Azərbaycanda niyə müasir cizgi filmləri çəkilmir? Mədəniyyət xadimləri SƏBƏBİNİ AÇIQLAYIR

Mədəniyyət 15:01 01.12.2022

Azərbaycanda yerli, müasir cizgi filmləri yox səviyyəsindədir. Telekanallar, teatrlar uşaqlar üçün Sovetdən qalma, köhnəlmiş cizgi filmləri, tamaşalar təqdim edir.

Nə zaman uşaqlar üçün yerli, milli və müasir cizgi filmləri çəkiləcək? Niyə bu sahədə inkişaf yoxdur?

Ednews bu barədə sənət adamlarının münasibətini öyrənib. Cavabları təqdim edirik.

Uşaq yazıçısı Sevinc Elsevər:

“Cizgi filmləri az da olsa çəkilir. Cizgi filmi çəkmək göründüyü qədər sadə iş deyil. Vəsait lazımdır. Ancaq problem təkcə texniki, maddi məsələlərdə də deyil. Yaradıcı kadrlar çatışmır o sahədə. Olanların çoxu ölkəni tərk edib, xaricdə, Rusiyada işləyirlər. Gəncləri xaricə oxumağa göndərmək lazımdır. Onlar da qayıdıb elə filmlər çəksinlər ki, başqa ölkələrin istehsalı ilə ayaqlaşsın.  O sahədə ssenari problemi də böyük bir maneədir. Uşaq ədəbiyyatına gəlincə, burda da problemlər var. Kitab çapı , satışında çətinliklər var. Uşaq ədəbiyyatının  gərək yaxşı təbliğatı  olsun.

Bir dəfə Norveçdən uşaq ədəbiyyatı nəşriyyatının nümayəndələri  gəlmişdi, onlarla görüşdə  xanım kitablardan birini qaldırıb dedi ki, bu kitab keçən həftə ölkənin ən nüfuzlu telekanalında bizim Mədəniyyət nazirimiz tərəfindən oxuculara məsləhət olunub. Bundan sonra kitab çox yaxşı satılır. Bizdə də belə jestlər görmək arzusundayıq. Uşaq ədəbiyyatına dövlət dəstəyi daha çox olmalıdır. Çünki uşaq ədəbiyyatı sadəcə ilhamla yazılmır. Vacibliyini dərk edirsən, gərək duyursan deyə, uşaqlar üçün yazırsan. Bu, şəxsi hiss və emoiyalarının ifadəsi deyil.

" Şeytan çarxı" romanını kitabsevərlər qrupunun istəyilə yazmışam. " Bir kitab yaz, çap edək" -deyiblər, mən də elə bu bir cümlədən stimul alaraq qələmə almışam o kitabı. Bu yaxınlarda da nəşriyyatlardan biri üçün uşaq romanı yazdım. Uşaq yazarlarını gərək axtarıb tapasan, onları stimullaşdırasan. Uşaq ədəbiyyatı ədəbiyyatın ən vacib, ən ciddi sahəsidir. Hər şey ondan başlayır”.

“Animafilm” Beynəlxalq Animasiya Festivalının təsisçisi, Azərbaycan Animasiya Assosiasiyası ictimai birliyinin sədri, prodüser Rəşid Ağamalıyev:

“Ölkədə animasiya film istehsalına lazımi diqqət yetirilmir. Milli animasiyamızda problemlər çoxdur, hətta bu sənayeni, zənnimcə, bir müddət əvvələ kimi "ölü" hesab etmək olardı. Hər zaman qeyd edirəm, bir daha da vurğulamaq istəyirəm ki, Azərbaycanda hazırda 2 milyondan çox uşaq xarici animasiya filmlərini izləyərək böyüyür. Uşaqların dünyagörüşünün formalaşmasında ekranda izlədikləri böyük rol oynayır. Animasiya sənəti üzrə tədris proqramları azdır. Bunlara baxmayaraq, gənclər öz hesablarına, xarici kurslardan əldə etdikləri biliklərlə qısametrajlı da olsa layihələr hazırlayır, öyrənir, inkişaf etməyə çalışırlar. Lakin bu kiçik addımlar insanı bəlli bir səviyyəyə qədər gətirib çıxarır. Nəticədə ya yerli mütəxəssislərimiz daha çox karyera perspektivlərinin olduğu xarici ölkələrə köçür, ya da animasiyanı, sadəcə, bir hobbi kimi davam etdirirlər. Bizim dünya səviyyəsində animasiya filmləri hazırlayacaq potensialımız olsa da, bunun üçün şəraitimiz yoxdur. Dayanıqlı ekosistem olmadığı halda inkişaf ya ləngiyir, ya da ümumiyyətlə dayanır. Digər tərəfdən, bu sahədə irəliləyiş gedir. Mədəniyyət naziri Anar Kərimov, eləcə də Mədəniyyət Nazirliyinin audiovizual şöbəsinin müdiri Rüfət Həsənov sayəsində dövlətimizin bu sahəyə qayğısı addım-addım artır. Mədəniyyət Nazirliyi “Animafilm”  Beynəlxalq Animasiya Festivalının əsas dəstəkçisidir, hansı ki, bu festival hazırda ölkəmizdə yerli animasiya sənətkarlarını dünya animasiya sənayesi ilə birləşdirən yeganə tədbirdir.

Bu yaxınlarda Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) Nizamnaməsi Cənab Prezident İlham Əliyev tərəfindən təsdiqləndi. ARKA-nın təsis edilməsi çox böyük əməklər nəticəsində baş verib. ARKA-nın fəaliyyətə başlaması ilə Azərbaycan kinosunda müsbət dəyişikliklərin olacağı, böyük islahatların keçiriləcəyindən ümidliyik. İnanıram ki, bir neçə il sonra Azərbaycan animasiyasının uğurları çoxalacaq. Yeri gəlmişkən, ANİMAFİLM Beynəlxalq Animasiya Festivalına son 5 ildə onlarla milli animasiya filmi qəbul olub, ancaq təəssüf ki, tamaşaçıların bunları yalnız bir dəfə festival daxilində izləmək imkanları olub. Televiziya kanalları ilə əməkdaşlıq edilməsinə, festivalın hər il işıqlandırılmasına baxmayaraq, yerli animasiya filmlərini məhz telekanallarda yayımlamaq təklifi almamışıq. Əgər kimsə televiziya kanalları və yerli animasiya filmləri arasında körpü olmağa hazırdırsa, buna çox şad olaram. Bundan başqa, tədris proqramları yaratmaq, festival mühitini inkişaf elətdirmək, beynəlxalq əlaqələri gücləndirmək, filmləri və mütəxəssisləri dünyaya tanıtmaq və həmçinin, bu filmlərlə yerli publikanı tanış etmək-bunların hər biri zaman, resurs, maliyyə və müvafiq kino qanunvericiliyi tələb edir.

Azərbaycan Animasiya Assosiasiyası və ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı əlindəki məhdud imkanlarla bacardığı qədər Azərbaycan animasiyasını canlandırmağa çalışır və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə animasiyanın inkişafı ilə bağlı bir neçə inkişaf strategiyası təklif edir. Biz də yerli kanallarda istedadına və yaradıcılığına bələd olduğumuz həmyerlilərimizin animasiya filmlərini izləməyi çox istəyirik. Bu işlə məşğul olmaq istəyən şəxslər varsa, yaxud hərhansı yerli televiziya kanalı yerli animasiya filmlərini yayımlamaq arzusundadırsa, bu prosesi tezləşdirmək üçün Azərbaycan Animasiya Assosiasiyası əlindən gələni etməyə hazırdır".

Oğuz Ayvaz

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Yayda bunlardan uzaq durun
06:24 07.07.2025
Selfi çəkəndə nələri səhv edirik?
05:50 07.07.2025
"Qərbin qloballaşma modeli artıq keçmişdə qalıb"
05:20 07.07.2025
Gündə bir qaşıq zeytun yağı sizi xərçəngdən qoruyur
04:45 07.07.2025
"Microsoft"-un Pakistandakı ofisi bağlanır
04:15 07.07.2025
"Tramp istəsə, Xameneini də öldürərəm"
03:45 07.07.2025
İsrail "Hizbullah"a od püskürür
03:15 07.07.2025
Gürcüstan hökuməti şantaj olunur
02:46 07.07.2025
Starmerin reytinqi aşağı düşüb
02:06 07.07.2025
Çin Aİ-dən Tibbi Texnika İdxalına Məhdudiyyət Tətbiq Etdi
01:38 07.07.2025
BRİCS Sammitindən İsrailə Sərt Mesaj: "Suriya Ərazisindən Geri Çəkil "
01:07 07.07.2025
Dünyanın sürəti artır
00:32 07.07.2025
Ermənistan Ukraynaya cavab verdi
23:59 06.07.2025
İsrail prezidenti girovların azad edilməsi üçün çətin qərarların qəbul edilməsini istisna etmir
23:26 06.07.2025
Şir zooparkdan qaçdı
22:58 06.07.2025
"Formula 1": Lando Norris Böyük Britaniya Qran-prisini qazandı
22:30 06.07.2025
Zelenski Rusiya və Ukrayna arasındakı əsir mübadiləsindən danışıb
22:00 06.07.2025
Tesla robot istehsalını sonlandırmağa qərar verdi
21:30 06.07.2025
Mask “Amerika” partiyasının qeydiyyatı üçün müraciət edib
21:00 06.07.2025
XİN Xankəndi Kommunikesi barədə məlumat yayıb
20:42 06.07.2025
Paşinyan "Hraparak"ı məhkəməyə şikayət edib
20:30 06.07.2025
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
20:20 06.07.2025
Zelenski Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar açıqladı
20:00 06.07.2025
Türkiyə Ordusunda faciə: 19 əsgər zəhərləndi, 5-i şəhid oldu
19:53 06.07.2025
Türkiyə ordusunun 5 hərbçisi şəhidlik zirvəsinə yüksəlib
19:30 06.07.2025
Pakistan Milli Assambleyasının sədri Azərbaycanda rəsmi səfərdədir
19:00 06.07.2025
Qaçış üzrə yeni rekord qırıldı
18:30 06.07.2025
İki şəhər arasında hava əlaqəsi pozuldu
18:00 06.07.2025
Qırğızıstan rusiyalılara pasport verilməsini dayandırdı
17:30 06.07.2025
Kamaləddin Qafarov: İƏT-in inkişafında Azərbaycanın rolu artmaqdadır
17:00 06.07.2025
Bu pasportların dəyişdirilməsi Rusiya vətəndaşları üçün zəruridir
16:30 06.07.2025
XİN ABŞ-yə başsağlığı verdi
16:00 06.07.2025
ABŞ-də seldə ölənlərin sayı artdı
15:30 06.07.2025
DİM təhsil haqqında dəyişiklik edib
15:00 06.07.2025
Təl-Əvivdə hava limanına hücum olub
14:30 06.07.2025
Yaponiyada zəlzələ baş verib
14:00 06.07.2025
Azərbaycanlı güləşçi qızıl medal qazandı
13:30 06.07.2025
İlon Mask yeni siyasi partiyasını elan etdi
13:00 06.07.2025
"İƏT üzvü olan ölkələrlə əməkdaşlığımız sistemli şəkildə dərinləşdirir"
12:26 06.07.2025
Günəşdə Rekord Aktivlik: Bir Həftədə Altıncı dəfə...
12:00 06.07.2025
Hamısı