İntihar etmək istəyib ölə bilməyən adamın sirri – Oğuz Ayvaz yazır...

Yazarlar 17:00 12.02.2024

Ölüm haqda düşünəndə həmişə Əziz Nesinin “Men necə intihar edim?” adlı hekayəsi yadıma düşür. Bu hekayənin mövzusu həmişə gözlərim qabağında canlananda şaqqanaq çəkib gülürəm. Bu yazını oxuyanlar mənim hansı hekayədən söz  açdığımı yəqin ki, bilirlər. 

Bilməyənlərə isə bu  hekayənin qısa məzmunun açıqlayıram, qoy onlar da oxuyub gülsünlər.

Deməli, hekayənin məzmuna görə, bir adam özünü öldürmək istəyir. Müxtəlif yollarla istəyini gerçəkləşdirməyə çalışır. Amma nə illah eləyir, özünü öldürə bilmir. Belə ki, o birinci dəfə özünü asmaq istəyir, lakin ipin keyfiyyətsizliyi ucbatından ölümdən qurtulur. Sən demə, ip çürük imiş. İkinci dəfə isə evindəki qazı açır, hər yeri bağlayır və düşünür ki, indicə tir-tap yerə düşüb öləcək. Amma bu dəfə də əcəl ondan yan keçir. Məlum olur ki, sən demə, qaz iyi əvəzinə evə təmiz hava daxil olurmuş. Yəni qaz satanlar balona qaz yerinə hava doldurub satırmışlar. Hə, qəhrəmanımız üçüncü dəfə bıçaqla özünü o biri dünyaya vasil etmək istəyir. Ancaq yenə heç nə hasil olmur. Bu dəfə isə bıçağın kütlüyü onu ölümdən xilas edir. 

Sonra isə qəhrəman öz-özünə: “Yahu, bu məmləkətdə nə qoyurlar rahat yaşayaq, nə də ki, qoymurlar rahat ölək”- deyir və bir restorana gedib orda ağzından gələnə qədər yeyib-içir. O qədər yeyir, axırda elə hala düşür, bir də gözünü açanda görür ki, xəstəxanadadır. 

Nəticədə, bu qəhrəman nə qədər özünü öldürməyə çalışsa da bir şey çıxmır, xəstəxanada sağalır və başa düşür ki, nə qədər eləsə də özünü öldürə bilməyəcək. Deyir, bu məmləkətdə nə ölmək olmur, heç olmasa sürünə biləydik.

Bu hekayənin gülməli cəhətindən başqa düşündürücü hissəsi də var. Əgər insanın alnına ölüm nə vaxt yazılıbsa o vaxt da öləcək. Bu qaydanı heç kəs poza bilməz.

Qocalar heç vaxt ölümdən qorxmurlar. Sizcə nədən bu belədir?

Yəqin yaşadıqları illərdə bütün görüləcək işlərini bitiriblər və qocalanda da ölümlərini gözləyirlər. Təbii ki, qorxmadan. Amma mən inanmıram ki, bir adam nədənsə qorxmasın. Hər insanın içində qorxu yatır.

“Bir nəfərin ölümü - ölümdür, iki milyon nəfərin ölümü isə statistikadır.” Bunu Remark deyib. Həqiqətən də onun sözündə böyük məna var. Ölüm tək olur. Onda ölümün adı ölüm olur.

Bu dünya top kimi yuvarlaqdı. Bir gün gələcək dayanacaq, bir gün hamımız torpaq olacağıq... Əsl ləyaqətli insanlar isə nə yaşamaq üçün, nə də ölmək üçün heç kimə yalvarmazlar. Bunu özlərinə sığışdırmazlar. Bu dünyada bir adam hamını öldürə bilməz... Amma hər kəs ölümlüdür. 

Bu ölkədə də Əziz Nesinin obrazının dediyi kimi nə qoyurlar düz-əməlli yaşayaq, nə də qoymurlar ölək.

Bağışlayın, da sizi də bu ölüm söhbəti ilə bezdirdim.

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

İranda "Mossad"ın dron anbarı aşkar edildi
17:13 23.06.2025
Zelenski Böyük Britaniyaya getdi
17:09 23.06.2025
“Rusiyanın mübarizəsi öz gələcəyi uğrundadır”
17:00 23.06.2025
Fars körfəzində nəhəng tıxac yaranıb
16:56 23.06.2025
Hörmüz boğazının bağlanması ehtimalı səbəbindən üç gəmi istiqamətini dəyişib
16:54 23.06.2025
"Bakının möhtəşəm memarlığı var"
16:51 23.06.2025
Dövlət Xidməti məlumat sızması ilə bağlı xəbərdarlıq edib
15:54 23.06.2025
Suriyadakı ABŞ hərbi bazası hücuma məruz qalıb
14:30 23.06.2025
Aİ İranın cavab tədbirlərini genişləndirə biləcəyindən narahatdır
13:32 23.06.2025
Rusiyada Ermənistana brilyant daşıyan ermənilər tutuldu
13:28 23.06.2025
"ABŞ İrana endirilən zərbə ilə bağlı NATO müttəfiqləri ilə məsləhətləşməyib"
12:54 23.06.2025
"ABŞ-nin aqressiyası münaqişənin bütün Yaxın Şərqə yayılmasına zəmin yaradır"
12:49 23.06.2025
İlham Əliyev Mərkəzi Aran Regional SCADA İdarəetmə Mərkəzinin açılışında iştirak edib
12:10 23.06.2025
İsrail İranın 6 aerodromunu və 15 təyyarəsini məhv etdi
12:03 23.06.2025
Nyu-York İranla döyüşmək istəmir
11:23 23.06.2025
Ayı insanlara hücum etdi
11:20 23.06.2025
"Geri dönəcəm"
11:16 23.06.2025
“Regionlararası platformalar yaradılmalıdır"
11:13 23.06.2025
Rusiyanın Ukraynaya hücumu nəticəsində iki nəfər həlak olub
11:10 23.06.2025
QMİ Məhərrəm ayının başlaması ilə bağlı fətva verdi
10:56 23.06.2025
ABŞ kəşfiyyatı İraq və Suriyadakı hərbi bazalarına hücumlara hazırlıqdan xəbər tutub
02:48 23.06.2025
BMT: AEBA İranın zərbə endirilən nüvə obyektlərinə girməlidir
01:55 23.06.2025
Çin BMT Təhlükəsizlik Şurasından qətnamə qəbul etməsini gözləyir
01:52 23.06.2025
FİSO olimpiadası saxtadır?
01:47 23.06.2025
"ABŞ nüvə təhlükəsini aradan qaldırmaq üçün addımlar atıb"
01:31 23.06.2025
"İran nüvə silahı yaradacaq"
01:29 23.06.2025
İsrail Təbrizi və Tehranı yenə bombaladı YENİLƏNİB
01:25 23.06.2025
Azlıqda qalan "Real Madrid" inamlı qələbə qazandı
01:16 23.06.2025
Əlcəzairdə futbol matçında tribuna aşdı
23:54 22.06.2025
İƏT-in Nazirlər Şurası Qərbi Azərbaycan İcması ilə bağlı qətnamə qəbul etdi
23:48 22.06.2025
"İran-İsrail müharibəsinin nəticələri Avropaya çatacaq"
23:45 22.06.2025
İran “Nüvə silahının yayılmaması haqqında” müqavilədən çıxa bilər
23:43 22.06.2025
Suriyada terror aktı baş verib
23:39 22.06.2025
"Yaxın Şərqdə münaqişənin artması Çinin maraqlarını təhdid edir"
23:37 22.06.2025
İranın Xarici İşlər Naziri Moskvadadır
23:11 22.06.2025
Qubada ağır qəza baş verib
21:51 22.06.2025
Azərbaycan XİN ABŞ-nin İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayıb
18:57 22.06.2025
"İran nüvə proqramını inkişaf etdirəcək"
18:04 22.06.2025
İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib
16:46 22.06.2025
Rasim Dərgahzadə vəfat etdi
14:01 22.06.2025
Hamısı