Rusiya Federasiyasının gecə hücumu səbəbindən Ukraynada internetdə fasilələr yarana bilər.
EDnews xəbər verir ki, bu barədə "Vodafone" Ukrayna şirkətinin rəsmi açıqlamasında bildirilib.
Qeyd olunub ki, paytaxt Kiyevin gecə atəşə tutulması səbəbindən sabit internet xidmətində müvəqqəti fasilələr yarana bilər.
Şirkət bir neçə xidmətə çıxışda çətinliklər barədə xəbərdarlıq edib.
Şirkət bildirib ki, mütəxəssislər səhər tezdən problemlərin həlli üzərində işləyirlər.
Xatırladaq ki, Rusiyanın Kiyevə gecə hücumu nəticəsində ölənlərin sayı 86-ya çatıb, onlardan 13-ü ölüb. 3 iyul hücumda həlak olanlar üçün matəm günü elan edilib.








