2024-cü ilin yanvar-iyun aylarında fərdi uçot sistemində uçota alınmış sığortaolunanların sayı 83,6 min nəfər və ya 1,68% artıb.
Ednews xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, 2024-cü ilin 1 iyul tarixinə uçota alınmış sığortaolunanların sayı 5,07 mln. nəfər təşkil edib.