Düşüncəni işğal etməyə kodlanan sistem – Oğuz Ayvaz yazır...

Yazarlar 15:00 21.02.2024

Bu gün insanların əksəriyyəti ilə münasibət yaratmaq, adicə ünsiyyət qurmaq çətinləşib. Adamlar bir-birilərini eşitmək istəmir, içlərindəki səssizliyi qusmaq istəyirlər. Artıq insanın insana ehtiyacı olmadığı bir dövrə gəlib çıxmışıq. İndi insana yaxın telefondu, narkotikdi, sosial şəbəkədəki profilidi, puldu, enerji içkiləridi, siqaretdi... 

Yeni dünya sistemi kapitalizmdən də o yana keçib. Bu sistem insanın mənəviyyatını, düşüncəsini, hisslərini işğal etməyə kodlanıb. Əminlikdə deyə bilərəm ki, 50 il sonra insan beynindən ciddi dəyişkliklər olacaq. Beyin yeni hüceyrələr və sinir bağlantıları yaradaraq inqilabi manver edəcək. Elm adamı olmasam da proseslərdən xəbərdaram. Bilirəm ki, insanın intellekt səviyyəsi nə qədər yüksəkdirsə , bir o qədər çox yuxu görür. Müasir insan beyni tormozlayıcı funksiyanı yerinə yetirir. O, fast-food yeyir, kitab oxumur, ciddi kinodan xəbərsizdir, ünsiyyət qurmur, idman etmir, sevmir və narsistdir. Axırıncı dəfə mənə yuxularından danışan adam yadıma düşümür. Müasir insan yuxu görmür. Belə olan halda yaxın gələcəkdə insan şüuru təhlükə altına düşür. Yəni yeni dünya sistemi uğurla insanı məhv eləməyə doğru ağır-ağır irəliləyir. Zamanı gəlincə istədikləri məqsədə nail olacaqlar. 

Dünyanı gəzməsəm də həyatda qazandığım təcrübələr, oxuduğum kitablar, izlədiyim filmlər mən də gələcəklə bağlı müəyyən bir təəssürat yaradır. Davam edən proseslər insanın taleyinə indekslənib. Sual yaranır ki, niyə çağımızda dahilər yoxdur? Niyə elmi kəşflər baş vermir? Halbuki kainat nəhəng və sirlidir. Daim suallara cavab axtarır, yeni kəşflərini gözləyir. 

Müasir insanın tapmağa bir şeyi qalmayıb. O artıq hər şeyə sahibdir. Kreditlə hər şeyi əldə edə bilər. Əvvəllər nəyisə əldə etmək üçün əlləşib vuruşurdun, o arzunun rəngləri vardı. İndi arzunun bircə çıxış yolu var – kredit. Kreditlə arzularına qovuşa bilirsən. Ancaq həbsə düşürsən. Kredit həbsinə. Bundan sonrakı həyatına kreditin dəmir barmaqlıqları arasından baxırsan. Müasir həyat “Squid game” serialındakı kimi hamımızı ölümlə sınayır. Biz nəyisə əldə etmək üçün ölümə hazır olmalıyıq. Ölüm burada metaforadır. Özümüzü heçliyə, məğlubiyyətə təslim etməkdən gedir söhbət. Ölüm müasir insanı ürkütmür, hər gün eşitdiyi ölüm xəbərləri onda immunitet yaradıb. Müasir insanı nə qorxuda bilər? Cavabı aydındı: internetsizlik. Təsəvvür edin ki, dünyada 1 həftə internet dayanır. İnsan psixologiyası alt-üst olur, o azğın və ac heyvana çevrilir. Bu yerdə insan içinə həbs olunduğu boz dünyasından çıxır və bir müddət özünü dərk edənə qədər çabalayır. Sudan çıxmış balıq kimi olur.

Stiven Spilberqin “Duello” filmi yadıma düşür. 70-ci illərdə çəkilən film bu günün mesajını verirdi: Texnika insanı məğlub edəcək. Yeni dünya sistemi də texnikanı insanın həyatına hədəf tutdu. Bu böyük silah mexanizmi insan talelərini parçalamaqda davam edir. 

Həyat var olduqca təkamül, dəyişmə və çevrilmə davam edəcək. İnsan təkamülünü tamamlamış kimi davranır. O, sanki öz təkamülünü tamamlamış və ətrafındakı hər şeyin təkamülünü öz əlinə almış kimi davranır. Nə qədər ki, belə davam edəcək, təkamülünü bitirəcək. Üstəlik, təkcə özünün təkamülünü deyil, təbiətdə yaşayan digər canlılarla birlikdə bütün həyatı da bitirəcək. İnsan yox olduqdan sonra, əgər biz hər şeyə son qoya bilməsək, dünyanın özünü yenidən bərpa etmək imkanı olacaq və o zaman yeni insan doğulacaq.

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

İranda "Mossad"ın dron anbarı aşkar edildi
17:13 23.06.2025
Zelenski Böyük Britaniyaya getdi
17:09 23.06.2025
“Rusiyanın mübarizəsi öz gələcəyi uğrundadır”
17:00 23.06.2025
Fars körfəzində nəhəng tıxac yaranıb
16:56 23.06.2025
Hörmüz boğazının bağlanması ehtimalı səbəbindən üç gəmi istiqamətini dəyişib
16:54 23.06.2025
"Bakının möhtəşəm memarlığı var"
16:51 23.06.2025
Dövlət Xidməti məlumat sızması ilə bağlı xəbərdarlıq edib
15:54 23.06.2025
Suriyadakı ABŞ hərbi bazası hücuma məruz qalıb
14:30 23.06.2025
Aİ İranın cavab tədbirlərini genişləndirə biləcəyindən narahatdır
13:32 23.06.2025
Rusiyada Ermənistana brilyant daşıyan ermənilər tutuldu
13:28 23.06.2025
"ABŞ İrana endirilən zərbə ilə bağlı NATO müttəfiqləri ilə məsləhətləşməyib"
12:54 23.06.2025
"ABŞ-nin aqressiyası münaqişənin bütün Yaxın Şərqə yayılmasına zəmin yaradır"
12:49 23.06.2025
İlham Əliyev Mərkəzi Aran Regional SCADA İdarəetmə Mərkəzinin açılışında iştirak edib
12:10 23.06.2025
İsrail İranın 6 aerodromunu və 15 təyyarəsini məhv etdi
12:03 23.06.2025
Nyu-York İranla döyüşmək istəmir
11:23 23.06.2025
Ayı insanlara hücum etdi
11:20 23.06.2025
"Geri dönəcəm"
11:16 23.06.2025
“Regionlararası platformalar yaradılmalıdır"
11:13 23.06.2025
Rusiyanın Ukraynaya hücumu nəticəsində iki nəfər həlak olub
11:10 23.06.2025
QMİ Məhərrəm ayının başlaması ilə bağlı fətva verdi
10:56 23.06.2025
ABŞ kəşfiyyatı İraq və Suriyadakı hərbi bazalarına hücumlara hazırlıqdan xəbər tutub
02:48 23.06.2025
BMT: AEBA İranın zərbə endirilən nüvə obyektlərinə girməlidir
01:55 23.06.2025
Çin BMT Təhlükəsizlik Şurasından qətnamə qəbul etməsini gözləyir
01:52 23.06.2025
FİSO olimpiadası saxtadır?
01:47 23.06.2025
"ABŞ nüvə təhlükəsini aradan qaldırmaq üçün addımlar atıb"
01:31 23.06.2025
"İran nüvə silahı yaradacaq"
01:29 23.06.2025
İsrail Təbrizi və Tehranı yenə bombaladı YENİLƏNİB
01:25 23.06.2025
Azlıqda qalan "Real Madrid" inamlı qələbə qazandı
01:16 23.06.2025
Əlcəzairdə futbol matçında tribuna aşdı
23:54 22.06.2025
İƏT-in Nazirlər Şurası Qərbi Azərbaycan İcması ilə bağlı qətnamə qəbul etdi
23:48 22.06.2025
"İran-İsrail müharibəsinin nəticələri Avropaya çatacaq"
23:45 22.06.2025
İran “Nüvə silahının yayılmaması haqqında” müqavilədən çıxa bilər
23:43 22.06.2025
Suriyada terror aktı baş verib
23:39 22.06.2025
"Yaxın Şərqdə münaqişənin artması Çinin maraqlarını təhdid edir"
23:37 22.06.2025
İranın Xarici İşlər Naziri Moskvadadır
23:11 22.06.2025
Qubada ağır qəza baş verib
21:51 22.06.2025
Azərbaycan XİN ABŞ-nin İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayıb
18:57 22.06.2025
"İran nüvə proqramını inkişaf etdirəcək"
18:04 22.06.2025
İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib
16:46 22.06.2025
Rasim Dərgahzadə vəfat etdi
14:01 22.06.2025
Hamısı