Qlobal kriptovalyuta bazarında son sutkada əsas rəqəmsal aktivlər üzrə müsbət dinamika qeydə alınıb.
EDnews xəbər verir ki, bazarın kapitallaşmasına görə ən böyük kriptovalyuta olan "Bitcoin" son 24 saatda 2,75% bahalaşaraq 106 769 ABŞ dollarına yüksəlib.
"Ethereum" 2,52% artaraq 3 031 dollara, XRP 2,25% bahalaşaraq 4,06 dollara çatıb.
BNB 0,37%, Solana 0,65%, "Dogecoin" 1,22%, Cardano 0,55%, TRON isə 2,09% bahalaşıb.







