Hindistan alimləri insan beyninin ən mürəkkəb hissələrindən biri olan beyin kötüyünün hüceyrə səviyyəsində ən detallı üçölçülü xəritəsini hazırlayıblar.
EDnews xəbər verir ki, layihə Hindistan Texnologiya İnstitutunun (IIT-M) Sudha Gopalakrishnan Beyin Mərkəzinin alimləri tərəfindən həyata keçirilib.
Anchor adlı rəqəmsal atlas alimlərə beynin ümumi görüntüsündən ayrı-ayrı sinir hüceyrələrinə qədər daha dəqiq araşdırma aparmağa imkan verir. Tədqiqat zamanı 500-dən çox beyin toxuması nümunəsi analiz edilib və 200-dən çox hüceyrə qrupu müəyyənləşdirilib.
Alimlərin sözlərinə görə, yeni xəritə Alzheimer kimi nevroloji xəstəliklərin öyrənilməsi və beynin fəaliyyətinin daha yaxşı başa düşülməsi üçün mühüm addım hesab olunur.







