Bu gün Xalq artisti Afaq Bəşirqızının doğum günüdür. A.Bəşirqızı 1955-ci ildə Bakıda böyük Azərbaycan aktyoru Bəşir Səfəroğlunun ailəsində anadan olub.
Eurasia Diary xəbər verir ki, A.Bəşirqızı Moderator.az-a açıqlamasında səhər açılandan ancaq doğum günüylə bağlı təbrikləri və mətbuat nümayəndələrinin suallarını cavablandırdığını bildirib:
“Təbrikiniz üçün çox sağ olun. Doğum günümü ancaq dostların və mətbuat nümayəndələrinin təbrik və suallarını cavablandırmaqla məşğulam. O qədər telefon zəngləri var ki, hələ səhər yeməyi yeməmişəm”.
“Niyə son dövrlər dillərdə dastan olan filmlər çəkilmədi, tamaşalar oynanılmadı?” sualına isə A.Bəşirqızı bu cür cavab verib:
“Bu haqda vallah heç nə deyə bilmərəm. Bu sualı buna bilavasitə cavabdeh olan adamlara verin. Düşünürəm ki, onda sualınıza ətraflı cavab alacaqsınız”.