06.2025
Hörmüz boğazının bağlanması ehtimalı səbəbindən üç gəmi istiqamətini dəyişib
16:54 23.06.2025
"Bakının möhtəşəm memarlığı var"
16:51 23.06.2025
Dövlət Xidməti məlumat sızması ilə bağlı xəbərdarlıq edib
15:54 23.06.2025
Suriyadakı ABŞ hərbi bazası hücuma məruz qalıb
14:30 23.06.2025
Aİ İranın cavab tədbirlərini genişləndirə biləcəyindən narahatdır
13:32 23.06.2025
Rusiyada Ermənistana brilyant daşıyan ermənilər tutuldu
13:28 23.06.2025
"ABŞ İrana endirilən zərbə ilə bağlı NATO müttəfiqləri ilə məsləhətləşməyib"
12:54 23.06.2025
"ABŞ-nin aqressiyası münaqişənin bütün Yaxın Şərqə yayılmasına zəmin yaradır"
12:49 23.06.2025
İlham Əliyev Mərkəzi Aran Regional SCADA İdarəetmə Mərkəzinin açılışında iştirak edib
12:10 23.06.2025
İsrail İranın 6 aerodromunu və 15 təyyarəsini məhv etdi
12:03 23.06.2025
Nyu-York İranla döyüşmək istəmir
11:23 23.06.2025
Ayı insanlara hücum etdi
11:20 23.06.2025
"Geri dönəcəm"
11:16 23.06.2025
“Regionlararası platformalar yaradılmalıdır"
11:13 23.06.2025
Rusiyanın Ukraynaya hücumu nəticəsində iki nəfər həlak olub
11:10 23.06.2025
QMİ Məhərrəm ayının başlaması ilə bağlı fətva verdi
10:56 23.06.2025
ABŞ kəşfiyyatı İraq və Suriyadakı hərbi bazalarına hücumlara hazırlıqdan xəbər tutub
02:48 23.06.2025
BMT: AEBA İranın zərbə endirilən nüvə obyektlərinə girməlidir
01:55 23.06.2025
Çin BMT Təhlükəsizlik Şurasından qətnamə qəbul etməsini gözləyir
01:52 23.06.2025
FİSO olimpiadası saxtadır?
01:47 23.06.2025
"ABŞ nüvə təhlükəsini aradan qaldırmaq üçün addımlar atıb"
01:31 23.06.2025
"İran nüvə silahı yaradacaq"
01:29 23.06.2025
İsrail Təbrizi və Tehranı yenə bombaladı YENİLƏNİB
01:25 23.06.2025
Azlıqda qalan "Real Madrid" inamlı qələbə qazandı
01:16 23.06.2025
Əlcəzairdə futbol matçında tribuna aşdı
23:54 22.06.2025
İƏT-in Nazirlər Şurası Qərbi Azərbaycan İcması ilə bağlı qətnamə qəbul etdi
23:48 22.06.2025
"İran-İsrail müharibəsinin nəticələri Avropaya çatacaq"
23:45 22.06.2025
İran “Nüvə silahının yayılmaması haqqında” müqavilədən çıxa bilər
23:43 22.06.2025
Suriyada terror aktı baş verib
23:39 22.06.2025
"Yaxın Şərqdə münaqişənin artması Çinin maraqlarını təhdid edir"
23:37 22.06.2025
İranın Xarici İşlər Naziri Moskvadadır
23:11 22.06.2025
Qubada ağır qəza baş verib
21:51 22.06.2025
Azərbaycan XİN ABŞ-nin İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayıb
18:57 22.06.2025
"İran nüvə proqramını inkişaf etdirəcək"
18:04 22.06.2025
İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib
16:46 22.06.2025
Rasim Dərgahzadə vəfat etdi
14:01 22.06.2025
Hamısı