Dahi rəssamın əzablı taleyi - ARAŞDIRMA

Mədəniyyət 16:00 29.02.2024

Tarixdə istedadı, taleyi, qəribəlikləri ilə ad qoyan, tanınan və bundan sonra yüz illər keçsə belə, insanların yaddaşında qalacağına əmin olduğumuz çox şəxsiyyətlər var. Rus ədəbiyyatının görkəmli yazıçısı Belinsi deyirdi ki, istedadlı adamlar faciyəyə meyilli olurlar.  Vay o gündən ki, sənətkarın istedadını nə dostları, nə ən yaxınları, nə ətrafdakılar, nə də cəmiyyət anlaya və ya qəbul edə bilir. Amma bu insanların cəmiyyət tərəfindən qəbul olunması, sevilməsi bəzən onlar həyatdan köçdükdən və hətta üzərindən yüz illər ötdükdən sonra başlayır. Lap elə bizim qəhrəmanımız dahi rəssam Van Qoq kimi…

"Uşaqlığım boş və maraqsız idi...”

1852-ci ildə HollandiyanınBredaşəhəri yaxınlığındakı Qrut-Zundert məntəqəsində Anna Kornelia Karbet və kilsə rahibi Teodor Van Qoqun ailəsində bir oğlan dünyaya gəlir. Yeni doğulmuş körpənin ailəyə böyük qələbələr və uğur gətirməsi üçün adını rahib babasının şərəfinə Vinsent, yəni "Qalib” qoyurlar. Lakin çox keçmir ki, yeni doğulmuş körpə dünyasını dəyişir. Baş vermiş hadisədən sarsılmalarına baxmayaraq, gənc valideynlər ümidlərini itirmirlər və nə az, nə çox, düz bir ildən sonra ailəyə yenidən üçüncü bir üzv qatılır. Bu dəfə də uşağa Vinsent adını verirlər. Bəlkə valideynlər elə bununla özləri belə bilmədən böyük bir səhvə yol açırlar. Ölmüş övladlarının adını yeni doğulan körpəyə verməklə sanki övladlarının öncədən qəmli və həzin bir həyat yaşamasına imza atırlar. Vinsentin daha bir qardaşı və üç bacısı vardı. Maraqlısı budur ki, uşaqların dayəsi xatirələrində balaca Vinsent haqqında xoş olmayan fikirlər bildirir: "Bu uşaqların içərisində Vinsent ən yaramaz və qəribəsidir. Bilmirəm, bu qəribəlik nədir, amma insan onunla əlaqəyə girmək və yaxınlıq etmək belə istəmir. İnanmıram ki, gələcəkdə bu uşaqdan bir şey çıxa”. Hamıdan sakitliyi və yazıqlığı ilə seçilən Vinsent qəribə xüsusiyyətlərinə görə daima valideynləri tərəfindən cəzalandırılırdı.

7 yaşında kənd məktəbinə gedir, amma bir ildən sonra onu məktəbdən çıxarıb evdə – dayənin yanında öz bacısı Anna ilə birlikdə təhsil almağa məcbur edirlər. 1864-cü ildə Vinsent yenidən Zevenberqendə yerləşən internat-məktəbinə göndərilir. Evindən 20 km uzaqda olması Vinsentə çox ciddi psixi təsir göstərir və hətta o, bunu sonralar da unuda bilmir. 1866-cı ildə balaca Vinsent digər bir internat-məktəbdə təhsili davam etdirməyə qərar verir və o, burada ingilis, fransız, alman dillərini öyrənməklə yanaşı, rəssamlıq dərsləri də alır. Amma həmin ilin ortasında məktəbi tərk edib evə dönür və bununla da Van Qoqun rəsmi təhsil alma dönəmi sona yetir. O, xatirələrində uşaqlıq illəri barədə yalnız bir cümlə yazır: "Mənim uşaqlığım, soyuq, boş və maraqsız idi”.

İlk məhəbbət

Uşaq vaxtı sakitliyi ilə seçilən Van Qoq gənc yaşlarında çılğınlığı ilə hamını dəhşətə gətirirdi. Oğlunun dəlisov hərəkətlərindən narahat olan atası onun ciddi bir işlə məşğul olmasını istəyirdi və buna görə də oğlunu qohumunun yanına "Goupil&Cie” firmasına işləməyə göndərir və bir müddət gənc rəssam öz dayısının yanında şəkil satmaqla məşğul olur. İşində uğur qazandığına görə Van Qoq 1869-1876-cı illərdəhəmin mağazanın Haaqa, Brüssel, London, Paris şəhərlərindəki şöbələrində adi satıcı vəzifəsində çalışır. Mağazanın London şöbəsinə təyin olunan zaman Van Qoqun cəmi 20 yaşı var idi və Londonu çox sevən gənc bir oğlan üçün bu, yeni ümidlər, imkanlar demək idi. Rəssam burada özünü inkişaf etdirir, muzeylərə gedir, əntiq mağazalarla maraqlanır, sərgilərdə Jan-Fransua, Mil və Jül Bretonun əsərlərinə baxır və hərdən bu ab-havanın təsiri ilə nələrsə çəkməyə cəhd edir, amma hər dəfə buradakı yeni şəkillərə baxdıqca nədənsə fikrindən daşınır. 20 yaşlı Vinsent artıq öz atasından qat-qat çox pul qazanmağa başlayır. Londonda Ursula adlı dul qadının evində kirayədə qalır və ilk baxışdan ev sahibəsinin qızına vurulur. Evgeniya adlı bu qız da onunla maraqlanır, ancaq Van Qoqun evlənmək təklifini qətiyyətlə rədd edir. İlk məhəbbətinin daşa dəyməsi Van Qoqu çox sarsıdır. Bu hadisədən sonra Van Qoq nə şəkil çəkmək, nə işləmək, nə də yaşamaq istəyir və buna görə də tez-tez "Bibliya”ya müraciət edir. 1874-cü ildə Vinsent çalışdığı firmanın Paris şöbəsinə göndərilir, amma üç aydan sonra yenidən dözməyib Londona qayıdır. Londonda özünə yer tapa bilməyən Vinsent yenə Parisə dönür, işləri getdikcə daha da pisləşməyə başlayır və sonda Vinsent işdən qovulur. Bu hadisələrdən sonra rahib olmaq qərarına gəlir. 1879-cu ildə yenidən İngiltərəyə qayıdır və Remsgeytdə internat-məktəbdə məvacib almadan müəllim işləyir. Qərara gəlir ki, kasıb insanlar üçün pulsuz dərs deməyi davam etdirsin. Yeni il bayramında ailəsinin yanına gedən Vinsenti valideynləri bir daha geri qayıtmamaq üçün yola gətirirlər, o, Hollandiyada qalıb bir kitab mağazasında çalışmağa başlayır. Bu iş də onu qane etmədiyinə görə ailəsi Vinsentə kömək etmək qərarına gəlir və yaxşı rahib olması üçün onu Amsterdama dayısının yanına göndərirlər. Burada teologiyanı öyrənməyə cəhd edən Vinsent tezliklə başa düşür ki, təhsil onluq deyil və yenidən hər şeyi yarımçıq qoyub geri qayıdır. Bir müddət Belçikanın Borinaj şəhərində din xadimi kimi çalışır.

Sənət və yoxsulluq

Artıq Van Qoq yoxsulluğun nə olduğun anlamağa başlayır. Nə pulu, nə ailəsi, nə də evi olan rəssam düşdüyü ağır vəziyyətin ciddiliyinin fərqinə varır. Van Qoq özünü incəsənət aləmində axtarmağa və bu yolda rastlaşacağı əziyyətlərə dözməyə qərar verir. Tərslikdən yeni həyata başlamaq istəyərkən yenidən vurulur. Bu dəfə onun seçimi qohumu Kee adlı qız idi. Lakin daha əvvəl də olduğu kimi, qız onun hisslərinə cavab vermir və Vinsent dərin stress keçirir. Bununla bağlı rəssamın xatirələrində adamı heyrətə gətirən bir hadisə də danışılır. Bir gün qızgilə qonaq gedən rəssam əlini alovun üzərində tutaraq qızın atasına deyir: "Qoy, Kee əlimi alovun üzərində saxladığım zaman qədər mənə vaxt ayırsın”. Gördüyündən dəhşətə gələn ata onu evindən qovur. Amma özünü və hisslərini ələ alan rəssam yoluna davam etməyi bacarır və 1880-ci illərdən başlayaraq təsviri incəsənətlə məşğul olur. Brüssel (1880-1881) və Antverpendə (1885-1886) rəssamlıq akademiyalarında təhsil alır, Haaqada dövrünün tanınmış rəssamı A.Mauvedən məsləhətlər alır. 1880-ci illərdə rəssamın əsərlərində tünd rənglərə, kəskin keçidlərə, "qəmgin” mövzulara tez-tez rast gəlinir. Bu, həmin dövrdə rəssamın həyatında yaşanan dərin psixoloji problemlərə və gərginliklərə işarədir. Məsələn, onun "Kartof yeyənlər” (Ottyorlo), "Nyuenndəki köhnə kilsə binası”, "Kəndli qız”, "Sandallar” kimi əsərlərini məhz bu tipli əsərlərə nümunə göstərmək olar. Həm mövzu, həm süjet, həm rənglər, həm də işığın işlənməsi insanda qəmgin hisslər oyadır, məyusluq təəssüratı yaradır, rəssama qarşı bir acıma hissi oyadır.

1886-1888-ci illər ərzində Van Qoq Parisdə yaşayır, o, öz üslubunu tam formalaşdırır, işləmə stilini və təsvir metodlarını bütövlüklə yekunlaşdırır, Avropanın ən böyük pedaqoqlarından hesab edilən P.Kormonun yanında impressionizm və yapon qravürasını, Pol Qogenin əsərlərini öyrənməyə başlayır. Bu dövrdə yaratdığı əsərlərdə müəyyən "ziddiyyətlər” ortaya çıxır. Əgər bir sıra əsərlərdə günəşli hava, mavi səma, qızılı tarlalara rast gəlinirsə, digərlərində qaranlıq küçələr, gecə klublarını müşahidə etmək olar. Bir sıra əsərlərində iş başında zəhmətkeş insanlar, digərlərində "yüngül” pul axtarışında olanlar, səfillər, fahişələr və s. ön planda olur. Yəni, bir sözlə, Van Qoqun fırçası daha dinamik və rəngli olmağa başlayır.

Çılğın rəssam

Van Qoq çox çılğın adam idi. Xatirələrindən onun məşhur rəssam Pol Qogen ilə dostluq münasibətlərində nümayiş etdirdiyi təəccüblü davranış hər kəsi həm maraqlandırır, həm də heyrətə gətirir. Araşdırmaçılar deyirlər ki, Van Qoq Qogeni dost kimi çox sevirdi, onlar birlikdə çox zaman keçirirdilər. Lakin elə anlar olurdu ki, onlar düşmən kimi davranır, böyük savaşın astanasından geri qayıdırdılar. Elə Van Qoqun bioqrafiyasında maraqlı anlardan biri də Pol Qogenlə bağlıdır. Məlumdur ki, hər iki rəssam bir müddət eyni dam altında yaşayıblar. İki dahinin bir yerdə yaşaması hər kəsin fikirləşdiyi kimi, doğrudan da, təhlükəli sonluqla bitir. Bir dəfə Van Qoq əsəbiləşərək əlindəki ülgüclə dostuna xətər yetirmək istəyir. Lakin Qogen hücumdan sağ-salamat çıxaraq canını qurtarır. Özünə gələn Van Qoq nə etdiyinin fərqinə varır və dəhşətə gəlir; axı o, dostuna xətər yetirə bilərdi! Çılğın rəssam o qədər əsəbiləşir ki, ülgüclə qulağını kəsir, bir paketə qoyaraq əxlaqsızlıq yuvasına gəlir və buradaca paketi yüngül əxlaqlı qadına hədiyyə kimi verir. Ev sahibi dərhal polis çağırır və Van Qoqu xəstəxanaya aparırlar. Kəsilmiş qulağı isə spirtli şüşədə saxlayırlar. Lakin bir neçə aydan sonra heç nəyə yaramayan qulağı atırlar. Bu hadisə haqqında başqa bir versiya da mövcuddur. Deyilənlərə görə, rəssam qulağını məhz həmin əxlaqsız qadına öz sevgisini sübut etmək üçün kəsir.

Qadınlar və Van Qoq

Vaq Qoqun qadınlarla bəxti o qədər də gətirməyib. O, sevdiyi qadınlardan yox cavabı alması və həyatında bununla bağlı çoxsaylı böhranlar, psixoloji problemlər yaşaması ilə məşhurdur. Ancaq bu, o demək deyil ki, onun həyatında qadın olmayıb. O, tənha idi, daimi həyat yoldaşı tapa bilmirdi, elə buna görə də əxlaqsız qadınlara üz tuturdu. Hətta əxlaqsızlıq yuvasında qarşısına çıxan hamilə, 5 yaşlı qızı olan, içki düşkünü əxlaqsız qadınla ailə həyatı qurmaq fikrinə belə düşmüşdü. Lakin keşiş ailəsində anadan olmuş şəxsin əxlaqsız qadınla evlənməsi böyük cəsarət tələb edirdi, buna görə də Van Qoq ailəsini itirmək iqtidarında deyildi. Həm də həmin qadın bir müddətdən sonra rəssamı tərk edərək yenidən öz işinə geri dönmüşdü. Amma bütün bunlara baxmayaraq, bir müddət əxlaqsız qadınla yaşadıqdan sonra həyat ona normal ailə qurmaq şansı verir. 41 yaşlı bir qadın özü rəssama birlikdə yaşamağı təklif edir. Dəlisov rəssam qadını təcrübəsiz ustaların bərbad hala saldıqları skripka ilə müqayisə edib, onun xarici görünüşünü bəyənmədiyini deyir. Buna baxmayaraq, Van Qoq həmin qadına yazığı gəldiyi üçün onunla evlənmək qərarına gəlir. Lakin valideynləri onlara mane olurlar. Xəbəri eşidən qadın özünə qəsd etmək istəyir, ancaq Van Qoq onu xilas edir. Van Qoq yenidən həyatdan küskün, qəmgin bir şəkildə əxlaqsız qadınlar aləminə geri dönür.

Son

Ömrünün son aylarını Overdə yaşayır. Overdə yaşadığı son iki ay ərzində 70-dən artıq rəsm çəkir. Özünü güllələməmişdən iki gün əvvəl anasına yazdığı məktubda çox sakit olduğunu və rahatlıq tapdığını bildirir.

1890-cı il dekabrın 27-də bazar günü axşam saatlarında yaşadığı pansiondan çıxıb uzun müddət Overin kasıb məhəllələrində gəzir. Onunla rastlaşanlar sonradan bildirirlər ki, Van Qoq əlini cibində sıxaraq tez-tez təkrar edirmiş:"Bu, mümkün deyil, mümkün deyil".

Van Qoq cibində qardaşı Teodor Van Qoqa yazdığı məktubu sıxmışdı. Sonuncu məktubunda qardaşını bütün yaratdığı rəsm əsərlərinin həmmüəlifi olduğunu bildirmişdi. Vinsent onun yaratdıqları ilə Teonun da həmişə yaşayacağını yazırdı…

Gecə yarını ötdüyü zaman Vinsent Over qəsrinin divaları qarşısında dayanır. Cibindən tapançanı çıxarıb sinəsinə sıxır və tətiyi basır… Atəş səsinə qəsrdəki qarğalar uçuşur. Amma heç bir şey… Vinsent ölmür… Güllə onun ürəyindən yan keçib qabırğasına saplanır.

Vinsent geri, pansionata dönür. Əlini yarasının üstünə sıxıb otağına qalxır və yatağına uzanır. Bir saatdan sonra pansionun sahibi pilləkəndə qan izləri sezib, Vinsenti qan içində tapır.

Onu xəstəxanaya qaldırırlar. Qardaşı Teo və doktor Qaşe təcili Overə gəlirlər. Həkimlər onun çoxlu qan itirdiyindən həyatının təhlükədə olduğunu bildirir. Vinsent özünə gəlir və trubkasını istəyir…

O daha iki gün yaşayır və trubka çəkə-çəkə qardaşı ilə söhbət edir. Polislərə intihar səbəbini "Bu mənim işimdir", deyə açıqlayır. Polislər getdikdən sonra qardaşına, "Doğurdanmı mənim intiharım baş tutmadı", deyir. Teo onu sakitləşdirməyə çalışır, həkimlər sözsüz ki, onu xilas edəcəklər. Cavabında Van Qoq: "İşgəncə onsuz da bitməyəcək", deyir.

29 dekabr 1890-cı ildə gecə saat 2-də Vinsent Van Qoq ölür. Öldüyü zaman 37 yaşı vardı və yüzlərlə şedevr yaratmışdı.

Yerli kilsə intihar edən birinin Over şəhər qəbiristanlığında basdırılmasına icazə vermir və ona görə də yaxınlıqdakı kənd qəbirstanlığına aparıb orda dəfn edirlər. Van Qoqun dəfnində qardaşı Teo, doktor Qaşe və daha bir neçə nəfər iştirak edir. Ətrafda olan heç kim dəfn olunan şəxsin Van Qoq oldunğunun fərqinə belə varmır…

Oğuz

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

Azərbaycan XİN ABŞ-nin İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayıb
18:57 22.06.2025
"İran nüvə proqramını inkişaf etdirəcək"
18:04 22.06.2025
İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib
16:46 22.06.2025
Rasim Dərgahzadə vəfat etdi
14:01 22.06.2025
"Türkiyə tarixi yol ayrıcındadır"
13:56 22.06.2025
Naxçıvanın muxtar statusu ləğv edilir?
13:17 22.06.2025
Braziliyada faciə- Hava şarı qəflətən alovlandı
13:13 22.06.2025
Pişiklərin sahibləri ilə münasibətinə dair bilmədiklərimiz
13:09 22.06.2025
"Azərbaycan Cammu və Kəşmir münaqişəsinin beynəlxalq hüquqla həllini dəstəkləyir"
13:07 22.06.2025
Təxirə salmaq vərdişindən necə qurtulaq?
12:29 22.06.2025
İran İsrailə hücumlarda ortamənzilli ballistik raketdən istifadə edib
12:24 22.06.2025
“Netanyahu gedəcək, amma İran qalacaq”
11:49 22.06.2025
Böyük Britaniya kralı "Netflix" üçün sənədli filmə çəkilcək
11:46 22.06.2025
"Çelsi" Mudrikdən 89 milyon avro tələb edə bilər
11:30 22.06.2025
Günəşdən 300 000 dəfə isti: Alimlər inanılmaz rekorda imza atıb
11:27 22.06.2025
Qrossi AEBA-nın təcili iclasını çağırıb
11:25 22.06.2025
"ABŞ-nin hərbi təcavüzünə bütün gücümüzlə müqavimət göstərmək haqqımız var"
10:20 22.06.2025
Vircil van Deyk ən yaxşısıdır
09:50 22.06.2025
İran BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını tələb edib
09:08 22.06.2025
Bu gün doktorantura və dissertantura səviyyəsində xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanı keçiriləcək
08:06 22.06.2025
Nyu-Yorkda yaxta çay limanına çırpılıb
03:04 22.06.2025
"ABŞ-nin İrana zərbələri beynəlxalq sülh və təhlükəsizliyə təhdiddir"
03:01 22.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirib
02:56 22.06.2025
“Yeni zərbələr planlaşdırılmayıb”
02:04 22.06.2025
Yaponiya sahilində güclü zəlzələ olub
00:59 22.06.2025
ABŞ Quamda B-2 strateji bombardmançılarını yerləşdirir
20:13 21.06.2025
Makron İrandan nüvə proqramının sülh xarakterinə dair zəmanətlər tələb edib
16:35 21.06.2025
Dəb Necə Siyasiləşir?
15:52 21.06.2025
"Mərakeş azad edilmiş ərazilərin bərpasına investisiya yatırmaqda maraqlıdır"
15:27 21.06.2025
"Gözlətdiyim üçün üzr istəyirəm"
15:21 21.06.2025
Niyə mən 2018-ci ildə “Qarabağ Ermənistandır!” dedim? - Paşinyan İZAH ETDİ
15:00 21.06.2025
MEDİA 17 qəzetə pul ayırdı - Siyahı
14:56 21.06.2025
BTQ Dənizaşırı ərazilərdə internetin vəziyyətinə dair araşdırma aparıb zəif sürət, yüksək qiymət
14:41 21.06.2025
ABŞ və Aİ Xameneiyə əvəz axtarır
14:38 21.06.2025
"Azərbaycanda əyləncə turizmi yeni iş yerləri və investisiya imkanları yarada bilər"
14:35 21.06.2025
İsrail İranın Qum şəhərinə zərbələr endirib
14:31 21.06.2025
İsrail Şirazda hərbi mərkəzi "vurdu"
14:28 21.06.2025
"İqlim böhranı ilə mübarizəni pulsuz qoymaq cəhdləri uzaqgörən yanaşma deyil"
14:09 21.06.2025
Çinin 740-dan çox vətəndaşı İrandan Azərbaycana təxliyə edilib
13:31 21.06.2025
İstanbulda İƏT Xarici İşlər Nazirləri Şurasının qapalı iclası keçiriləcək
13:20 21.06.2025
Hamısı