“USAİD-in ləğvi saxtakarlığın, səlahiyyətdən sui-istifadənin kökünü kəsmək deməkdir”

Yazarlar 09:49 06.02.2025

ABŞ-nın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ləğv ediləcəyinin proqnozunu Azərbaycan Prezidenti ötən ilin sonunda vermişdi. Rusiya KİV-nə müsahibəsində dövlət başçımız bildirmişdi ki, Tramp USAID-i qadağan edə bilər. Ötən həftə administrasiya ABŞ-nın xarici yardımlarını dondurub. Hətta amerikalı sahibkar İlon Mask USAID Agentliyini çoxsaylı cinayət əməllərində, həmçinin Çin laboratoriyasını maliyyələşdirməkdə, yəni koronavirusu yaymaqda ittiham edir. Təşkilatdan amerikalı vergi ödəyiciləri qarşısında hesabat vermək tələb olunur.
USAID-nin Əfqanıstanda heroinin yetişdirilməsinə maliyyə dəstəyi verməsi, xarici hökumətləri devirmək üçün Latın Amerikasında QİÇS-in qarşısının alınması üzrə saxta seminarlar təşkil etməsinə dair faktlar da bu təşkilatın iç üzünü açır.
Əslində USAID ABŞ-nın dünyada xaos yayan, hakimiyyət çevrilişləri həyata keçirən, vətəndaş qarşıdurması yaradan mexanizmidir. USAID illərlə dünyanın müxtəlif bölgələrində müstəqil xarici siyasət yürüdən dövlətlərin daxili işlərinə qarışaraq, inqilablara sponsorluq edirdi. Bir çox beynəlxalq media qruplarına böyük maliyyə dəstəyi verməklə müstəqil siyasət yürüdən dövlətlərə qarşı qarayaxma kampaniyaları təşkil edib.
Təşkilat vaxtı ilə ələ keçirdiyi mediaları saxlamaq və genişləndirmək üçün hər il milyardlarla pul xərcləyirdi.
Cənubi Qafqazda da müxtəlif yollarla ənənəvi dəyərləri dağıdaraq, üzdəniraq ideyaları təbliğ edən də USAID idi. Qonşu Gürcüstanda inqilab cəhdi də USAID-in məkrli planının tərkib hissəsi idi. 2020-ci ildə bu ölkədə keçirilən seçkilərin nəticələri ilə bağlı saxta hesabatlar hazırlandı, seçkilərin saxtalaşdırıldığı iddia edildi. Sonradan bu saxta iddiaların hamısı ifşa olundu.
USAID 2000-ci illərin əvvəllərində Azərbaycanda da xaos ssenariləri həyata keçirməyə çalışdı. Məqsəd isə aydın idi - Azərbaycanın inkişafına mane olmaq, ərazi itkisinə məcbur etmək planını reallaşdırmaq. Bu destruktiv davranışlardan aydın oldu ki, onlar Prezident İlham Əliyevin siyasətinin Azərbaycan xalqı tərəfindən dəstəklənməsini sadəcə, həzm edə bilmirdilər.
USAID-in rəhbərliyində Samanta Pouer kimi qatı anti Azərbaycan mövqeli şəxsin təmsil olunması da təsadüfi deyildi. Ermənipərəst Samanta Pauer və USAID faktiki Azərbaycanın ərazi bütövlüyünə qarşı fəaliyyət göstərirdi. İşğal dövründə Qarabağ separatçılarını dəstəkləyərək, minatəmizləmə fəaliyyətinə maliyyə yardımı göstərərək öz xislətlərini açmış olurdular.
Sosial layihələr adı altında Azərbaycanın dövlət orqanlarına və cəmiyyətin müxtəlif təbəqələrinə soxularaq, öz məkrli planlarını reallaşdırmağa can atırdılar.
Amma təbii ki, ölkəmizə qarşı həyata keçirilən hibrid təhdidlər və beynəlxalq dezinformasiya kampaniyaları nəticə vermədi. Bu gün bu təşkilat cinayətkar struktur kimi ifşa olunur.

Nigar Məmmədova

Milli Məclisin Deputatı

Tatların yaşadığı kənddə nələr gizlədilib?

Xəbər xətti

"SMS Blaster" fırıldağı sürətlə yayılır
09:32 27.06.2025
Kosmos tarixində daha bir ilk:
09:17 27.06.2025
Zombi göbələyinin ən qədim nümunəsi aşkarlandı
09:12 27.06.2025
Tonqa sahilində güclü zəlzələ baş verib
09:02 27.06.2025
Şimali Koreyada yeni kurort açılacaq
08:44 27.06.2025
Harvard işçilərinin bir hissəsi ixtisar ediləcək
08:05 27.06.2025
Toyuna görə Venesiyanın mərkəzini "bağlatdırdı"
07:35 27.06.2025
Birinci xanım qeyri-qanuni miqrant elan edildi
07:02 27.06.2025
"Şaman"ın diri-diri məzara basdırmaq istədiyi insanlar xilas edildilər
06:30 27.06.2025
Marsda insan üçün ən ideal yer tapıldı
06:05 27.06.2025
Yağın yanmasını sürətləndirən hormon kəşf olundu
05:32 27.06.2025
Doqquz nəfəri öldürüb doğramış yaponiyalı edam edilib
05:17 27.06.2025
ABŞ müdafiə büdcəsinin əsas hissəsi Çini cilovlamağa yönələcək
04:34 27.06.2025
Konqres Trampın Hərbi büdcə layihəsindən niyə narazıdır?
04:10 27.06.2025
Dünyanın ən dərin barı Londonda açılacaq
03:36 27.06.2025
"ABŞ Çinlə ticarət sazişi imzalayıb"
03:03 27.06.2025
Atakama Səhrasına qar yağıb
02:38 27.06.2025
İnsan beyninin əqli yorğunluğa necə reaksiya verdiyi bəlli olub
02:05 27.06.2025
İsveçrə buzlaqları əriyir
01:35 27.06.2025
Məşhur güləşçiyə vəzifə verildi
01:19 27.06.2025
Ronaldu "Ən-Nəsr"-də qalacaq
01:09 27.06.2025
"Xameneini öldürmək istəyirdik,amma tapmadıq"
00:54 27.06.2025
Bu şəxslərə yumurta yemək olmaz
00:39 27.06.2025
Mədəniyyət Nazirliyi partlayış barədə açıqlama verdi
00:31 27.06.2025
Kadırovun vəzifədən gedir
00:22 27.06.2025
"Azərbaycanfilm" kinostudiyasının ərazisindəki yanğın söndürülüb YENİLƏNİB-4
00:07 27.06.2025
"Partlayışda xəsarət alan yoxdur" -Rəsmi Açıqlama
00:03 27.06.2025
Gürcüstan parlamenti Təhlükəsizlik Şurasının ləğvi haqqında qanunu qəbul edib
23:43 26.06.2025
Moldovanın Aİ-yə qəbulu üçün danışıqlar başlayır
23:28 26.06.2025
Niderland və Belçika Ukraynaya mina axtaran gəmilər tədarük edib
23:14 26.06.2025
Paşinyanın müxalifətdən qurtulma planı -Analitik Şərh
22:57 26.06.2025
Bakı qlobal enerji dialoqu üçün platformadır
22:42 26.06.2025
"Liverpul" yeni transferini açıqladı
22:27 26.06.2025
ABŞ-Meksika sərhədi boyunca yeni hərbi bufer zonaları yaradılacaq
22:12 26.06.2025
Mərkəzi Afrikada transformator partlayışı faciəyə səbəb olub
21:57 26.06.2025
Avropaya milyonlarla PUA lazımdır
21:41 26.06.2025
İsrail komandoları Fordo nüvə obyektinə girdilər
21:26 26.06.2025
Mixail Boyarski xəstəxanaya yerləşdirildi
21:11 26.06.2025
Daha bir arxyepiskopa cinayət işi açıldı
20:56 26.06.2025
"İspaniya öz qərarlarını özü verir"
20:18 26.06.2025
Hamısı