Nobel mükafatçısı Əziz Səncərin Azərbaycan Tibb Universitetində mühazirəsi dinlənilib

Mədəniyyət 18:48 04.06.2024

Ölkəmizdə səfərdə olan dünya miqyaslı alim, Nobel mükafatı laureatı, professor Əziz Səncər Azərbaycan Tibb Universitetində (ATU) olub. ATU-nun rəhbər şəxsləri ilə keçirilən görüşdən sonra professor Əziz Səncər universitetin tələbə və müəllim heyəti qarşısında mühazirə ilə çıxış edib.

Universitetin mətbuat xidmətindən Ednews-a verilən məlumata görə, ATU-nun rektoru professor Gəray Gəraybəyli qonağa universitetin yaranma tarixi, strukturu, tədris proqramı və təhsil prosesi barədə ətraflı məlumat verib. 

O, artıq 90 yaşını geridə qoyan qocaman universitetin Azərbaycanda yüksək ixtisaslı həkimlərin, elmi araşdırmaçıların yetişdirilməsində böyük rolu olduğunu vurğulayıb.

Rektor dünyaşöhrətli alimin ATU-da qonaq olmasını universitet kollektivi, tələbələr və gənc tədqiqatçılar üçün mühüm hadisə kimi dəyərləndirərək Əziz Səncərə minnətdarlığını bildirib.

ATU-nun Onkologiya kafedrasının müdiri, Tədris Onkoloji Klinikanın müdiri, akademik Əhliman Əmiraslanov ölkəmizdə elmin inkişafı istiqamətində dövlət səviyyəsində görülən işlərdən danışıb. Təhsilin və səhiyyənin bütün istiqamətləri üzrə müvəffəqiyyət qazanmaq üçün elmi-tədqiqatların önəmini vurğulayıb.

Nobel mükafatçısı, ABŞ-ın Şimali Karolina Universitetinin Biokimya və biofizika fakültəsinin professoru Əziz Səncər ATU-da olmaqdan məmnunluğunu ifadə edib. O, universitetində mövcud təhsil prosesi, tələbələrin və rezidentlərin elmi tədqiqatlarını aparması üçün yaradılmış şəraitlə maraqlanıb. Dünyaşöhrətli alim savadlı nəslin yetişdirilməsi üçün gənclərdə elmə maraq oyatmağın, fizika, kimya, biologiya və texnologiya sahələrini təşviq etməyin əhəmiyyətindən danışıb.

Sonra Nobel mükafatçısının universitetin akt zalında tələbə və müəllim heyəti üçün “Xərçəng xəstəliyinin müalicəsində EdU-nun (5-ethynyl-2'-deoxyuridine) tətbiqi” mövzusunda mühazirəsi dinlənilib. Mühazirədə EdU-nun insan genomuna təsiri, mədəaltı vəzin, mərkəzi sinir sistemi xərçənginin müalicəsində effekti ilə bağlı elmi araşdırmaların nəticələrinə istinad olunub.

Görüşdə görkəmli elm xadimi tələbə və müəllimlərin çoxsaylı suallarını cavablandırıb.

Qeyd edək ki, Əziz Səncər Türk dünyasında təbiət elmləri üzrə Nobel mükafatına layiq görülmüş yeganə alimdir. O, 2015-ci ildə DNA təmiri sahəsində araşdırmalarına görə kimya üzrə Nobel mükafatını alıb. ABŞ-da gen mühəndisliyi sahəsini inkişaf etdirən azsaylı alimlərdən biri olan Əziz Səncər ümumilikdə biofizika və biokimya üzrə bir neçə mühüm kəşfin müəllifidir. Onun icad etdiyi elmi metodlar gen mühəndisliyi və xərçəng xəstəliyinin müalicəsi sahəsində geniş imkanlar açır

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

Donald Trampa impiçment elan oluna bilər
23:25 24.06.2025
"Serbiyanı heç kim düşünmür"
23:10 24.06.2025
"İrana qarşı kampaniya bitməyib"
22:55 24.06.2025
Dövlət xidmətləri sadələşdiriləcək
22:40 24.06.2025
Neymar "Santos"da qalır
22:25 24.06.2025
Azərbaycan-İran sərhədində radiasiya artımı var?
22:10 24.06.2025
Yeni unikal qan qrupu kəşf edildi
21:55 24.06.2025
"Aİ vətəndaşlarının təxliyəsinə kömək etdiyinə görə Azərbaycana minnətdarıq"
21:49 24.06.2025
Sertifikasiya imtahanlarında 5 945 müəllim iştirak edib
21:34 24.06.2025
Mahir Emreli Almaniya klubunda 10 nömrəli formanı geyinəcək
21:19 24.06.2025
AEBA Fordo və Natanzdakı nüvə obyektlərində yeni zədələnmələr qeydə alıb
21:02 24.06.2025
85 Yaşında Gənc Qalan İnsanlar: Uzun və Sağlam Ömrün Sirləri
16:10 24.06.2025
Endi Marreyin heykəli ucaldılacaq
16:08 24.06.2025
Avstraliya Azərbaycan-İran sərhədinə diplomatlar göndərib
16:06 24.06.2025
İsrail Babol və Babolser şəhərlərinə zərbə endirib
16:04 24.06.2025
Tramp və Netanyahu İranla atəşkəsin dayandırılmasını telefonla müzakirə ediblər
15:01 24.06.2025
Tramp ABŞ FES in rəhbərinə "axmaq" dedi
14:36 24.06.2025
Azərbaycan BMT-nin Bürosuna sədr seçildi
14:33 24.06.2025
İraqdakı hərbi bazalar PUA hücumuna məruz qalıb
13:08 24.06.2025
Prezident İlham Əliyev Mingəçevirdə səfərdədir
10:59 24.06.2025
Bakının bəzi yollarında tıxac yaranıb - SİYAHI
08:31 24.06.2025
Filippin sahilində güclü zəlzələ baş verib
08:26 24.06.2025
Rusiya Sumı vilayətini atəşə tutub -Fotolar
08:18 24.06.2025
İsrailin Beer-Şeva şəhərinə İran raketi düşüb
08:16 24.06.2025
Dominikan sahilində güclü zəlzələ baş verib
08:14 24.06.2025
İsrail İranın daha bir nüvə alimini öldürüb
05:58 24.06.2025
Əraqçi hərbi əməliyyatların dayandırıldığına işarə edib YENİLƏNİB
05:08 24.06.2025
Ukrayna və Britaniya birgə PUA istehsal edəcəklər
04:25 24.06.2025
"Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələrdən biridir"
04:02 24.06.2025
İran və İsrail atəşkəs imzalayacaqlar
03:58 24.06.2025
Skinuoker Rançda nələr baş verir?
03:53 24.06.2025
İranda "Mossad"ın dron anbarı aşkar edildi
17:13 23.06.2025
Zelenski Böyük Britaniyaya getdi
17:09 23.06.2025
“Rusiyanın mübarizəsi öz gələcəyi uğrundadır”
17:00 23.06.2025
Fars körfəzində nəhəng tıxac yaranıb
16:56 23.06.2025
Hörmüz boğazının bağlanması ehtimalı səbəbindən üç gəmi istiqamətini dəyişib
16:54 23.06.2025
"Bakının möhtəşəm memarlığı var"
16:51 23.06.2025
Dövlət Xidməti məlumat sızması ilə bağlı xəbərdarlıq edib
15:54 23.06.2025
Suriyadakı ABŞ hərbi bazası hücuma məruz qalıb
14:30 23.06.2025
Aİ İranın cavab tədbirlərini genişləndirə biləcəyindən narahatdır
13:32 23.06.2025
Hamısı