2018-ci il yanvarın 1-i saat 22:00-dan yanvarın 3-ü saat 22:00-a qədər Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi, İnternet Vergi İdarəsi və digər qurumlarla məlumat mübadiləsi xidmətləri müvəqqəti dayandırılıcaq.
Bu barədə Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən məlumat verilib.
Məlumata görə, fasilə zəruri avadanlıqların quraşdırılması, əsas məlumat bazasının yeni serverlərə keçirilməsi ilə əlaqədardır.