Oğuz Ayvaz müasir şeir texnologiyası ilə "silahlanmağı" bacarır - Vaqif Yusifli yazır...

Mədəniyyət 11:30 15.08.2024

Ednews filologiya elmləri doktoru, tənqidçi Vaqif Yusiflinin şair Oğuz Ayvazın yaradıcılığı haqda qələmə aldığı yazını təqdim edir.  

Oğuz Ayvazın şeirləri özünəməxsusluğu ilə seçilir. Bu özünəməxsusluq məlum, ənənəvi stereotiplərdən uzaqlaşmaqda, müraciət etdiyi mövzulara, onu narahat edən hadisə və olaylara tamam fərqli bir tərzdə yanaşmada, heç bir "bədii" rəng qatmadan sözlərin, ifadələrin təbii stixiyasını qorumaqda özünü göstərir.

Həm də müasir şeir təfəkkürü ilə qarşılaşırıq - XXI əsrin şeiri necə olmalıdır? sualına qismən də olsa, cavab tapırıq.

Ana itkisindən doğan xatırlama, atasının şəklinə and içib ağrının, ruhi əzabın poetik cizgilərini rəsm edən Oğuz Ayvaz fərdi duyğularını - anasızlığını, atasızlığını unutmur, itkinin obrazını yaradır.

"Səni sevmək sənəti" şeiri isə sevgi haqqında yeni bir söz kimi diqqəti cəlb edir.

Səni sevmək - güllələnən uşaqların 
qabağına keçmək,
bütün insanlara gül paylamaq,
qarşından keçənlərə gülümsəmək,
limon satan qadına salam vermək...

Hətta "təkcə dənizi, günəşi, dağları, ağacları, quşları, buludları deyil, bataqlıqları, xarabalıqları, üfunət iyi gələn gölməçələri sevməkdir". Və son misralar: "səni sevmək Tanrıya əlini toxundurmaq kimi... bütün savaşlara, bütün güllələrə "yox!" əmri!" verməkdir səni sevmək. Sevgi nədir?  sualı bizim poeziyada dəfələrlə səslənib, məncə, Oğuzun şeiri bu sırada sırf fərdi duyğuların ifadəsi kimi maraqlıdır. Oğuz poetik fikri assosiasiyarla ifadə edir, deyək ki, ananı necə xatırlamaq olar? Ayaqqabıları qucaqlayıb yatan uşaqların sevinci ilə ananı xatırlamaq arasında heç bir əlaqə yoxdur, amma assosiativ təfəkkür bu "əlaqəni" yarada bilir. Hiss olunur ki, Oğuz Ayvaz metaforalara üstünlük verir, bizim şeirimizdə kifayət qədər özünə yer tapmış bir ənənəni davam etdirir. 

gecə ikiyə bölünmüşdü.
yağış yağırdı gecənin qucağına.
bir qızcığac qalmışdı gecənin bətnində,
tuta bilmirdi yağışın ucundan,
enə bilmirdi oyuncaqlar şəhərinə.
göyərçinlər qucaqlamışdı ağacları.
gecənin ay işığıydı ağ göyərçinlər;
öz şeirini bəstələyirdi yağış,
yağışa qarışırdı misralar:
misralar düşürdü küçələrə,
parklara, narıncı yarpaqlara.

Təbii ki, bu şeirdə metaforalar bolluğu onu gözlə gördüyümüz, seyr etdiyimiz adi reallıqdan tamamilə fərqləndirir. "Gecənin ikiyə bölünməsi", yağışın "gecənin qucağına" yağması, yağışın "öz şeirini bəstələməsi" və küçələrə, parklara, narıncı yarpaqlara misralar yağması - bütün bunlar təptəzə metaforalardır. Bu metaforaların içində "gecənin ay işığıydı ağ göyərçinlər" kimi nadir bir təşbehin də yer alması diqqətdən yayınmır. Oğuz Ayvaz "yağışı yanaqlarına köçürən bir qadın pəncərə gözləriylə baxırdı qızcığaza" - bu misralarla şeirini bitirir və bir gecənin yağışı ilə bir qızcığazın dünyaya gəlməsi arasında assosiasiya yaradır. Bu şeir nədənsə mənə mərhum şairimiz Ələkbər Salahzadənin "Ağ bir zanbaq kimi açıldı şəhər" şeirini xatırlatdı. Oğuz Ayvazın "İntihar ipi", "Quyruğu taleyindən kəsik" şeirləri də onun sözlə fikir arasında uğurlu cəhdlərindən sayılmalıdır. Ancaq mənim üçün "Yaşamağın səsi" şeiri daha maraqlıdır. Doğrudur, bu şeir həcminə görə bir az uzundur, hətta bu şeirdəki moralist düşüncəsi də mənə xoş gəlmir, amma bununla yanaşı, şeirdəki təbiilik hissi o qədər güclüdür ki, hər şeyi unudursan və şeirin ifadə etdiyi məzmunun axarınca irəliləyirsən. Təbiilikdən - bu sözdən niyə yapışdım? Məncə, o şey ki səni inandırır, istər ilkin təbii görünüşündə olsun, istərsə də mücərrəd qiyafədə, o, təbiidir. "Yaşamağın səsi" şeiri bir də ona görə mənə xoş gəldi ki, burda nikbinlik, həyatı, dünyanı, təbiəti sevmək fikri aşılanır və əlbəttə, bu fikir öz poetik ifadəsini də tapır.

Oğuzun şeirlərində onun bir çox yaşıdlarından fərqli bir məqamı da nəzərə çarpdırmaq istəyirəm. O da bundan ibarətdir ki, Oğuz Ayvaz müasir şeir texnologiyası ilə "silahlanmağı" bacarır. Şeirin gözəlliyi sözlərin, ifadələrin mətndə yaratdığı "çevrilişdə"dir. Sözlər, ifadələr öz ilkinliyindən, adiliyindən sıyrılıb çıxır, yeni bir mənanın (poetik mənanın) yaranışına xidmət edir. Bu, əsil şeir yoludur və Oğuz Ayvaza arzulayıram ki, bu yoldan dönməsin: "qucaqlasın bütün göz yaşlarını, həyatla ölümün arasında qaçışan uşaqların arxasınca yüyürsün, həmişə uşaqların gözlərində qaçışan həyata baxsın"...

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

İranda "Mossad"ın dron anbarı aşkar edildi
17:13 23.06.2025
Zelenski Böyük Britaniyaya getdi
17:09 23.06.2025
“Rusiyanın mübarizəsi öz gələcəyi uğrundadır”
17:00 23.06.2025
Fars körfəzində nəhəng tıxac yaranıb
16:56 23.06.2025
Hörmüz boğazının bağlanması ehtimalı səbəbindən üç gəmi istiqamətini dəyişib
16:54 23.06.2025
"Bakının möhtəşəm memarlığı var"
16:51 23.06.2025
Dövlət Xidməti məlumat sızması ilə bağlı xəbərdarlıq edib
15:54 23.06.2025
Suriyadakı ABŞ hərbi bazası hücuma məruz qalıb
14:30 23.06.2025
Aİ İranın cavab tədbirlərini genişləndirə biləcəyindən narahatdır
13:32 23.06.2025
Rusiyada Ermənistana brilyant daşıyan ermənilər tutuldu
13:28 23.06.2025
"ABŞ İrana endirilən zərbə ilə bağlı NATO müttəfiqləri ilə məsləhətləşməyib"
12:54 23.06.2025
"ABŞ-nin aqressiyası münaqişənin bütün Yaxın Şərqə yayılmasına zəmin yaradır"
12:49 23.06.2025
İlham Əliyev Mərkəzi Aran Regional SCADA İdarəetmə Mərkəzinin açılışında iştirak edib
12:10 23.06.2025
İsrail İranın 6 aerodromunu və 15 təyyarəsini məhv etdi
12:03 23.06.2025
Nyu-York İranla döyüşmək istəmir
11:23 23.06.2025
Ayı insanlara hücum etdi
11:20 23.06.2025
"Geri dönəcəm"
11:16 23.06.2025
“Regionlararası platformalar yaradılmalıdır"
11:13 23.06.2025
Rusiyanın Ukraynaya hücumu nəticəsində iki nəfər həlak olub
11:10 23.06.2025
QMİ Məhərrəm ayının başlaması ilə bağlı fətva verdi
10:56 23.06.2025
ABŞ kəşfiyyatı İraq və Suriyadakı hərbi bazalarına hücumlara hazırlıqdan xəbər tutub
02:48 23.06.2025
BMT: AEBA İranın zərbə endirilən nüvə obyektlərinə girməlidir
01:55 23.06.2025
Çin BMT Təhlükəsizlik Şurasından qətnamə qəbul etməsini gözləyir
01:52 23.06.2025
FİSO olimpiadası saxtadır?
01:47 23.06.2025
"ABŞ nüvə təhlükəsini aradan qaldırmaq üçün addımlar atıb"
01:31 23.06.2025
"İran nüvə silahı yaradacaq"
01:29 23.06.2025
İsrail Təbrizi və Tehranı yenə bombaladı YENİLƏNİB
01:25 23.06.2025
Azlıqda qalan "Real Madrid" inamlı qələbə qazandı
01:16 23.06.2025
Əlcəzairdə futbol matçında tribuna aşdı
23:54 22.06.2025
İƏT-in Nazirlər Şurası Qərbi Azərbaycan İcması ilə bağlı qətnamə qəbul etdi
23:48 22.06.2025
"İran-İsrail müharibəsinin nəticələri Avropaya çatacaq"
23:45 22.06.2025
İran “Nüvə silahının yayılmaması haqqında” müqavilədən çıxa bilər
23:43 22.06.2025
Suriyada terror aktı baş verib
23:39 22.06.2025
"Yaxın Şərqdə münaqişənin artması Çinin maraqlarını təhdid edir"
23:37 22.06.2025
İranın Xarici İşlər Naziri Moskvadadır
23:11 22.06.2025
Qubada ağır qəza baş verib
21:51 22.06.2025
Azərbaycan XİN ABŞ-nin İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayıb
18:57 22.06.2025
"İran nüvə proqramını inkişaf etdirəcək"
18:04 22.06.2025
İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib
16:46 22.06.2025
Rasim Dərgahzadə vəfat etdi
14:01 22.06.2025
Hamısı