“İRS” silsiləsi çərçivəsində nəşr edilən “Şirvanşahların minilliyi” və “Kəlam və fırça” kitablarının təqdimat mərasimi keçiriləcək.
Ednews xəbər verir ki, bununla bağlı mərasim 19 oktyabr 2023 – cü il tarixində saat 18:00 – da JW Marriot Absheron Baku Hotel, Şərq zalında baş tutacaq. Təqdimat mərasimində ictimai xadimlər, mədəniyyət nümayəndələri və dövlət rəsmiləri iştirak edəcək.
Təqdim olunan kitablardan biri, “Şirvanşahların minilliyi” Azərbaycan tarixindən önəmli rol onayan Şirvanşahlar dövlətinin minillik tarixi, mədəniyyəti, etnoqrafiyası və irsindən bəhs edir. “Kəlam və fırça” kitabı isə Azərbaycan miniatürlərindən bəhs edir.