Kolumbiyada silahlı üsyançı qrup Milli Azadlıq Ordusu ilə keçmiş İnqilabçı Silahlı Qüvvələrin döyüşçüləri arasında baş verən toqquşmalarda ölənlərin sayı 80-ə çatıb.
"EDnyus" xəbər verir ki, narkotik ticarəti dəhlizlərinə nəzarəti ələ keçirmək üçün baş verən qarşıdurmalar nəticəsində daha 20 nəfər yaralanıb. Yerli dairələrin məlumatına görə, mülki əhali qarşıdurmanın ortasında qalıb. Sakinlərin təxliyəsi üçün dəhlizin qurulması irəli sürülüb. Bildirilir ki, sakinlər münaqişənin qurbanına çevrilməmək üçün öz səyləri ilə bölgədən qaçmağa çalışırlar. Yerli medianın məlumatına görə, Milli Azadlıq Ordusu bəzi icma liderlərini öldürmək istəyib. Lakin ordu əməliyyatlar təşkil edərək, onları xilas edə bilib. Xəbərlərdə qarşıdurmalar səbəbindən evlərini tərk etmək məcburiyyətində qalanların sayının 10 mini keçdiyi bildirilib.