Məşhur Nobel mükafatçısının unudulmaz sevgi HEKAYƏSİ

Mədəniyyət 14:31 19.02.2024

Rus ədəbiyyatının Nobel mükafatçısı, şair İosif Brodski dünyaca məşhurdur. Öz şeirləriylə rus dilinə yeni forma gətirən Brodski mühacir həyatı keçirib. “Məni unudanlardan böyük bir şəhər salmaq olardı” deyən şairi heç vaxt unutmayan bir qadın və minlərcə oxucu var. Bu yazıda İosif Brodskinin unudulmaz sevgisindən bəhs edəcəyik.

Brodskinin sevgisi

Nobel mükafatının sahibi İosif Brodskinin həyatında ölümünə qədər sevəcəyi bir qadın olub. Bu qadının adı Marina Basmanovadır.

Gənc rəssam olan Marina Basmanova haqqında Anna Axmatova belə danışırdı: “Ağlı, zərifliyi ilə öz gözəlliyini qoruyur! Heç bir kosmetikasız bunu bacarır! Yalnız soyuq suyla...” 

Doğurdan da bu qadında anlaşılmaz bir sirr, gözəllik cazibəsi var. Onun gözəlliyi də su kimi aydın və parlaqdır. 

Marina Basmanova Leninqradda anadan olub və orda boya-başa çatıb. Onun atası Pavel İvanoviç məşhur rəssam olmuşdur. Petrov Vodnik Marinanın atasının müəllimi kimi ona sənətin incəliklərini öyrətmişdir. 

Beləliklə, rəssamlığa olan maraq və sevgi Marinanı bu sənəti daşımağa vadar edir. Rəssamlığa başlamaq üçün o Ermitajda sərgilər təşkil edən masterlərin yanına gedir. İçəri girərkən ona tuşlanan baxışlar yer üzünə yeni bir rəsm əsərinin gəldiyini düşünürlər...

Gənc rəssamın hələ ki, heç bir nöqsanı, kəm-kəsiri yoxdu, ancaq o, azad, sərbəst şəkildə özünü göstərmək üçün dəridən-qabıqdan çıxır, günbəgün çalışırdı. 

Sevgiyə çevrilən tanışlıq

Boris Tşenko adlı məşhur bəstəkarın evindəki dəvətdə İosif Brodski Marinayla tanış olur. Onda Brodskinin heç 22 yaşı olmazdı, Marina isə ondan iki yaş böyükdü. Bu tanışlıq ilk baxışdan məhəbbətə çevrilmişdi. O gündən sonra onlar artıq birgə yaşamağa qərar verdilər. 

Sevgililər ələ-ələ tutuşub şəhərin küçələrini gəzir, insanlara tamaşa edir, Brodski öz şeirini Marinaya oxuyur, qadın isə ona rəssamlıqdan danışır, birlikdə muzeylərə və sərgilərə gedirdilər. Dostları onları ən yaxşı cütlük kimi qiymətləndirir, Brodski və Marinanı görəndə xoşbəxtliyin işığını görmüş kimi olurdular. 

Brodski ehtiraslı, coşğun, Marina isə sakit və zərif idi. Od və su. Günəş və ay. Bütün bu əks tərəflərinə baxmayaraq Brodski qadını sevirdi. Ancaq Marinanın onu sevib-sevməməyini demək çətindir.

Ayrılıq

Hər şey belə yaxşı getmirdi. Nə Bordskinin ata-anası, nə də Marinanın valideynləri onların münasibətlərini qəbul etmədilər. Qəribə olan bir şey də vardı. Bu onların sevgilərini şübhə altında qoyurdu: Marinanın özü evlənmək istəmirdi. Sevgililər hər gün bu barədə mübahisə edir, bir-birilərinin üstünə qışqırır, sözlərini yeritməyə çalışırdılar. Bu gedişlə nəticə çox ağır olacaqdı. 

Onlar bir-birini danışdırmamağa başladılar. Qadının şairdən küsməsi Brodskini depressiyayanın ağuşuna atdı. Çox keçmir ki, Brodski dostu Şternin yanına getməyə qərar verir. Sfinks kimi qorxunc, dəhşətli görünüşünü, bintlə bağlanmış biləyini görəndə Ştern çaş-baş qalır. Onlar sakitcə qabaq-qabağa durub siqaret sümürürlər. Dostu onun vəziyyətini görüb qorxuya düşür, şairin bu kökə düşməyini görüb özünü saxlamadan bir-başa içindən keçənləri dilinə gətirir: “Eşidirsən, qurtar bunları... insanları qorxudursan... Bir vaxt özünü öldürmək qərarına gəlsən mənə gəlib izah edərsən, bunu necə gerçəkləşdirirlər...”

Brodski məsləhəti anlayır, daha “hürküdücü” olmamağa çalışır, ancaq ordan gedəndən sonra düşünür ki, bu ağrılığı daşıya bilməyəcək qədər acizdi...

Başqa Marina

Brodski Marinayla ayrıldıqdan sonra daha sevgiyə inamı qalmadı. Dostları ona təskinlik verməyə çalışırdılar. Ancaq şair iki ayağını bir başmağa dirəmişdi: “Sevginin həyatımda yeri qalmayıb”. 

İllər ötüb keçdi, hər şey dəyişdi, adamların əvvəlki görünüşü yoxa çıxdı... Bir gün Sorbonnadakı mühazirədə Brodski öz tələbələrinin arasından bir qızı görür: Marina Sossani... Slavyan filologiya mütəxəssisi olan bu qız rus əsilli italyan idi, gözəlliyiylə göz qamaşdırırdı. Şairdən otuz yaş kiçik olan qız Brodskiyə Marina Basmanovanın gəncliyini xatırlatdı. 

1991-ci ildə onlar evlənirlər. Marina Sossani onun təkcə arvadı yox, həm də dostu, ədəbiyyat sirdaşı kimi qaldı. Bir neçə ilə Marina Sossani Brodskiyə gözəl bir qız uşağı da verdi... Xoşbəxt üçbucaq artıq yaranmışdı...

Altı ildən sonra Brodski dünyayla vidalaşır. Onun bu həyatda qoyub getdiyi tək şey yaradıcılığıdırsa, biri də ona ilham pərisi olan Marinalardı...

Oğuz 

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

Tramp və Netanyahu İranla atəşkəsin dayandırılmasını telefonla müzakirə ediblər
15:01 24.06.2025
Tramp ABŞ FES in rəhbərinə "axmaq" dedi
14:36 24.06.2025
Azərbaycan BMT-nin Bürosuna sədr seçildi
14:33 24.06.2025
İraqdakı hərbi bazalar PUA hücumuna məruz qalıb
13:08 24.06.2025
Prezident İlham Əliyev Mingəçevirdə səfərdədir
10:59 24.06.2025
Bakının bəzi yollarında tıxac yaranıb - SİYAHI
08:31 24.06.2025
Filippin sahilində güclü zəlzələ baş verib
08:26 24.06.2025
Rusiya Sumı vilayətini atəşə tutub -Fotolar
08:18 24.06.2025
İsrailin Beer-Şeva şəhərinə İran raketi düşüb
08:16 24.06.2025
Dominikan sahilində güclü zəlzələ baş verib
08:14 24.06.2025
İsrail İranın daha bir nüvə alimini öldürüb
05:58 24.06.2025
Əraqçi hərbi əməliyyatların dayandırıldığına işarə edib YENİLƏNİB
05:08 24.06.2025
Ukrayna və Britaniya birgə PUA istehsal edəcəklər
04:25 24.06.2025
"Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələrdən biridir"
04:02 24.06.2025
İran və İsrail atəşkəs imzalayacaqlar
03:58 24.06.2025
Skinuoker Rançda nələr baş verir?
03:53 24.06.2025
İranda "Mossad"ın dron anbarı aşkar edildi
17:13 23.06.2025
Zelenski Böyük Britaniyaya getdi
17:09 23.06.2025
“Rusiyanın mübarizəsi öz gələcəyi uğrundadır”
17:00 23.06.2025
Fars körfəzində nəhəng tıxac yaranıb
16:56 23.06.2025
Hörmüz boğazının bağlanması ehtimalı səbəbindən üç gəmi istiqamətini dəyişib
16:54 23.06.2025
"Bakının möhtəşəm memarlığı var"
16:51 23.06.2025
Dövlət Xidməti məlumat sızması ilə bağlı xəbərdarlıq edib
15:54 23.06.2025
Suriyadakı ABŞ hərbi bazası hücuma məruz qalıb
14:30 23.06.2025
Aİ İranın cavab tədbirlərini genişləndirə biləcəyindən narahatdır
13:32 23.06.2025
Rusiyada Ermənistana brilyant daşıyan ermənilər tutuldu
13:28 23.06.2025
"ABŞ İrana endirilən zərbə ilə bağlı NATO müttəfiqləri ilə məsləhətləşməyib"
12:54 23.06.2025
"ABŞ-nin aqressiyası münaqişənin bütün Yaxın Şərqə yayılmasına zəmin yaradır"
12:49 23.06.2025
İlham Əliyev Mərkəzi Aran Regional SCADA İdarəetmə Mərkəzinin açılışında iştirak edib
12:10 23.06.2025
İsrail İranın 6 aerodromunu və 15 təyyarəsini məhv etdi
12:03 23.06.2025
Nyu-York İranla döyüşmək istəmir
11:23 23.06.2025
Ayı insanlara hücum etdi
11:20 23.06.2025
"Geri dönəcəm"
11:16 23.06.2025
“Regionlararası platformalar yaradılmalıdır"
11:13 23.06.2025
Rusiyanın Ukraynaya hücumu nəticəsində iki nəfər həlak olub
11:10 23.06.2025
QMİ Məhərrəm ayının başlaması ilə bağlı fətva verdi
10:56 23.06.2025
ABŞ kəşfiyyatı İraq və Suriyadakı hərbi bazalarına hücumlara hazırlıqdan xəbər tutub
02:48 23.06.2025
BMT: AEBA İranın zərbə endirilən nüvə obyektlərinə girməlidir
01:55 23.06.2025
Çin BMT Təhlükəsizlik Şurasından qətnamə qəbul etməsini gözləyir
01:52 23.06.2025
FİSO olimpiadası saxtadır?
01:47 23.06.2025
Hamısı