Meksikada 5,0 bal gücündə zəlzələ qeydə alınıb.
EDnews bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, zəlzələnin episentri Tapaçula şəhərindən 17 km cənub-qərbdə, ocağı isə 80 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və ya dağıntılar barədə məlumat verilməyib.






