Kinomuzun Həsən Məmmədov zirvəsi

Mədəniyyət 05:27 02.08.2018

O, oynadığı rolların taleyini özününküləşdirməyi bacarırdı 

Eurasia Diary kaspi.az-a istinadən yazını təqdim edir.

Milli kinomuzun ən maraqlı və yaddaqalan filmlərində onun adı yer alıb. "Böyük dayaq"da Qaraş, "Arşın mal alan"da Əsgər, "Gün keçdi"də Oqtay, "Arxadan vurulan zərbə"də Qəmərlinski, "Bizi bağışlayın"da Nəriman, "Birisi gün gecə yarısı"nda Baba Əliyev, "İstintaq"da Murad, "Dədə Qorqud"da Dədə Qorqud, "Axırıncı aşırım"da Abbasqulu ağa Şadlinski, "Yeddi oğul istərəm"də Bəxtiyar, "Bir cənub şəhərində" Murad... rolları ilə Azərbaycan kinosunun qızıl fondunu təşkil edən obrazlar qalereyası yaradıb. Xalq artisti Həsən Məmmədov "İstintaq" bədii filmindəki Murad roluna görə SSRİ Dövlət mükafatına, "Birisi gün gecə yarısı" ekran əsərindəki Baba Əliyev obrazına görə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülüb. Aktyor 1970-ci ildə respublika Lenin komsomolu mükafatı laureatı olub. Həsən Məmmədov ifa tərzi ilə ekran həyatı verdiyi parlaq xarakterlər, həmçinin teatr səhnəsində oynadığı surətlərlə ölkənin kino xəzinəsini zənginləşdirib.

Həsən Məmmədovun 80 illik yubileyinin noyabr ayında keçirilməsi ilə bağlı ölkə başçısının sərəncamı isə aktyorun sənətinə verilən növbəti yüksək dəyərdir.

Anadangəlmə istedad
 
Həsən Məmmədov atasının təkidi ilə sənədlərini Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə verib daxil olanda teatr və kinoya olan sevgisi qəlbini tərk etməmişdi. Elə həmin institutda təhsilini yarıda qoymağa onu məcbur edən də bu sevgi olur. 2-ci kursdan universitetdən çıxaraq bir müddət müxtəlif teatrların yardımçı heyətində aktyorluq edir. Sonra da "Mən aktyor olmaq istəyirəm" deyə 1958-ci ildə sənədlərini Teatr İnstitutuna verir. Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov kimi görkəmli sənətkarların qarşısında imtahan vermək asan olmasa da, gəncin çıxışı bəyənilir. Seçilən gənclərin sənət, rejissorluq, dramaturgiya, ümumiyyətlə teatr haqqında təsəvvürlərinin olub-olmaması yoxlanıldıqdan sonra onlar imtahana buraxılırdılar: "İmtahanda etüd göstərirdin, şeir, təmsil deyirdin, səsin varsa, oxuyurdun, musiqi alətində çala bilirdinsə, çalırdın, rəqs bilirsənsə, rəqs edirdin, yəni bütün bunları ordakı müəllimlərin profilindən çıxış edərək edirdin"- deyə aktyorun dostu və həmkarı Rafiq Əzimov xatırlayır: "Münsiflər heyəti kimi imtahanda olan müəllimlərin hər biri öz qiymətini verirdi. Həmin əsas imtahanlardan keçənlərin adları divara vurulurdu. Biz kimlərin adlarının çıxacağını böyük intizarla gözləyirdik. O vaxt bütün institutda cəmi 33 nəfər oxuyurdu. 22 nəfər də biz daxil olduq. Nəticədə cəmi 55 nəfər tələbə oldu. Rus Dram Teatrının baş rejissoru Məhərrəm Haşımov bizi öz kursuna qəbul etdi. Bizimlə imtahan verənlərdən demək olar ki, heç kimi tanımırdım. Qəbul olunandan sonra yavaş-yavaş bir-birimizi tanımağa başladıq. O cümlədən də Həsən Məmmədovu tanıdıq". H.Məmmədovun bəxti onda gətirmişdi ki, sonradan Azırtbaycan teatr və kino sənətinin tanınmış və sevilən simalarına çevriləcək Eldəniz Zeynalov, Hacı Murad Yagizarov, Elmira Şabanova, Tofiq İsmayılov kimi gənclərlə birlikdə təhsil alırdı: "Eldəniz Zeynalov bizimlə imtahan verməmişdi, yuxarı kursda oxuyurdu. Arada hansısa şuluqluğu üzündən, yuxarı kurs əvəzinə bizimlə bərabər qurtardı. Eldəniz Zeynalov, Həsən Məmmədov və mənim təyinatımı Akademik Dram Teatrına verdilər". 
 
R.Əzimov sənət dostunun tələbəlik illərindən danışaraq onu xaraktercə qapalı adam kimi xatırlayır: "Həsənin çox qəribəlikləri vardı. Kənd uşağı olsa da, qapalı idi, dinib-danışmazdı. Məhərrəm Haşımovun rəğbətini qazanmaq üçün biz dəridın-qabqdan çıxırdıq. Yadımdadır ki, Həsən bizim kimi canfəşanlıq etməzdi. Müəllim hətta ona deyirdi ki, "ay Həsən, sən də uşaqlar kimi bir tərpən, qayna-qarış. Mən onlara bir etüd tapşırıram, 5 etüd göstərirlər". Həsən isə aktiv deyildi. Birinci kursun sonunda Məhərrəm müəllimin qarşısında etüd göstərməli idik. "İlboyu bir dəfə də olsun etüd hazırlamayan Həsən görəsən, vəziyyətdən necə çıxacaq?" deyə narahatlıq keçirirdik. Onun imtahandan kəsiləcəyindən qorxurduq. Biz bir neçə etüd göstərdik, növbə Həsənə çatdı. Həsən o vaxt çox məşhur olan "Qəlp pul" adlı Amerika filmində Kor dilənçi obrazını təqdim etdi. O qədər gözəl oynadı ki, təəccübdən donub qaldıq. Həsən hazırlıqsız-filansız, anadangəlmə istedad idi". R.Əzimov xatırlayır ki, tələbəlik illərində pul qazanmaq üçün tez-tez Həsən Məmmədovla "Azdrama"da kütləvi səhnələrə çıxıblar. Həm də özlərini bir aktyor kimi sınamaq istəyiblər: "Yadımdadır ki, hər çıxışımıza görə, bizə 80 qəpik qonorar ödəyirdilər. Tələbə təqaüdümüz də vardı. Həmin pula yaxşı dolanırdıq. Həsən Poluxin küçəsində kirayədə tək yaşayırdı. Tez-tez anası rayondan yanına gəlirdi. Biz də onlarda yığışırdıq. Maraqlı günlər idi..."


Qaraşın uğuru
 
Həsən Məmmədov hələ birinci kursda oxuyanda filmə çəkilməyə dəvət alır. Bu, hər aktyora nəsib olmayan xoşbəxtlik idi. İlk filmi isə "Böyük dayaq" olur. Filmin rejissoru Həsəni tamaşada görmüşdü: "Toy komediyası"nı "Azdrama"da oynayandan sonra televiziyadan dedilər ki, "gəlin, bu tamaşanı televiziyada canlı yayımda oynayın". Rejissor Həbib İsmayılov o vaxtlar "Böyük dayaq" filminin çəkilişinə hazırlaşırdı, aktyor seçimləri edirdi. Evində oturub televiziyaya baxdığı vaxt birdən Həsənin cavan, maraqlı sifətini görür və axtardığını tapdığını düşünür. Həsəni kinostudiyaya filmin sınaq çəkilişlərinə dəvət edir. Həsəndən başqa bizim kursdan Murad Yagizarovu, Böyükağa Kazımovu, Sabir Əhmədovu da həmin filmə dəvət etdilər. Amma Həsəni seçdilər. Həsən Məmmədov baş rola təsdiq olundu. Film çox maraqla qarşılandı. "Böyük dayaq" filmindəki Qaraş rolundan sonra Həsən artıq tanınır və demək olar ki, hər il filmlərə dəvət alırdı. Həsən ona kinoda ilk uğur gətirdiyinə və ilk rolu olduğuna görə Qaraş rolunu çox sevirdi, Həm də özü kənddə böyüdüyündən Qaraş ona yaxın idi. Amma mən hesab edirəm ki, Həsənin oynadığı Abbasqulu ağa Şadlinski, Bəxtiyar və digər rolları da kinomuzda iz qoyan mükəmməl obrazlardır. Həsən həm daxili aləmi, həm də xarici görkəmi ilə əsil aktyor idi. Hündürboylu, həm də çox xarizmatik adam idi. Həm də təbii oynayırdı. Rejissorlar bilirdilər ki, hansı filmdə Həsən çəkiləcəksə, film uğur qazanacaq. Həsənin filmlərinin uğurlu alınmasının bir sirri də vardı. O, çəkilişlər başlayandan ta filmin axırına qədər rolun təsiri altında yaşayırdı. Bəxtiyarı oynayırdısa, Həsən adi həyatda da dönüb Bəxtiyar olurdu. Onunla zarafat etmək olmurdu, əsəbiləşirdi. Oynadığı rolların taleyini özününküləşdirməyi bacarırdı, bu adam rolu ilə yaşayırdı, nəfəs alırdı. Tarzən tarı kökləyən kimi o da özünü rola kökləyirdi".

R.Əzimov Həsən Məmmədovla ilk dəfə 1970-ci ildə "Yeddi oğul istərəm" filminə çəkilir. Həsən Məmmədov filmdə Bəxtiyarı, R.Əzimov isə Şahsuvarı oynayır: "Daha sonra "Arxadan vurulan zərbə"də o, Qəmərlinski, mən müstəntiq Hüseynov, "Qızıl qaz"da mən Gündüz Eldarov, o, Fərman rolunda çəkildik. "Allah qəni-qəni rəhmət etsin, "Yeddi oğul"dan 3 aktyor sağ qalmışıq: Ənvər Həsənov, Əbdül Mahmudov və mən. Təsəvvür edin ki, onlar bizdən uzaqlaşıb əbədiyyətə qovuşduqca, daha da böyüyürlər. Çünki xalq yaxşını pisdən seçə bilir. Tez-tez bizdən: "hanı o filmlər, niyə çəkilmir?" deyə soruşurlar. 
 
Çətin günlərin dostu
 
Onlar təkcə kurs yoldaşı, səhnədə həmkar olmayıblar, həyatda da yaxın sirdaş olublar. Dərdlərini, sevinclərini bölüşüblər, bir-birlərinə həmdərd olublar: "Bir ara çox çətin illərimiz oldu, maaş az idi"- deyə R.Əzimov xatırlayır: " Həsən evlənəndən sonar maddi durumu o qədər də yaxşı deyildi. O vaxt Teatr İnstitutunun rektoru Rahib Hüseynov məni, Həsəni, Şahmar Ələkbərovu, Hamlet Xanızadəni dəvət etdi ki, gedək institutda dərs deyək. Bizim evdə oturduq, dərdləşdik ki, gedək ya getməyək. Yenə mən söhbətə qarışdım ki, "biz bu teatra təyinatla gəlmişik, sabah buradan çıxsaq, sonra təzədən bizi heç kim qəbul etməyəcək. Yaxşısı odur ki, institutda saat hesabı dərs deyək. Həm burada işləyək, həm orada". Hamı razılaşdı. O vaxt həm də televiziya, radioda konkurs elan etmişdilər ki, kim konkursdan keçsə, onu dəvət edəcəkdilər diktor kimi işləsin. Həsən də bu müsabiqədən keçmişdi və sevinə-sevinə radioda diktor işləyirdi. İşin gecəsi gündüzü yox idi, xəbərlərdi, Həsən mütləq səhər 6-da ora getməli idi. Bir də görürsən ki, xəbər gəlir, Aydın Qaradağlı yoxdu, tutalım başqa növbədədir, Həsəni çağırırdılar. Çox məsuliyyətli iş idi".
 
Sovetlər dağılandan sonra kinomuzda yaranan böhran Həsən Məmmədovu da işsiz qoyur. Bu vəziyyət aktyora pis təsir edir: "Biz Səttar Bəhlulzadə adına sərgidə idik. Polad Bülbüloğlu da sərgidə iştirak edirdi. Həmin dönəm Həsənin çox ağır illəri idi. Mən dedim, "Həsən, heç olmasa teatra gəl, teatrdır, tamaşalarda, məşqlərdə göz qabağında olacaqsan, kino kinodur da çəkiləcək, səni çağıracaqlar. Polad Bülbüloğlu da burdadır, get, ona denən ki, mən teatra qayıtmaq istəyirəm. Turabov Həsənağa da burdadır". Dedi "mən necə deyim, belə demək ayıbdı". Dedim "indi sən işləmirsən, gedib ona desən səni gülləməyəcəklər ki". Çəkinə-çəkinə, sıxıla-sıxıla Polad Bülbüloğluna yaxınlaşdı. Nazir onun sözlü adama oxşadığını görüb "Nə məsələdir?" deyə maraqlandı.  "Polad müəllim, çəkilmirəm, boş qalmışam, bəlkə mən teatra qayıdım"- deyincə Polad Bülbüloğlu: "Turabov, bura gəl, Həsənin teatra əmrini ver"- dedi. Beləcə Həsən teatra qayıtdı. Bir neçə rol da oynadı. Amma kinosuz yaşaya bilmirdi. Ürəyi kinoda qalmışdı..."

Rafiq Əzimov teatr və kino aləminin Həsən Məmmədov kimi aktyoru iturməsini ümumən incəsənətimiz üçün böyük itki sayır: "O, özü ilə kinonun ən yaxşı illərini, dadını-duzunu apardı. Həm də adam çox çətinlik çəkir ki, uzun illər Həsən Məmmədov kimi sənətkarla kinoda, teatrda bir yerdə işləyəsən, bir gün gözünü açasan ki, o, yoxdu. Bu itki ilə barışmaq bizim üçün ağırdı..."

Məşhur fotoqraf: "Heydər Əliyev mənim həyatımı dəyişdi" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşdü
13:10 10.05.2024
İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda birinci tunelin açılışında
13:04 10.05.2024
Ukrayna 20 min məhbusu cəhbəyə göndərir
Ukrayna 20 min məhbusu cəhbəyə göndərir
13:00 10.05.2024
Xankəndidə Türkiyə konsulluğu açılacaq? – Səfirdən AÇIQLAMA
12:51 10.05.2024
Microsoft ABŞ kəşfiyyatı üçün süni intellekt hazırlayıb
Microsoft ABŞ kəşfiyyatı üçün süni intellekt hazırlayıb
12:42 10.05.2024
"Paşinyanın sülh təşəbbüsü erməni revanşistlərini dərindən narahat edir" - Türkiyəli Politoloq - VİDEO
12:30 10.05.2024
Ukraynada sülhə gedən yol danışıqlardan deyil, döyüş meydanından keçir - Finlandiya Prezidenti
Ukraynada sülhə gedən yol danışıqlardan deyil, döyüş meydanından keçir - Finlandiya Prezidenti
12:28 10.05.2024
BMT: “COP29-la bağlı Azərbaycana dəstək vermək öhdəliyimizdir”
12:26 10.05.2024
Azərbaycandan Yaşıl Enerji sahəsində MEQA LAYİHƏ
Azərbaycandan Yaşıl Enerji sahəsində MEQA LAYİHƏ
12:25 10.05.2024
Umud Mirzəyev: “Heydər Əliyev əbədiyaşar liderdir”
12:22 10.05.2024
Netanyahu: "Sona qədər dırnaqlarımızla döyüşəcəyik" - VIDEO
Netanyahu: "Sona qədər dırnaqlarımızla döyüşəcəyik" - VIDEO
12:20 10.05.2024
Kral Çarlzdan yeni həmlə: Şəhzadənin səlahiyyətlərini əlindən aldı
Kral Çarlzdan yeni həmlə: Şəhzadənin səlahiyyətlərini əlindən aldı
12:15 10.05.2024
İran hökuməti Nizami Gəncəvini farslaşdırmağa çalışır - FOTO
12:12 10.05.2024
İŞİD-in Azərbaycandakı üzvlərinə HÖKM OXUNDU
12:05 10.05.2024
"Məni professional fotoqraf edən Heydər Əliyev oldu" - Rafiq Bağırov - VİDEO
12:00 10.05.2024
Bu il Azərbaycana hava nəqliyyatı ilə sərnişindaşıma ARTIB
11:52 10.05.2024
Rusiyada sanksiyalara görə inflyasiya sürətlənib
Rusiyada sanksiyalara görə inflyasiya sürətlənib
11:48 10.05.2024
"Azalan Rusiya təsiri Ermənistanda bu dəyişikliklərə səbəb olacaq" - Fransız Ekpert Şərh Edir
11:40 10.05.2024
SON DƏQİQƏ: Erməni revanşistləri İrəvan Dövlət Universitetinə DAXİL OLUBLAR - VIDEO
11:29 10.05.2024
Çinin Macarıstan səfəri nə vəd edir?
Çinin Macarıstan səfəri nə vəd edir?
11:20 10.05.2024
İran yeni neft-qaz yataqları kəşf edib
İran yeni neft-qaz yataqları kəşf edib
11:05 10.05.2024
Mayın 11-12-də güclü maqnit qasırğası gözlənilir
10:45 10.05.2024
Putin Mişustinin Baş nazir təyin edilməsini TƏKLİF ETDİ
10:38 10.05.2024
Ermənistanın fiaskoya məhkum "revanşist"ləri - İşxan Verdiyanın ŞƏRHİNDƏ
10:30 10.05.2024
Mayın 12-də dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
10:25 10.05.2024
Azərbaycan nefti BAHALAŞDI
10:17 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Ulu Öndərin məzarını ziyarət etdilər –VİDEO
10:08 10.05.2024
Almaniyada şirkətlərin iflası artır
Almaniyada şirkətlərin iflası artır
10:05 10.05.2024
Məşhur fotoqraf: "Heydər Əliyev mənim həyatımı dəyişdi" - MÜSAHİBƏ - VİDEO
10:00 10.05.2024
Zelenski sui-qəsdə görə iki vəzifəlini həbs etdi
Zelenski sui-qəsdə görə iki vəzifəlini həbs etdi
09:55 10.05.2024
Rezidenturaya qəbulun ikinci cəhdinə qeydiyyat başlayıb
09:45 10.05.2024
Baş nazir: “Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət bu günədək özünü doğruldur”
09:38 10.05.2024
Azərbaycan XİN-dən Heydər Əliyevin 101-ci ildönümü ilə bağlı PAYLAŞIM
09:30 10.05.2024
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
09:26 10.05.2024
İlham Əliyevdən Ulu Öndərin anadan olmasının ildönümü ilə bağlı paylaşım – FOTO
09:14 10.05.2024
Ceyhun Bayramov Qazaxıstana yola düşdü
09:11 10.05.2024
Bu gün Almatıda Azərbaycan və Ermənistanın XİN başçıları GÖRÜŞƏCƏK
09:00 10.05.2024
Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
00:02 10.05.2024
Kopenhagen-Tokio reysinin təyyarəsi Bakı hava limanına təcili eniş edib
23:45 09.05.2024
Hacıqabulda avtomobil azyaşlını vurub
23:24 09.05.2024
Hamısı