HƏMAS Qəzzada atəşkəs və girovların qaytarılması bağlı razılaşmaya "yaşıl işıq" yandırıb.
"EDnyus" xəbər verir ki bu barədə İsrail rəsmiləri “Jerusalem Post” nəşrinə açıqlama veriblər.
“HƏMAS razılaşmanı davam etdirmək üçün "yaşıl işıq" yandırıb”, - məlumatda qeyd edilib.
Rəsmilər bunu əhəmiyyətli irəliləyiş və bu gecə və ya sabah yekun razılaşmaya nail olmaq cəhdi kimi dəyərləndirib.