Çexovun həyatını darmadağın edən o qadın kim idi? – ARAŞDIRMA

Mədəniyyət 16:00 24.01.2024

Ədəbiyyatın nə olduğunu bilməyən adama onu anlatmağın tək yolu var: Anton Çexovun hekayələrini göstərmək. Çexov romanlara sığmayan mətləbləri kiçik hekayələrlə göstərərək dünya klassikinə çevrildi. “6 N-li palata”, “Qara rahib”, “Məmurun ölümü”, “Qüssə”, “Sevinc”, “Xoşbəxtlik” və saysız hekayələrlə çıxış edən Çexov bütün dövrlərdə oxunan, ədəbiyyatı sevdirən yazıçılardan biridir. Yaradıcılığında heç vaxt böyük iddiayla çıxış etməyən Çexov “hər hadisə bir hekayədir” deyərək, yeganə missiyasının yazmaq olduğunu düşünürdü. Onun həyatı da, qarşısına çıxan qadın da Anton Çexovu bu cür qəbul etmişdi. “Tənhalıqdan xilas olmaq istəyirsənsə, evlənmə” deyən yazıçını sözün həqiqi mənasında darmadağın edən bir qadın olmuşdu. Bəlkə o qadın olmasaydı Çexov “həyat nədir?” sualına cavab tapa bilərdi... 

İlk qarşılaşma

1898-ci ilin sentyabrında “Qağayı” və “Çar Fyodor İvanoviç”in tamaşasında Anton Çexovu ən çox cəlb edən İrina rolunu ifa edən aktrisaydı. Yazıçı bütün diqqətini həmin aktrisaya yönəltmişdi. 

İrinanı oyanan aktrisanın böyük bir sənətkar olduğunu dostuna bildirən Çexov məktubunda belə yazırdı: “Mənə görə, İrina möhtəşəmdi. Səsi, mülayimliyi digərlərindən əsaslı dərəcədə fərqlənirdi. Əgər Moskvada qalsaydım yəqin İrinanı sevərdim”.

Çexov sevir...

İrina rolunu aktrisa Olqa Leonardovna Knipper ifa edirdi. Bu qadın hələ təzə-təzə aktirsalığa meyl etmişdi.

Çexov sözsüz qadına vurulmuşdu. O, öz sevgisini məktubla ifadə etmişdi. Həmişə başqa qadınlara deməyə əsirgədiyi sözləri ağ kazğıza yazmışdı. 

Qadının cavabı gecikmir: “Sizdən məktub alanda çox təəccübləndim, hətta sevincimdən qəhqəhə çəkdim. Mən düşünürdüm ki, yazıçı Çexov aktrisa Knipperi çoxdan unudub. Deməli, siz də məni yada saldınız. Çox sağ olun!”

Çexov təzədən içindəkiləri kağıza boşaldır: “Bəli, siz haqlısınız, yazıçı Çexov aktrisa Knipperi unutmayıb. Yəqin, sizinlə Yaltaya getmək çox gözəl olardı.”

Çexovun Knipperlə Yaltada görüşməyi çox asan başa gələ bilərdi. Çünki münasibətdə olduğu Liki adlı qadın vəba xəstəliyinə tutulmuşdu. Bu dəfə yazıçını Knipperlə görüşməyə mane olacaq heç nə yox idi. Onlar Yaltanı gəzdikdən sonra birlikdə Moskvaya qayıtdılar...

Həsrət

Daha sonra bu görüş məktublarda öz əksini tapacaqdı. Qadın yazırdı: “Mən sizi daim xatırlayıram.” Çexov da eyniylə qadını, keçirdikləri xoş günü yada saldığını məktublarında qeyd edirdi.

Daha sonra Çexov Yaltaya qayıdır. Sevdiyi qadın Moskvada, qarlı bir şəhərdə qalmalı olur. Çexov qadın üçün darıxdığını məktublarında bildirir: “İndi Yaltada soyuqdu. Mənə Moskvanı xatırladır bu. Kaş indi Moskvada olardım, mənim əziz aktrisam!”

Anlaşılmaz sevgi

Mayda Çexov Moskvaya gəlir. İyul ayında Knipper yazıçıyla Yaltaya yollanır. Çexov burda anası və bacısıyla birgə qalırdı. Yazıçıyla aktrisanın sonrakı məktublaşmalarından aydın olur ki, onların münasibətləri dəyişir, başqalaşır. Bu olanlar isə Çexovun yaxınlarına aydın deyildi. Onlar birlikdə yaşanmayan bu münasibətə ad qoya bilmirdilər. Çünki artıq Knipper Sevastopola getmişdi. Çexov isə Yaltada tək başına ona məktublar yazmaqla məşğuldu.
    
Məktublaşma

Məktublarda daha çox ən gözəl yerlərdə yaşamaq xəyalı qurulur, pyeslər haqqında, oynanılan tamaşalar barəsində fikir mübadiləsi yürüdülür, eləcə də bir-birini dəlicəsinə sevən iki aşiqin etirafları yer tuturdu. 

Məsələn, Çexov yazırdı: “Keçən dəfə Alekseev yanıma gəldi. Onunla pyes haqqında danışdıq. Dedim  ki, sentyabra qədər bitirsin. Görürsən də, mən necə ağıllıyam” və yaxud: “Yaltada oturmuşam, darıxıram. Mənə elə gəlir indi sən qapını döyəcək, sonra açıb içəri girəcəksən. Ancaq bilirəm ki, sən bu saat gələ bilməzsən, çünki repetisiyadasan, öyrənirsən. Mənnən və Yaltadan uzaqdasan”. 

Olqa isə hisslərini bu cür ifadə edirdi: “İndi ürəyim sözlə dolub. Əlbəttə, ağlayıram. Axı mən qısa bir zaman kəsimində sizin evdə yaşadım. Mən indi bunu təsəvvür edə bilmərəm. Ancaq yalnız bu haqda düşünürəm. Yalnız sənin haqqında düşündüm. Dedim, bax indi, bu saat şəhərə gəlib, bu saat arabadan düşəcək...” ya da: “Yazıram və pəncərədən soyuq havaya baxıram. Düşünürəm ki, gələn yayı şimalda keçirək. Nə deyirsən? Ancaq hələ heç nə mümkün deyil. Bizə sadəcə arzulamaq qalır...”

Qadın daim keçmişi xatırlayır və gələcəyinin Çexovda olacağını düşünür: “Məni pilləkəndən ötürdüyün yadındadır? Onda tutacaq necə xaincəsinə cırıldamışdı... Mən bunu dəhşətli dərəcədə sevirəm. İndi isə uzun zaman sənə yazmadım, oturdum şəklinə tamaşa elədim və yalnız sənin haqqında və gələcəyimiz haqqında düşündüm. Bəs sən düşünürsənmi? Biz səninlə çox az danışmışıq. Sənə elə gəlmirmi, bizim münasibətimiz anlaşılmazıdır? Ah mənim gələcəyimin insanı!”

“Məni mərhmətsizliklə suçlayırsan. Səni sevən mən necə bunu edə bilərəm? Mənim qəlbim həmişə mərhəmətlə və sənin sevginlə çırpınıb. Sən bunun üçün izah gözləyir, ciddi-ciddi söhbətlə, üz cizgiləri ilə bunu tələb edirsən. Ancaq mən sənə demək lazım olduğunu bilmirəm və sənə 10000 dəfə demişəm ki, səni sevirəm, başqa heç nə... İndi bizim bir yerdə olmağımızın günahı sən yox, şeytan, məni özünə şəkən şeytan, səni isə özünə çəkən incəsənətdir.” – Çexov Knipperin məktubuna belə cavab vermişdi.

Münasibətin gərginləşməsi

Çexov oktyabrın axırında Moskvaya gəldi, dekabrda isə sərhəddi keçdi. Sonra Çexov Neapolda qatara minib Yaltaya yola düşmüşdü. Burdan isə Knipper keçmişdi...

“Sən artıq bilirsən, biz bir yerdə tanış insanlar kimi yaşaya bilmərik. Mən gəlmişdim sənin yanına. Artıq bu gizlənmələrdən bezmişəm. İnan mənə, bu mənə çox ağırdır. Hələ sənin ananın üzündəki iztirabı görmək daha dəhşətlidir. Mən axı iki od arasında qalmışam. Denən mənə, de ki, bir yerdə xoşbəxtcəsinə yaşayacağıq...” – Knipper dayanmadan öz əzablı sevgisini qələmə alırdı.

Bu məktub onların birgə yaşamağının qərarı deyildi. Knipper bunu istəyirdi, ancaq tale buna imkan vermirdi. Lakin bu yazılanlar Çexova təsir eləmişdi. Yazıçı məhz bu istəklə, Knipperlə nikah qurmaq üçün Moskvaya gəlib ordan Volqaya getməyi düşünürdü... Onlar kilsə nikahıyla sevgilərini əbədiləşdirmişdilər.

Uzaq evlilik...

“Bütün günü özümü pis hiss elədim. Mənə elə gəldi, bu bağırsaq pozğunluğudur. Ancaq sonra anladım ki, hamiləyəm.”

Knipper bu qədər acı taleyə, ayrılıq, hicran dolu sevgiyə görə gileylənmir, əksinə Çexovun sevgisiylə həyatı bütün çılpaqlığıyla görürdü. Artıq o, Çexovdan bir parça daşıyırdı...

“Canım! Sən niyə mənim yanımda, Yaltada deyil, Moskvadasan? Əgər sən Yaltada bütün qışı mənimlə bir yerdə olsan o zaman sənə asan olar, yüngül olar. Mən bir aktrisayla evlənəndə düşünmüşdüm ki, biz bir yerdə Moskvada qalacağıq. Ancaq sən elə bilmə ki, mən yanımda olmadığın üçün inciyirəm. Əksinə, hər şeyin yaxşılığa doğru getdiyini anlayıram...” – Çexov sevdiyi qadınının yaşadığını məktub vasitəsi ilə öyrənirdi.

“Mən düşüncəsiz, heç bir səbəbsiz səninlə əlaqə qurdum. Əgər səhnədəyəmsə gərək ki, heç kimə mane olmayam”. – Knipperin cavabı gecikmirdi...

“Özünü günahkar sayma. Mənimlə birgə qışı keçirmədiyin üçün suçlu deyilsən. Əksinə, biz çox mehriban ər-arvadıq. Bir-birimizin işinə mane olmadığımız üçün yaxşı cütlük sayılarıq. Sən teatrı sevmirsənmi? Əgər sevməsəydin, başqa məsələ” – Çexov hər şeydən razı olduğunu Knipperin nəzərinə çatdırır. 

Knipper isə öz növbəsində teatrdakı çıxışlarından, tamaşaçıların rəylərindən ağız dolusu bəhs edirdi. Son pyesin isə izləyicilər tərəfindən yaxşı qarşılanmadığını deyən qadın bunu baş vermiş bədbəxt bir hadisə kimi yazıçıya nəql edirdi.

Çexovun “Albalı bağı” səhnələşdilərkən yazıçı arvadına belə yazmışdı: “Bircə bunu demək lazımdı: mənim pyesimi Stanislavski məhv elədi”. Teatr yenidən uğursuzluğa düçar olmuşdu. 

Çexov pyesinin  səhnləşdirmədə uğurlu alınmadığından sonra Knipperə belə bir məktub göndərir: “Yaltadan gedirəm. Heç də təəccüblənmə. Burda çox darıxdırıcıdır. Yaz gəlmir bura və sağlam ruhum yoxdur. Sən soruşursan: həyat nədi belə? Bu sual gülməli bir sualı ortaya çıxardır: yer kökü nədi belə? Yer kökü yer köküdür. Qalan hər şey anlaşılmazdır”. 

Bu qərardan sonra Çexov arvadıyla birgə Moskvadan xaricə getməli olur. Ancaq bütün bunlarla bərabər, Çexov darıxır daha başqa ölkələrə getmək üçün can atır, Knipperin də yanında olmasını istəyirdi. “Burdan gedək, sevgili arvadım. Buralar istidi. Mən yenə sənə yazacam və səni öpəcəm...”

Bu Çexovun yazdığı sonuncu məktubdu. İsti yerlərdən xoşu gəlməyən yazıçı bürkülü iyul ayında, 1904-cü ildə vəfat etdi. Onun ölümündən sonra dünya bir az balacalaşdı. Və Çexov həyat haqqında öz düşüncəsini belə yekunlaşdırdı: həyat həyatdı, qalanı anlaşılmazdı...
     
Oğuz 

Paris Şuşada təslim oldu

Xəbər xətti

Qeyri-rəsmi nikahda əmlak bölgüsü necə olur?
07:00 25.06.2025
“İranın nüvə silahı olmayacaq”
06:30 25.06.2025
"Fənərbaxça" iki ulduz futbolçunu transfer etmək istəyir
06:00 25.06.2025
Haaqa Sammitində son dövrlərin ən böyük silahlanma proqramı qəbul oluna bilər
05:32 25.06.2025
“WhatsApp”ın ödəniş sisteminə keçdiyi elan edildi
05:30 25.06.2025
Qarpız mövsümü gəldi
05:00 25.06.2025
"ABŞ İrana uranı zənginləşdirməyə icazə verməyəcək"
04:56 25.06.2025
Bu bürclər varlanacaq
04:30 25.06.2025
Türkiyə və Qətər XİN-ləri regiondakı vəziiyyəti müzakirə etdilər
04:00 25.06.2025
Azərbaycan stendi Peruda beynəlxalq sərgidə maraqla qarşılanıb
03:36 25.06.2025
" İran nüvə proqramından əl çəkməyəcək"
03:03 25.06.2025
Yüksək Təzyiqi olanlara kömək edən göyərti məlum oldu
02:45 25.06.2025
"Avropa Birliyi ölkələri Türkiyə ilə əməkdaşlıq etməlidir"
02:23 25.06.2025
Klublararası dünya çempionatı: "Benfika" və "Bavariya" növbəti mərhələdə
02:01 25.06.2025
"300 min manat kredit borcum var"
01:58 25.06.2025
Ərdoğan və Tramp arasında görüş baş tutdu
01:54 25.06.2025
Zelenski və Makron görüşdü
01:41 25.06.2025
Sovet dövrünün adamları niyə çox yaşayırlar?
01:39 25.06.2025
Paris Şuşada təslim oldu
01:23 25.06.2025
Tramp Nobel Sülh Mükafatına namizəd göstərildi
01:10 25.06.2025
İsrail dronları İranın Rəşt şəhərinin ətrafına hücum edib
01:03 25.06.2025
"İsrail məqsədlərinə nail ola bilmədi"
00:55 25.06.2025
Erməni deputatın Rusiyaya girişi qadağan edildi
00:40 25.06.2025
Ceyranbatanda KÜÇƏ İTİ nənə və nəvəyə hücum edib
00:25 25.06.2025
" İran Silahlı Qüvvələri əhəmiyyətli taktiki potensialı saxlayır"
00:16 25.06.2025
Tramp NATO baş katibinin şəxsi mesajını sosial şəbəkədə paylaşdı
00:10 25.06.2025
Üç min avtomobillə dolu gəmi Sakit okeanda batdı
23:55 24.06.2025
"İsrail və İran arasındakı atəşkəs razılaşması qüvvədədir"
23:40 24.06.2025
Donald Trampa impiçment elan oluna bilər
23:25 24.06.2025
"Serbiyanı heç kim düşünmür"
23:10 24.06.2025
"İrana qarşı kampaniya bitməyib"
22:55 24.06.2025
Dövlət xidmətləri sadələşdiriləcək
22:40 24.06.2025
Neymar "Santos"da qalır
22:25 24.06.2025
Azərbaycan-İran sərhədində radiasiya artımı var?
22:10 24.06.2025
Yeni unikal qan qrupu kəşf edildi
21:55 24.06.2025
"Aİ vətəndaşlarının təxliyəsinə kömək etdiyinə görə Azərbaycana minnətdarıq"
21:49 24.06.2025
Sertifikasiya imtahanlarında 5 945 müəllim iştirak edib
21:34 24.06.2025
Mahir Emreli Almaniya klubunda 10 nömrəli formanı geyinəcək
21:19 24.06.2025
AEBA Fordo və Natanzdakı nüvə obyektlərində yeni zədələnmələr qeydə alıb
21:02 24.06.2025
85 Yaşında Gənc Qalan İnsanlar: Uzun və Sağlam Ömrün Sirləri
16:10 24.06.2025
Hamısı