Vidadi Babanlıdan ETİRAF “Gənc yazarların əsərlərini oxuya bilmirəm”

Mədəniyyət 14:00 04.05.2022
"Bəli, bunu gözləyirdim, biraz gecikib, əlbəttə".
 
Bu sözləri Ednews-a açıqlaması zamanı Əməkdar incəsənət xadimi, yazıçı Vidadi Babanlı “Şərəf” ordeni ilə təltif olunması haqqında danışarkən deyib. 
 
Maraqlı söhbət zamanı yazıçı müasir ədəbiyyatda olan bəzi məsələlərə də toxunub. O, son zamanlar ən çox müzakirə olunan fəxri adların verilməsi barədə də danışıb. 
 
Çoxları bunun sovetdən qalma bir adət olduğunu deyir. Lakin...
 
Vidadi Babanlı düşünür ki, orden və fəxri adların verilməsi dövlət tərəfindən atılan doğru addımdır. Yazıçı bunu incəsənət adamlarına bir növ motivasiya kimi qiymətləndirib. 
 
"Bu Sovet dönəmindən qalmayıb, fəxri adlarla təltifolunma hər zaman olub. Hətta Mirzə Fətəli Axundova  "George ordeni" təqdim edilib, Nizami Gəncəvi Qızıl Arslan tərəfindən mükafatlandırılıb. Mən bu adların verilməsini müsbət qiymətləndirirəm. Bu insana ruh verir, daha da insanı coşdurur. Bu, özü yaradıcılığa bir qiymətdir. Yaradıcılığa qiymət veriləndə adam ilhama gəlir, daha yaxşı çalışmağa səy göstərir”. 
 
Söhbət zamanı V.Babanlı daha bir məsələyə Azərbaycan yazarlarının  kifayət qədər məşhurluq qazanmaması barədə gəzən söhbətlərə də aydınlıq gətirib. Yazıçı insanların xarici ədəbiyyatı daha çox oxuması və təbliğ etməsini yerli yazarların istedadıla yox, adi həvəslə yazılmasıyla əlaqələndirib. 
 
"Hər yazan yazıçı, şair olmur. Müasir dövrdə də yüzlərlə adam ədəbiyyata gəlir, onların arasından əsl istedadlar qalır, qalanları yarıyolda bu sənəti tərk edirlər. Elə-belə həvəslə 1-2 əsər yazırlar, sonra gerisi gəlmir. Ona görə də cavanlar həvəs göstərirlər, amma sonra istedad olmayanda yarıqolda qalırlar. Mənim "Vicdan susanda" əsərim 55 il əvvəl yazılıb, hələ də nəşriyyatlar məndən bu əsəri istəyirlər. Bir sözlə, bu əsərdən asılıdır - istedadla yazılıb, yoxsa adi həvəslə. Bizim dövrümüzdə də ədəbiyyata yetəri qədər insan gəlmişdi. Zamanın ələyindən ələndikdən sonra ədəbiyyatda 4-5 nəfər qaldıq. Bu, həmişə belə olub. Adi bir həvəslə ədəbiyyata gələnlər, hər zaman yarıyolda qalırlar". 
Yazıçının fikrincə, xaricdə də yerli ədəbiyyata münasibət ölkəmizdəki kimidir.
 
"Xarici ədəbiyyatdan istedadlı yazarların tərcümə edilən əsərləri çox oxunur. Çünki, maraqla yazılır və uzun illər, əsrlər keçməsinə baxmayaraq oxunaqlı nəşrlərdir. Bizim də elə əsərlərimiz var ki üzərindən illər keçməsinə baxmayaraq, bu gün də oxucu kütləsinin marağındadır. Əlbəttə, bu hardasa 10%-i təşkil edir və  90%-i kənarda qalır. Bu, həmişə belə olub. Xaricdə də bu qayda  belədir. Orda da çox yazarlar var ancaq əsl istedadlı yazarların əsərləri oxunur".
Bəs, Vidadi Babanlı müasir ədəbiyyat nümayəndəlrimizdən kimlərin əsərlərini oxuyur?
 
Yazıçı bu suala cavab olaraq bildirib ki,  son dövrlər yaşadığı sağlamlıq problemləri ilə əlaqədar kitab oxumaqda çətinlik çəkir. O, bu səbəblə  gənc yazarların əsərlərini oxuya bilmədiyini ifadə edib. 
 
"Mənim uzun müddətdir gözlərim yaxşı görmür, oxuya bilmirəm. Hətta  son əsərimi də qızlarıma diktə edərək yazmışam. Diktə ilə də əsər yazmaq olduqca çətindir. Amma biz bunu etdik və alındı”.
 
Yazıçıya aprelin 28-də Əməkdar incəsənət xadimi, yazıçı Vidadi Babanlıya "Şərəf" ordeni təqdim edilib.
 
Xatırladaq ki, o, Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan incəsənətində göstərdiyi xidmətlərinə görə, "Şərəf" ordeninə layiq görülüb.
 

Ülkər İsmayılzadə

Rusiyanın Ermənistandakı hərbi varlığı regiona necə təsir edəcək? - Oleq Kuznetsov ilə MÜZAKİRƏ - VİDEO

Xəbər xətti

Sülh müqaviləsi bu gün imzalana bilər? - Siyasi şərhçinin RƏYİNDƏ
16:00 10.05.2024
Ceyhun Bayramov: Sərhəddə dirəklərinin quraşdırılması praktiki olaraq başa çatır - VİDEO
Ceyhun Bayramov: Sərhəddə dirəklərinin quraşdırılması praktiki olaraq başa çatır - VİDEO
15:56 10.05.2024
Qazax istiqamətində sərhəd dirəklərinin quraşdırılması başa çatır - RƏSMİ
15:43 10.05.2024
Rusiyanın Ermənistandakı hərbi varlığı regiona necə təsir edəcək? - Oleq Kuznetsov ilə MÜZAKİRƏ - VİDEO
15:39 10.05.2024
Azərbaycan Şərqi Avropa üçün niyə önəmlidir? – Politoloqun ŞƏRHİNDƏ
Azərbaycan Şərqi Avropa üçün niyə önəmlidir? – Politoloqun ŞƏRHİNDƏ
15:30 10.05.2024
Azərbaycan QHT-ləri Keniyada ağac əkiblər - VİDEO
Azərbaycan QHT-ləri Keniyada ağac əkiblər - VİDEO
15:28 10.05.2024
Ağdamda lüks mənzillər satışa çıxarıldı - QİYMƏTLƏR
15:23 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində
15:16 10.05.2024
Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı
15:15 10.05.2024
Ceyhun Bayramov: “Ermənistanla normallaşma prosesinə böyük diqqət yetiririk”
15:15 10.05.2024
Prezident və Birinci xanım Şuşada Çöl Qala məscidində
15:10 10.05.2024
AZAL-ın kollektivi ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edib
15:01 10.05.2024
“Bu layihə Azərbaycanın regiondakı iqtisadiyyatını gücləndirəcək” – İqtisadçı Ekspert Açıqladı
“Bu layihə Azərbaycanın regiondakı iqtisadiyyatını gücləndirəcək” – İqtisadçı Ekspert Açıqladı
15:00 10.05.2024
Bərdədə qadın qohumu tərəfindən
14:54 10.05.2024
Prezident və Birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində
14:44 10.05.2024
Şuşada elektrik avtobuslar istifadəyə verildi
14:42 10.05.2024
Universitetə qəbul olmaq istəyən subbakalavrların NƏZƏRİNƏ – Qeydiyyat BAŞLADI
14:37 10.05.2024
"Heydər Əliyev mənimlə 1 saat təkbətək söhbət etdi" - Rafiq Bağırov  - VİDEO
14:30 10.05.2024
Mehriban Əliyevadan Heydər Əliyevin 101-ci ildönümü ilə bağlı paylaşım -FOTO
14:28 10.05.2024
Azərbaycan və Ermənistan XİN başçılarının GÖRÜŞÜ BAŞLADI - VİDEO
14:17 10.05.2024
Elmar Məmmədyarov: "Həyatım boyu kasıb insan olmamışam" - VİDEO
Elmar Məmmədyarov: "Həyatım boyu kasıb insan olmamışam" - VİDEO
14:16 10.05.2024
“Narkotiklə bağlı ölümlərin sayı statistik göstəricilərdən daha çoxdur” – Narkomaniya üzrə ekspertlə ÖZƏL MÜSAHİBƏ
14:00 10.05.2024
Prezident Köndələnçay su anbarları kompleksinin açılışında
13:39 10.05.2024
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşdü
13:10 10.05.2024
İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda birinci tunelin açılışında
13:04 10.05.2024
Ukrayna 20 min məhbusu cəhbəyə göndərir
Ukrayna 20 min məhbusu cəhbəyə göndərir
13:00 10.05.2024
Xankəndidə Türkiyə konsulluğu açılacaq? – Səfirdən AÇIQLAMA
12:51 10.05.2024
Microsoft ABŞ kəşfiyyatı üçün süni intellekt hazırlayıb
Microsoft ABŞ kəşfiyyatı üçün süni intellekt hazırlayıb
12:42 10.05.2024
"Paşinyanın sülh təşəbbüsü erməni revanşistlərini dərindən narahat edir" - Türkiyəli Politoloq - VİDEO
12:30 10.05.2024
Ukraynada sülhə gedən yol danışıqlardan deyil, döyüş meydanından keçir - Finlandiya Prezidenti
Ukraynada sülhə gedən yol danışıqlardan deyil, döyüş meydanından keçir - Finlandiya Prezidenti
12:28 10.05.2024
BMT: “COP29-la bağlı Azərbaycana dəstək vermək öhdəliyimizdir”
12:26 10.05.2024
Azərbaycandan Yaşıl Enerji sahəsində MEQA LAYİHƏ
Azərbaycandan Yaşıl Enerji sahəsində MEQA LAYİHƏ
12:25 10.05.2024
Umud Mirzəyev: “Heydər Əliyev əbədiyaşar liderdir”
12:22 10.05.2024
Netanyahu: "Sona qədər dırnaqlarımızla döyüşəcəyik" - VIDEO
Netanyahu: "Sona qədər dırnaqlarımızla döyüşəcəyik" - VIDEO
12:20 10.05.2024
Kral Çarlzdan yeni həmlə: Şəhzadənin səlahiyyətlərini əlindən aldı
Kral Çarlzdan yeni həmlə: Şəhzadənin səlahiyyətlərini əlindən aldı
12:15 10.05.2024
İran hökuməti Nizami Gəncəvini farslaşdırmağa çalışır - FOTO
12:12 10.05.2024
İŞİD-in Azərbaycandakı üzvlərinə HÖKM OXUNDU
12:05 10.05.2024
"Məni professional fotoqraf edən Heydər Əliyev oldu" - Rafiq Bağırov - VİDEO
12:00 10.05.2024
Bu il Azərbaycana hava nəqliyyatı ilə sərnişindaşıma ARTIB
11:52 10.05.2024
Rusiyada sanksiyalara görə inflyasiya sürətlənib
Rusiyada sanksiyalara görə inflyasiya sürətlənib
11:48 10.05.2024
Hamısı