Aprelin 6-da Sumqayıt Dram Teatrında, Milli Məclisin Mədəniyyət Komitəsinin xətti ilə tanınmış şair İbrahim İlyaslının 60 illik yubileyi, sözlü-musiqili yaradıcılıq gecəsi keçirilirib.
Ednews xəbər verir ki, yubiley tədbirində Milli Məclisin deputatları, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, Qazaxıstan Prezidentinin müşaviri Malik Otorbayev, Tatarıstan Yazıçılar Birliyinin başqanı, Xalq şairi, millət vəkili Rkail Zəydulla, İraq Türkmanlarının tanınmış nümayəndəsi, Kərküklü şair-publisist, araşdırmaçı-jurnalist, ictimai xadim Şemsettin Kuzeci, “Avrasiya Yazarlar Birliyi”nin başqanı Yaqub Öməroğlu və digər türk dilli dövlətlərin şair, yazıçıları iştirak ediblər.
Tədbirdə şairlər şeirlər oxuyaraq, eyni zamanda musiqili çıxışlar baş tutub.