“İRS” jurnalının italyan dilində növbəti nömrəsi nəşr edilib

Mədəniyyət 11:00 13.05.2025

Azərbaycanın zəngin tarixi və mədəni irsini dünyaya tanıdan “İRS” beynəlxalq jurnalının italyan dilində növbəti nömrəsi işıq üzü görüb.

“EDnews” xəbər verir ki,  jurnalın bu sayında ötən ilin noyabrında Bakının ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əhəmiyyətindən bəhs olunur, Azərbaycanda mühüm qlobal ekoloji problemlərin müzakirə edildiyi vurğulanır. Ölkəmizin həyata keçirdiyi bərpaolunan və “yaşıl enerji” layihələrindən, Qarabağda və Şərqi Zəngəzurdakı “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyalarına əsaslanan bərpa və yenidənqurma işlərindən, “yaşıl enerji” zonasının yaradılması istiqamətində atılan addımlardan bəhs edilir.

Jurnalda İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançeskonun iki ölkə münasibətlərindən, innovasiyalar sayəsində genişlənən körpü, mədəni və akademik əlaqələr barədə fikirləri yer alıb. Səfir İtaliya ilə Azərbaycan arasında dostluğun dərin köklərinin olduğunu, ən yüksək səviyyəli çoxsaylı səfərlər sayəsində ikitərəfli əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirib.

Bundan başqa, jurnalda məşhur memar Zaha Hadidin layihəsi olan Bakıdakı Heydər Əliyev Mərkəzi haqqında məlumatlara yer verilib. Azərbaycanın dünyanın ən qədim kilsələrindən biri olan Alban Apostol Kilsəsinin vətəni olduğu bildirilir, Alban-Udi Xristian Dini İcmasından bəhs edilir. Həmçinin Azərbaycanın üzləşdiyi mina problemi, işğaldan azad olunmuş ərazilərin mina və partlamamış hərbi sursatlarla çirklənmə səviyyəsi barədə məlumatlar oxucuların diqqətinə çatdırılır.

Jurnalda Azərbaycan qadınlarının hər zaman ölkənin gələcəyinin formalaşmasında həlledici rol oynadığı qeyd olunur, ölkəmizin inkişafına tərəqqisinə və töhfə verən qadınlar haqqında ətraflı məlumat verilir. Azərbaycan musiqisi və muğam haqqında, eyni zamanda, milli mətbəx nümunələrimiz və içkilər barədə məlumatlar yer alıb.

Fatimə Mərdanlı //EDnews 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Ağdərədə minaya düşən şəxsin vəziyyəti açıqlandı
11:20 10.07.2025
"Növbəti il bütün müəllimlər sertifikasiyadan keçmiş olacaq"
11:05 10.07.2025
Bakı–Tbilisi–Qars dəmir yolu xətti üzrə razılaşma baş tutub
10:50 10.07.2025
İsveçin miqrasiya naziri ifrat sağçı qohumu səbəbilə təzyiqlərlə üz-üzədir
10:35 10.07.2025
Füzuliyə beynəlxalq səyyahlar gəliblər
10:20 10.07.2025
Ağdərədə baş verən mina partlayışında bir nəfər yaralanıb
10:05 10.07.2025
İyulun 10-u Ümumdünya Hüquq Günüdür
09:50 10.07.2025
Bu gün Xalq yazıçısı Sabir Əhmədlinin 95 yaşı tamam olur
09:35 10.07.2025
Azərbaycan neftinin qiyməti bahalaşıb
09:20 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşü başlayıb
09:08 10.07.2025
Dünya bazarında qızıl və gümüşün qiyməti qalxıb
09:05 10.07.2025
ABŞ Şri-Lankadan idxala 30% rüsum tətbiq edəcək
08:48 10.07.2025
Aralıq dənizi quruyur -BMT-nin 2030 xəbərdarlığı
08:18 10.07.2025
Abdulla Öcalan niyə PKK-ya ikinci dəfə çağırış etdi? -Ekspert danışdı
07:48 10.07.2025
ABŞ-da qızılcanın sayı rekord həddə çatıb
07:19 10.07.2025
Bitkoinin qiyməti tarixi maksimumu yeniləyib
06:51 10.07.2025
Qlobal istiləşmə vulkanları oyada bilər
06:23 10.07.2025
Fransa və Böyük Britaniya "nüvə məsələsi"ndə birgə hərəkət edəcək
05:50 10.07.2025
NASA-da istefa dalğası: 2000-dən çox rəhbər işdən çıxır
05:17 10.07.2025
"Microsoft" süni intellektin hesabına 500 milyon dollara qənaət edib
04:44 10.07.2025
Aralıq dənizinin dibindən İsgəndəriyyə mayakı çıxarıldı
04:20 10.07.2025
HƏMAS 10 israilli girovu azad etməyə razıdır
03:48 10.07.2025
Rəhman Bədəlov vəfat etdi
03:13 10.07.2025
Cənubi Koreyanın eks-prezidentini həbs olundu
02:48 10.07.2025
"OpenAI"öz brauzerini yaradır
02:15 10.07.2025
Tramp Braziliya mallarına 50% rüsum təyin etdi
01:42 10.07.2025
Yuxu terroru niyə baş verir? -Ekspert danışdı
01:19 10.07.2025
Kral III Çarlzın gözü "qan çanağına döndü"
00:46 10.07.2025
Reynir vulkanı ətrafında nə baş verir? -Bir gecədə yüzlərlə zəlzələ oldu
00:11 10.07.2025
"Sağlam girdiyim xəstəxanadan əlil çıxdım"
23:38 09.07.2025
Əbu-Dabi görüşü Cənubi Qafqaza nə vəd edir?
23:08 09.07.2025
"Nvidia"nın bazar dəyəri 4 trilyon dolları ötüb
22:43 09.07.2025
"X"in baş direktoru istefa verdi
22:13 09.07.2025
Ukrayna müharibəsi: NATO-nun sərhədləri harada bitir? -Analitik Baxış
21:56 09.07.2025
Mərkəzi Asiyanın ən güclü superkompüteri işə salındı
20:30 09.07.2025
ABŞ-yə giriş pullu olacaq
20:00 09.07.2025
“İki sahil” 34 yaşını qeyd edir
19:45 09.07.2025
Zelenski İtaliyaya getdi
19:30 09.07.2025
Borcların geri qaytarılması yoxsa... - Dilemma
19:15 09.07.2025
QDF-in təşəbbüsü ilə növbəti “Qarabağ Gecəsi” xeyriyyə konserti keçirilib
19:06 09.07.2025
Hamısı