Fəridin anası TƏBİB-dən kömək istədi

Ölkə 12:13 21.01.2025

18 yanvar 2025-ci ildə İranda həbsdən azad edilərək, Azərbaycana təhvil verilən Fərid Səfərlinin anası açıqlama yayıb.

"EDnyus" xəbər verir ki, F.Səfərlinin anası Dilarə Əsgərova övladının 685 gündən sonra azad edildiyini xatırladıb.

 “Əlbəttə, istəyərdim daha tez olsun, amma açığını desəm, Fərid haqqında SEPAH və ya İran rejiminin “məhkəmələri”nin dediklərini eşidəndən sonra düşünürəm ki, bu vəhşilər uşağı günahsız yerə edam da edə bilərmişlər. Biz onun 1 aya azad olunacağı ümidi ilə yaşayarkən, Fəridi sərhəddə təhvil verməyə gətirən SEPAH zabiti ona, “Sənin qalan bir ayını 10 il etmək bizim üçün çətin iş deyildi”, – deyib. ABŞ kimi bir dövlət belə İranda tutulmuş vətəndaşlarını illərlə azad etdirə bilmir. Ona görə bu məsələnin 23 ayda bitməsini böyük bir uğur kimi qiymətləndirirəm. Həm DTX əməkdaşlarının Fəridlə danışığına, həm də Tehran səfirliyimizin mənimlə olan telefon söhbətinə əsasən tam olaraq məlumatlıyam ki, bu məsələnin həll olunmasında ölkə rəhbərinin nə dərəcədə böyük rolu olub, buna görə də cənab Prezident İlham Əliyevə dərin təşəkkür və minnətdarlığımı bildirirəm”, – o qeyd edib.

D.Əsgərova eyni zamanda İrandakı səfirimizə, səfirliyin əməkdaşlarına və mövzunu gündəmdə saxlayan mətbuata da təşəkkür edib:

“Fəridin başına gələnlər haqqında bütövlükdə danışsam, düşünürəm ki, bəlkə də bir kitab yazmaq olar. Ona heç bir aidiyyəti olmayan mövzularla uşağı saatlarca dindirməklə mənəvi cəhətdən məhv ediblər. Məsələn: yapışıblar yaxasından ki, niyə Azərbaycan dövləti İsraillə dostluq münasibətləri saxlayır və s. Və düşünün ki, Avropada təhsil almış bir gənci başı əmmaməli molla ittiham edir. Deyir, bütün bu işləri görən adamlar azanın səsi gələndə tez prosesi dayandirib, qaçırdılar ibadət etməyə və bu riyakarlıq oranı daha da dözülməz edirdi.

Bu vəhşilər uşağa əziyyət ediblər ki, sən casussan və öz tapşırığını yerinə yetirmək üçün bizim qızımızdan istifadə etmisən, halbuki bu uşaq ora pak, həqiqi hisslərlə getmişdi. Əslində isə istər SEPAH terrorçuları, istərsə də rejimin mollaları özləri xanımlardan bütün məqsədləri üçün sui-istifadə edirlər.

İstintaqın ilk 51 günü kiçik bir otaqda, tək-tənha, asılmaq təhlükəsi ilə yaşamaq, ailəsini bir də görə bilməyəciyini düşünmək, hər gün ailəsinə, vətəninə yağdırılan söyüşləri eşitmək nə qədər dəhşətlidir, hələ başqa nələr.

Bütün bu başına gələnlər onu dərin depressiya vəziyyətinə salıb. Bunu onu təhvil alan DTX əməkdaşları da təsdiq edə bilər. Ürəyi arzularla dolu bir gənci həyatdan küskün, özünü cəmiyyətdən təcrid etmiş bir insana çeviriblər. Gəldiyi gündən bir otağa girib, heç kimi görmək istəmir. Biz onun sağlamlığına qovuşması üçün əlimizdən gələni edəcəyik və ümidvaram ki, TƏBİB də bu məsələdə bizə kömək göstərəcək”.

"20 Yanvar sözün əsl mənasında "Qanlı Yanvar" idi"

Xəbər xətti

Tramp edam hökmünü bərpa etdi
17:18 21.01.2025
Sahibə Qafarova İtaliyaya səfər edib
17:02 21.01.2025
"İnsan haqlarından danışan Fransa insanlara hörmət etmir"
16:41 21.01.2025
Türkiyədəki hoteldəki yanğında 66 nəfər ölüb, 51 nəfər yaralanıb
16:35 21.01.2025
Melaniya Trampın şlyapası bizə hansı mesajı verdi? -Dizayneri danışdı
16:17 21.01.2025
Prezident İlham Əliyev İraq Prezidenti ilə görüşüb
16:12 21.01.2025
"Putinlə Si Cinpinin danışıqları Trampın inauqurasiyası ilə bağlı deyil"
16:02 21.01.2025
Xankəndidə əməliyyat müşavirəsi keçirildi
15:57 21.01.2025
Dünyanın ən əsrarəngiz 5 fenomeni
15:55 21.01.2025
Əlillər əl işlərinin internetdə satışına görə sosial vergi ödəməyəcək
15:21 21.01.2025
Pol və Taysonun yeni görüntüləri gündəm oldu
14:53 21.01.2025
İlham Əliyev “The Goldman Sachs ” -ın prezidenti ilə görüşüb
14:43 21.01.2025
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
14:33 21.01.2025
"Dünya siyasəti "Dünya Sirkindəki Tramp şou"-nu xatırladacaq" -Süni İntellektlə Müsahibə
14:14 21.01.2025
“Planetlərin böyük paradı” müşahidə olunacaq
14:06 21.01.2025
Yanvarda aşkarlanan minaların sayı açıqlandı
13:54 21.01.2025
Qoroskopun ən ağıllı 3 bürcü
13:21 21.01.2025
"Üçtərəfli razılaşmalar hələ də aktualdır"
13:14 21.01.2025
Prezident İlham Əliyev Donald Trampı təbrik etdi
13:04 21.01.2025
Prezident İlham Əliyev Davosda Latviya Prezidenti ilə görüşüb
12:29 21.01.2025
Fəridin anası TƏBİB-dən kömək istədi
12:13 21.01.2025
Rusiya Qəzza zolağında səhra hospitalı açmaq istəyir
11:51 21.01.2025
TƏBİB-dən çağırışçılarla bağlı məlumat
11:42 21.01.2025
Bəzi cərimələr 13 dəfəyədək artırıldı - SİYAHI
11:37 21.01.2025
Özəl pensiya fondlarının yaradılması ilə bağlı yeni detallar açıqlandı
11:17 21.01.2025
"Qızıl üçbucaq" Azərbaycana verilir?
11:16 21.01.2025
Litva Ukraynaya 4500 PUA göndərib
10:23 21.01.2025
Çin ABŞ-nin ÜST-dən çıxmasına reaksiya verdi
10:13 21.01.2025
Miri Yusif videosu ilə şantaj olundu - Prodüserindən AÇIQLAMA
10:12 21.01.2025
Tramp Baydenin yüzə yaxın qərarını ləğv edib
09:28 21.01.2025
ABŞ və "Taliban" arasında məhbus mübadiləsi baş tutdu
09:17 21.01.2025
ABŞ Ümumdünya Səhiyyə Təşkilatından çıxdı
09:03 21.01.2025
Davos Forumu Azərbaycana nə verəcək?
08:53 21.01.2025
Meksika ABŞ-dən qovulacaq miqrantları qəbul etmək üçün proqram hazırlayır
08:12 21.01.2025
"Müstəqil olmaq üçün iqtisadi müstəqillik qazanmalıyıq"
07:58 21.01.2025
Tramp tezliklə Putinlə görüşmək istəyir
06:15 21.01.2025
"CapCut"-a yeni rəqib gəldi
02:24 21.01.2025
İsrail 90 fələstinli uşaq və qadını sərbəst buraxdı
00:44 21.01.2025
Meksika Körfəzinin adı dəyişir?
00:07 21.01.2025
Kolumbiyada vətəndaş müharibəsi davam edir -Onlarla ölü var
23:18 20.01.2025
Hamısı