Balıqların və insanların beyni, yüz milyonlarla illik təkamülə baxmayaraq, ətraf mühitdən gələn məlumatları eyni prinsiplə emal edir.
EDnews xəbər verir ki, bu nəticə "Science" jurnalında dərc olunan beynəlxalq araşdırmada yer alıb.
Tədqiqat zamanı alimlər müəyyən ediblər ki, həm balıq, həm də insan beyni əvvəlcə görmə və toxunma kimi hisslərdən gələn siqnalları ayrı-ayrılıqda emal edir, daha sonra isə onları vahid mənzərədə birləşdirir.
Araşdırma müəlliflərinin fikrincə, bu kəşf onurğalıların beyninin işləmə mexanizminin yüz milyonlarla il ərzində əsasən dəyişmədiyini göstərir.







